Mədfən
“Mədfən”–ərəb ləfzidir. Mədfən o yerə deyilir ki, orada ölü dəfn olunur, yəni ölü basdırılır. Biz ona türk dilində “qəbr” deyirik; “qəbr” də ərəb sözüdür.
Bir də var “mədfəni-fikr”; yəni elə bir yerdir ki, orada fikir dəfn olunur, yəni fikir basdırılır.
“Mədfəni-fikr” bizim bəzi köhnə və təzə şair, qələm sahiblərinin o kitablarına deyilir ki, orada mömin müsəlman millətlərinin çürümüş qafasını sındırıb içindəki mövhumatı dağıtmaq yolunda ikicə kəlmə danışılmayıbdır.
“Mədfəni-fikr” olan minlərcə müsəlman kitablarını lazım gəlir yandırmaq ki, bu yanğının şöləsi vasitəsilə millətə lazım olan kitabları görmək mümkün ola. Onda bizim gözümüzə keçmiş əsrlərin qaranlığında bir kitab rast gələcək. O kitab uzaqdan bar-bar bağıracaq: “Açın məni, açın məni! Görün mən kiməm!”
O kitabın cildinin üstundə bir belə ad nəzərimizə gələcək: Ömər Xəyyam.
Bu kişi haman adamdır ki, yeddi-səkkiz əsrin müddətində tək birinci olaraq biçarə müsəlmanlara mərd-mərdanə belə xitab etdi: “Ay biçarələr! Ərəbistan çöllərində iki nəfər ərəb, hökumət üstə “portfel” davası saldılar və bir-birini vurub öldürdü, – bəs indi siz nə səbəbə müftəcə yerə məhərrəm ayında başınıza döyüb ağlaşırsız?”.
Bə niyə bu neçə əsrlər ötüb keçəndən sonra yüzlərcə və minlərcə qələm sahiblərinə və şairlərə müftəcə əl çaldıq, alqışladıq, ancaq Ömər Xəyyam hissini, Ömər Xəyyam qeyrətini çoxunda görmədik, hətta indi də görmürük?
Heyif müftə alqışlara!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 6 iyun 1929, №23
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-medfen
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Məhərrəm yetişdi. Şaxseylər gediləcək, başlar yarılacaq, şərbətlər içiləcək, məşəllər yanacaq.Bunlar hamısı öz qaydası ilə. Lakin bircə şey var ki, mənim xoşuma gəlmir və heç bir insaf əhlinin xoşuna gərək gəlməsin.
CavabımızMərvdən 558 və Teymurxan-Şuradan130 nömrəli oxucularımıza
İmaləƏrz olsun ki, müsəlman mətbuatı, şükür Allaha, ilbəil tərəqqi tapmaqdadır və axır vaxtlarda bizim də içimizdə bəzi qələm sahibləri tapılır ki, qeyri millətlərin yazıçılarından geri qalmırlar. Bunlar hamısı çox gözəl, amma bir eybi buradadır ki, bir para yerlərdə yazıçılarımızın və müxbirlərimizin bəzisi şərab içmək və keflənmək dərdinə giriftardırlar, o dərəcədə ki, iki-üç butulka çaxır və bir butulka araq içməyincə ələ qələm götürmək istəmirlər və götürəndə də iki kəlmə sözü bir-birinə yapışdıra bilmirlər.Söz yox, heyifsilənməli və bəlkə dərd etməli bir həqiqətdir; amma necə ki, xudavəndi-aləm hər dərdi yaradanda bir dərman yaradıb, keflənməyin də müalicəsi var və Molla Nəsrəddin arzu edir ki, məst olmağı adət edən müxbirlərimiz və xüsusən rus qəzetlərinə rusca məqalə yazan cavanlarımız nəsihətimizi qəbul edib, şərabxanalara yol döyməkdən geri çəkilə idilər və öz şərəflərini itirməyə idilər.
MəscidBelə tutaq ki, bir bütpərəst, ya xaçpərəst bizim islam dinini qəbul etmək istəyir. Qabaqdan mən deyirəm ki, bu şəxs məscidlərimizi görcək bu fikirdən düşəcək. O səbəbə ki, məscidə girən kimi çıxıb qaçmaq istəyəcək. Və məsciddən qaçanı dəxi bir də məscidə çağırmaq olmaz. Çünki dəxi gəlməz. Mən də o səbəbə gəlmirəm.Mən deyirəm məscid Allah evidir, orada Allaha ibadət etməkdən savayı dəxi özgə əhvalat yaraşmaz. Amma sən məscidin havasını üfutləndirirsən, mən burnumu tutub çıxıram.
Başqa şairlərin şeirləri · Satira
Dindirir əsr bizi, – dinməyiriz,Açılan toplara diksinməyiriz;
Təbibləri həcvMehdiqulu xana*Mənə buyurmuşdun: Qoləyə gəlsin,
Ar qıl!Kəmalü elmi xoşlama, cavansan, oğlum, ar qıl,Burax bu rahi-məktəbi, cəhaləti şüar qıl!
Şeyx əmi!Üstünə sal tazə əba, şeyx əmi,Saqqala yax rəngü həna, şeyx əmi!