Doğrudan da, bu müsəlmançılıq qulaq dincliyidir. Dünya-aləm birbirinə dəysin–müsəlman bəndəyə təfavüt eləməz. İstər zəlzələ olsun, yenə müsəlman bəndəyə təfavüt yoxdur.


Məlum şeydir ki, bu ibadət özü böyük bir məşğələdir, özü də çətin və zəhmətli bir işdir.

Sən götür, məsələn, orucluğu. Yoxsa sən bu rəməzan dəsgahını asanmı sanırsan? Əgər asan sanırsansa, elə də sənin müsəlmançılıqdan əsla xəbərin yoxdur.

Oruc, namaz, əhya, iftar, obaşdanlıq, bikə-ya Allah, ya əliyyü ya əzim.

Düz otuz gün bilmirəm dünyada nə var, nə yox. Biri deyir əkin kompaniyası, biri deyir ingilis buğaları şuralar nefti üstə boğuşurlar, biri Trotskidən danışır, biri Əfqanıstandan xəbər verir... Bəh-bəh, gör necə bihudə dünya işlərilə övqatını zaye edir.

Hələ bu təkcə Rəməzandır, bəs, qalan təkliflərimiz? Məhərrəmmül-həram ayının əmalı, yəni şaxsey-vaxsey, təziyə, təkyə, imam şəbehi, Qasım otağı, Şimr şəbehi, məscid, qəndab, növhə, sinəzən, baş yarmaq, döş cırmaq, qıfıl taxmaq, mağallaq aşmaq, ağlamaq?..

Ağlamaqdan kişi biqeyrət olur,
Necə ki, ağladı, İran oldu...

Xülasə.

Amma sən işində ol və heç ürəyini sıxma: əvvəl-axır hər şey öz yerini tutacaq və hər bir iş öz təbii məqamına çatacaq.

İnna lillahi və inna ileyhi raciun.

Sən başını sal aşağı və orucunu tut, namazını qıl və quranını oxu və dünya ilə işin olmasın; bir gün ayılıb görəcəksən ki, ziyalı zəhmətkeşlər sənin məscidini əhatə ediblər. O vədə mən sənin kefini xəbər alaram.

Amma indi hələ yat.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 21 mart 1929, №13

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Jurnalımıza abunə yazılmaq şərtləri

Məlumdur ki, bu ovqat qəhətlikdir. Demirəm bahalıqdır: genə tapılan şey qənimətdir. Pəs jurnalımızı indi biz qəhətlik zamanında çıxartmağa başlayırıq. Kağız yox, rəng yox, əmələ yox, hürufat yox, mətbəələr pəcmürdə.Ola bilər ki, qəzavü qədər içində çıxartdığımız jurnalı biri əlinə alıb qiymətinə baxıb deyə ki: Paha! Atovnan yeri! Belə də bahalıq olar?

2 dəq
Cümhuriyyət

(Respublika)Vətəndaşlar!

4 dəq
Vətəndaşlar

Şükür Allaha, qurtardıq!Qurtardıq Peterburq vəzirlərinin zülmündən, qurtardıq qubernatorların zülmündən, qurtardıq naçalnik və pristavların və bunlardan aşağıkı pillə qurdlarının zülmündən.

1 dəq
İdarədən

Axır vaxtlarda məcmuəmizin vaxtından gec çıxmağı barəsində bir çox yerlərdən kağızlar və teleqramlar alırıq. Dünən Batumdan bir çox müştərilərimizin imzası ilə idarəmizə bir məktub gəlib. Məktub sahibləri jurnalın təxirinə darıxmaqlarını bildirirlər və təvəqqə edirlər ki, Mollanın vaxtdan vaxta nəşr olmağına artıq dərəcədə səy edək.Möhtərəm oxucularımıza məlum edirəm ki, doğrudur, jurnalın yubanmağına rəncidə olmağa hər bir abunə sahibinin haqqı var, bununla bərabər ərz olunur ki, bu xüsusda bizim əslən və qətən təqsirimiz yoxdur. Biz jurnalın builki nəşrinin əvvəllərində işarə eləmişdik ki, bu zəmanəmiz çox aralıbdır və həqiqətdə Tiflisdə müstəqil və münəzzəm müsəlman mətbəəsinin olmamağı və bir tərəfdən də əmələlərin azadlıq tətilləri indiki dava əsrində bizi nəhayət, çətinliklərə düçar eləyir.

1 dəq

Başqa şairlərin şeirləri · Satira