İran təqvimindən
Bu il həmişəki kimi çox toz olacaq. Hərgah yağış yağsa, yerdən nəbatat çox göyərəcək. Sel gəlsə dam-daşı dağıdacaq. Yayda istidən odun təsiri olmayacaq. Böyük kimsələr kiçiklərin sözünə baxmayacaqlar. İran tərəqqi edəcək, Yaponiya tənəzzül. Əgər 1906-cı ildə ixtişaşi-inqilab qeyri – məmləkətlərdə zühur etsə, İranda və Qafqaz müsəlmanlarının arasında meymun oynatmaq və əl quşu saxlamağa bir tərəfdən maneçilik olmayacaq. Bir para millətlərin içində rəylər müxtəlif olacaq.
Osmanlı ilə Bolğariya ya dava edəcək, ya etməyəcək. Dava etsə ya Osmanlı basacaq, ya Bolğariya.
“Həyat” mühərrirlərindən cənab Əliağazadəyə:
“Həyat”ın 86-cı nömrəsində yazırsız ki, millətimizin tərəqqisi qəzet, məcmuə və kitabların artmağı ilə olar. Lakin görünür ki, siz də ”Ümidvar” kimi mollalara sərkeşlik və itaətsizlik edirsiz. Və həmin nömrədə cənab Molla Hafiz Məhəmmədəmin Şeyxzadənin buyurmağına mültəfit olmursuz. Diqqət etmirsiz ki, cənab Şeyxzadə qəzetlərin, qələmlərin çoxalmağından hefslənib fəryad qoparır: ”Ay haray! Bu son vaxtlarda əksər qələmlər süturi-müstəqimdən inhiraf edirlər. Bəzi mollaların iç üzlərini açırlar. Sirlərini, zəmirlərini qanıb camaatı başa salırlar. Aman, qoymayın belə işlər ola, din-iman əldən gedə…”. Biz bəradərlik namına sizdən təvəqqə edirik ki, cənab Şeyxzadənin əmrinə itaət edib yazdıqlarınızı düzəldəsiz. Yoxsa sizin də alnınıza tezlikdə sərkeşlik (ağ olmaq) damğası basılar.
“Molla Nəsrəddin”, 28 aprel 1906, №4
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-iran-teqviminden
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Amma bu zalım Orenburq tatarlarının içindən qəribə şairlər törəyib. Məsələn, ayıb olmasın. “Din və məişət” jurnalının birinci nömrəsində “Səddiqüləmini” imzası ilə bir şair yazır:Əzimətsən, əzimətsən, əzimət,
ÜləmaBəndə ömrümdə çox moizələr, çox xütbələr eşitmişəm; lakin tasua günü “Səadət”də fəxrül-islam olan Axund Molla Ələkbər cənablarının moizəsi kimi bir moizə hələ eşitməmişəm. Bu moizə insanın ruhunu guya quş qanadları üstünə alıb, cümlə avam insaniyyəti seyr etdirir idi və insan seyr etdikcə qəlbi riqqətlənib, ruhu ucalıb, özündə bir ülviyyət, bir əzəmət hiss etməyə məcbur edirdi.Bilmirsiniz axund həzrətləri nədən danışırdı?
Küflə qurdu“Tərəqqi”nin 25-ci nömrəsini oxuyanlarla bir az söhbət edək.Bəli, Aşqabadda mərsiyəxan Hacı Molla Əbdüləli camaata söz verir ki, şami-qəriban gecəsi qabaqca Firudini və Müzəffəri məktəblərinə pul yığsın, sonra özünə pul istəsin.
Bisavad“Bisavad” bəzi vaxt pis sözdü, bəzi vaxt yaxşı sözdü. Elə adam var ki, ona “bisavad” desən – inciyər. Elə adam var ki, sən deməsən də özü döşünə döyə-döyə deyər “Mən bisavadam”.Adamına baxar və yerinə baxar.
Başqa şairlərin şeirləri · Satira
Köhnəlikdir – dedi – bozbaşla qutab, bəziləri,Bağladı xeyli bu mənada kitab, bəziləri.
Şahnamə ("Şəhim, tacidarım, qəvi şövkətim!")Şəhim, tacidarım, qəvi şövkətim!Mələk – ehtişamım, fələk – rüf’ətim!
TövbəTövbə... ey mollanümalər, sizə ağ olmağıma,Çox təəssüf edirəm sizdən uzaq olmağıma.
Bildir cümələrdə dükan açmazdı cəmaətBildİr cümələrdə dükan açmazdı cemaət,Səd şükür, bu il qaldınlıbdır belə bidot.