Qənimət
Amma bu zalım Orenburq tatarlarının içindən qəribə şairlər törəyib. Məsələn, ayıb olmasın. “Din və məişət” jurnalının birinci nömrəsində “Səddiqüləmini” imzası ilə bir şair yazır:
Əzimətsən, əzimətsən, əzimət,
Yaşa, ey möhtərəm “Din və məişət”.
Qənimətsən, qənimətsən, qənimət,
Yaşa, ey möhtərəm “Din və məişət”.
Pəh, pəh, pəh! Hələ bu cür şairləri görə-görə Hop-Hop da, Əbu-nəsr Şeybani də və Məşədi Sijimqulu da deyirlər ki, biz şairik.
Zarafat kənarda qalsın, amma “Din və məişət” jurnalı da doğrudan qənimətdir.
Həmin əvvəlinci nömrəsində teatr oynayanlar barəsində jurnal bir doğru təkfirnamə yazıb deyir ki, müsəlman teatrçıları şəriətə xilaf olan teatr tamaşasını mömün müsəlman içinə gətirmək ilə Allah bəndələrini yoldan çıxardırlar.
Əlbəttə, bu sözlər səhihdir və əlbəttə bir belə yazıçı müsəlmanlar üçün qənimətdir. İndi dəxi bundan sonra dağıstanlı fəzilətli Əlqədari cənabları və bunun kimi qeyri üləmamız çox da özlərindən deməsinlər, çox da qızlarımızın oxuyub müəllimə olmaqlarına çalışmasınlar, yoxsa mən “Din və məişət”in mollalarını çıxardaram onların müqabilinə, onda görüm nə cavab verəcəklər.
Qənimətsən, qənimətsən, qənimət,
Yaşa, ey möhtərəm “Din və məişət”.
Mən qorxuram bəzi qəlbiqara cavanlarımız inanmayanlar ki, iyirminci əsrimizin içində “Din və məişət” kimi “falnamə”lərə “Səddiqüləmini” kimi axmaqlar zəhmət çəkib belə uşaq oyuncağı mədhnamələr yazalar.
Amma dünyada hər bir şey ola bilər, xülasə:
Qənimətsən, qənimətsən, qənimət,
Yaşa, ey möhtərəm “Din və məişət”.
Əzimətsən, məzimətsən, nəzimət,
Yaşa, ey möhtərəm cin və qəmişət.
Cırcırama
“Molla Nəsrəddin”, 18 yanvar 1909, №3
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-qenimet
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu axır günlərdə qabaqca yəhudilərin və sonra xristianların pasxa bayramlarını saxlamaqmı və ya saxlamamaqmı mübahisəsi olunmaqda idi.Bu barədə türk mədəniyyət sarayında bir neçə məclislər təşkil olundu; orada bir tərəfdən Allahsızlar cəmiyyəti mübəlliğləri, digər tərəfdən xristian məzhəbləri nümayəndə və vaizləri, keşişlər, xaxamlar və hazirun – başladılar hərə öz sözünü uzun nitqlərlə meydana qoymağa və dəlillər və sübutlarla təsdiq etməyə.
Sövqi-təbii və yaxud Həcc ziyarətiTəbiət qanunlarının katibləri dərs kitablarında yazırlar ki, bir qarınca öz durduğu yerində, öz-özlüyündə hərəkət edib bir yana getməyə hazırlaşmırdı. Birdən bu qarınca baxıb görür ki, onun qabağından hədsiz və hesabsız öz həmcinsləri bir tərəfə getməkdədirlər. Burada bizim bir dənə qarıncamız dəxi fikir eləmir və fikir eləməyi də lazım görmür: bir surətdə ki, mənim cəmi yoldaşlarım bir yana getməkdədirlər və girəm ki, mənə məlum olmayan bir yana getməkdədirlər, – dəxi mənim üçün burada qeyri təklif qalmır, savayı onlara qoşulmaqdan.Və oxucu yoldaşlarımız elə güman eləməsin ki, qarınca burada bizim kimi çox danışır və burada bir mülahizə edir, müqayisə edir; filfor, həmin saat biixtiyar, özünü verir camaatın içinə, biixtiyar bu selin cərəyanına tabe olub, qarıncaların sürüsünə soxulur.
ZeynəbFirəngistanın ən müqtədir filosof və dramnəvisi Volterin qələminin əsəri olan “Zeynəb” adlı teatrı iki yüz il bundan qabaq böyük bir qiylü qala səbəb olmuşdu: bir tərəfdən islamın dininə iltifatını müzayiqə edən cəmi katolik mütəəssibləri əsər sahibini hədsiz təbrik məktubları ilə alqışlamağa başladılar və digər tərəfdən yer üzünün müsəlmanlarını həmin əsər artıq dərəcədə rəncidə-xatir qıldı; səbəb budur ki, “Zeynəb” deyilən həmin əsər fəxri-kainatımızın yeddinci övrəti Zeynəb Cəhş qızının Məhəmməd peyğəmbərə övrət olmağının müfəssəl rəvayətidir. Müsəlmanların da o vaxt Volterdən inciməkləri o babətdən idi ki, Zeynəb Cəhş qızı ilə seyyidüs-səqilinin münasibəti peyğəmbərin haman öz əsrində də xeyli danışıqlar və hədyanlar yaratdı və məlum ki, Məhəmmədin dininə sitayiş edənlər əbəda razı ola bilməzdilər ki, müşriklər və münafiqlər dillərində əzbər etdikləri böhtanlar indi dübarə təkrar olunsunlar və Paris, Londonun, Rim və Berlinin həşəmətli teatrlarında islamı dost tutmayan xristianların nəzərindən keçsinlər.Söhbət buradadır ki, Zeynəb binti Cəhş deyilən – qabaqca Harisə oğlu Zeydin övrəti idi. Möhtərəm oxuculardan iltimasım budur ki, iki Zeynəbi bir-birinə qarışdırmasınlar. Xatəmül-ənbiya həzrətlərinin hesabı çox olan övrətlərinin içində iki Zeynəb var idi: biri Zeynəb Həzimə qızıdır ki, peyğəmbərin beşinci övrəti idi; ikinci Zeynəb də haman Zeydin övrəti idi ki, bir gün Məhəmmədül-mustafa səlləllahü əleyhə və səlləm Zeydin mənzilinə təşrif aparıb; Zeyd mənzildə yox imiş, onun övrəti Zeynəb Cəhş qızını başıaçıq görüb; amma çün Zeynəb həmin əsrin gözəllərinin ən birincisi sayılarmış, həzrət rəsulixuda da onu gördükdə onun şöhrətini həmin tarixi ibarə ilə təsdiq edir, belə ki, Zeynəbi görən kimi buyurur: “fətabarəkallah əhsənülxaliqin”. Elə ki, Zeyd evə gəlib bu fəqərəni eşidir, övrəti Zeynəbin üzünə baxıb dərindən bir ah çəkir və deyir:
“Darvin”çilik və kommunistlərXudavəndi-aləmin varlığına şəkk gətirmək barəsində biçarə kommunistlərin adı o qədər “bədnam” olubdur ki, indi bir kəsə söyləsən ki, hələ kommunistlərdən də çox qabaq zamanlarda cənab Allahı dananlar var imiş, çoxları ola bilər ki, bu sözə inanmaya. Amma əgər tarix kitablarını bir yüngülcə vərəqləsək, baxıb görəcəyik ki, Allahın varlığını inkar eləmək üstə çox-çox alimlər və filosoflar edam cəzası ilə cəzalanıblar. Doğrudur, öz fənni kəşfiyyatı ilə üluhiyyata ən güclü zərbə yetirən Darvin, nə tövr oldusa, öz əcəli ilə bu dünyadan getdi; amma o qədər ki, onun və onun müridlərinin başına müsibətlər gəlibdir, – onu burada yazmaqla qurtarmaq olmaz.Qəribə burasıdır ki, Allahsız Darvinə hücum edənlər bir tərəfdən mütəəssib xristian papaları və fazil ruhaniləri və o biri tərəfdən də hökumətlərin baş məmurları və sansorları olubdur və bunun səbəbi budur ki, – necə məlumdur – Allahın kölgəsi əgər bir anda ortalıqdan götürülsə, dünyada fənaya gedən də ancaq ruhani silsiləsi ilə padşahlar olacaqdır; onunçün də Rusiyada axırıncı padşahın sağ müqərriblərindən beççəbaz məşhur knyaz Meşşerski Rusiyada darvinizmin cani bir düşməni hesab olunurdu.
Başqa şairlərin şeirləri · Satira
Birdən-birə dünyaya böyük ğülğülə düşdü,Bu ğülğülədən ali-Roman müşkülə düşdü.
Çox yaşa!Ay bərəkallah sənə, Kamil paşa!Qəlyanı çək, qəhvəni iç, çox yaşa!
Vilayətin məğşuşluğu haqqındaMirzə Fətəliyə*Xəbər alsan bu vilanın əhvalın, –
MinacatEy mollaların sərvətü samanı orucluq,Fəxri, şərəfi, mənbəyi-ehsanı orucluq!