Komissarlarımızdan doktor Soltanməcid Əfəndiyevin maarif barəsində qəzetlərdə dərc etdiyi məqaləni biz nəzərdən sala bilmədik və buna da iki səbəb var.

Birincisi:

Həmin bu məqaləni biz ən səmimi-qəlbdən yazılmış hesab edirik .

İkincisi:

Məqalənin elə bir guşələri var ki, onları oxuyan gərək qabaqca gülə, amma sonra bəlkə ağlamağı tutacaq, ya da qabaqca gərək ağlaya, sonra gülməyi gələ.

Məqalənin ağlamalı yerləri ilə Molla Nəsrəddin əminin işi yoxdur – bu, tarixçilərin vəzifəsi.

Bizim sözümüz gülməli və məzəli yerləridir.


Əvvəla: Soltanməcid yazır:

Biz inqilabın qabaqlarında o qədər özümüzü təriflədik ki, axırda baxdıq gördük ki, hələ inqilabdan qabaq mövcud olan məktəblərin sayıca da indi bizim məktəbimiz yoxdur (çox qəribə).

Saniyən: müəllimlərimiz tamamən qaçırlar Quba meydanına, o səbəbə ki, səkkiz aylarla məvacib almırdılar (bu da çox məzəli).

Salisən: məktəb kitablarımız Türkiyənin Kürdüstan və Ərəbistan dilində yazıldıqları səbəbdən onların içindən millətimiz bir mətləb çıxarda bilmədi (bu da çox təəccüb?!).


O şey ki, bizi bu barədə danışmağa məcbur etdi, o da Soltanməcidin bir neçə ibarəsidir ki, o, məqalənin axırında deyir.

Məqalə sahibi yazır:

Özümüzü boş-boşuna mədh və təhsinlə yox, özümüzü quru tərif və yalançı alqışlarla yox, məhz acı həqiqəti meydana qoymaqla biz maarif evini abad edə bilərik.

Molla Nəsrəddin əmi də deyir:

Özümüzü boş-boşuna mədh və təhsinlə yox, məhz acı həqiqəti meydana qoymaqla biz maarif evini abad edə bilərik.

Qeyri bir yolu yoxdur.

Molla Nəsrəddin

“Molla Nəsrəddin”, 3 mart 1923, № 15

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Həmidə! (1 aprel 1914)

Bizdə hər şey öz qaydasındadır. Uşaqlar səlamətdirlər. Bəs haçan gələcəksən? Gələndə limfa da gətir.Burada yaz pis keçmir. Qəmər və Münəvvər sənə salam göndərirlər. Dəyirman işləyir.

1 dəq
Məmmədəli! (1913, ya 1914)

Jurnalın 2-ci nömrəsindən sənə baqacda 5 yüz göndərdim və teleqrafla baqacın nömrəsini məlumat elədim. Ancaq 3-cü nömrədən sənə 3 yüzdən artıq göndərə bilməyəcəyəm, çünki səhvən az çap olunub və bu üç yüzü də poçtla banderol edəcəyəm və satılan jurnalın hər birinə 18 qəpik göndərə bilməsən, Bakı bazarından bizə bir şey qalmayacaq. Çünki, vallah, jurnal qızıl qiymətinə başa gəlir, o dərəcədə hər bir şey bahadır; ələlxüsus bu şəkilləri.Cəlil

1 dəq
Əzizim Həmidə! (7 iyul 1914)

Tiflis*Gəl sən heç narahat olma. Əgər Ələkbər baş verən təzə əhvalatları sənə xəbər verməsəydi, sənin üçün lap yaxşı olardı. Müalicəni qurtarıb gələndən sonra məsləhətləşərik. Məxləs, indi bu məsələni yadından çıxart. Kaş biləydin ki, mən necə uşaqların yanına gəlmək istəyirəm! Ələkbər qabağıma briçka göndərməyə söz verib. Olsun ki, bu yaxınlarda gedəm. Bəs sənin halın necədir? Müalicən nə vaxt qurtarır? Müzəffər necədir? Tiflis bərk istidir, elə istidir ki, yazı yaza bilmirəm. Curnal da, ancaq bu səbəbə gecikir. Çox güman sentyabrda Bakı artistləri pyesimi tamaşaya qoyalar. Məni də oraya dəvət eləyirlər. Əlbəttə, mən istərdim ora səninlə gedəm. Truppa vədə verib ki, pyesi Tiflisdə də göstərsin.

1 dəq
Əzizim Məmmədəli! (11 yanvar 1915)

Tiflis*Kağızın yetişdi. Bundan sonra yazanda da həmin adresə yaz.

2 dəq

Başqa şairlərin şeirləri