Mərkəz və qəzalar
Yaz əkini kampaniyasına dair
Yaz əkini barəsində mərkəz bu il də – necə ki, keçən illərdə, – öz təklifini əmələ gətirir və öz vəzifəsini bitirir.
Bu il yaz əkini kampaniyası münasibəti ilə mərkəzdən qəzalara mart və aprel ayları müddətində üç milyon manata qədər pul buraxılır ki, fəqir əkinçilərə yardım olunsun.
Mərkəzin vəzifəsinin ümdə hissəsi bundan da ibarətdir və bundan savayı rəhbərlik dəsturül-əməli də, əlbəttə, mərkəzdən öz vaxtında da qəzalara göndərilir.
Beləliklə, bundan sonra iş qalır qəzaların insafına. Amma, bunu demək olar ki, qəzalarda da bəzi məmurlar öz təklifini layiqincə əmələ gətirmir; onunçün də nəticədə o məqsəd hasil olmur ki, hökumət ona müntəzirdir.
Qarayev yoldaş 9 mart tarixli məqaləsində yazır və arzu edir ki, bundan sonra qəzalarda pambıq ziraəti dairələrində bəzi müşahidə olunan nöqsanlar götürülsün. Bu nöqsanların cümləsində bunu da göstərir ki, pambıq əkinçilərinə pul köməkliyi öz vaxtında gedib çatmır və əkinçinin pambığını qəbul edən nöqtələr pambığın qəbulunu təxirə salır.
Hərçənd Qarayev yoldaş bu iki qüsurdan savayı yenə bir neçəsini qeyd edir; ancaq Molla əmi öz tərəfindən iqrar edir ki, qalan nöqsanlar nisbətən səhldir və onları biz hələ bir saatlığa pambıq məmurlarına bağışladıq. Ancaq bunu deyirik ki, əgər bu il kəndlilərə pulu təqsim edən müəssisələr və pambığı kəndlilərdən qəbul edən hökumət qapandarları bir azca insaf edib pulu da öz vaxtında paylayıb, əkinçiləri “get-gələ” salmasalar və pambığı da öz vaxtında qəbul edib əkinçini qoşa heyvanı ilə çöllərdə məəttəl eləməsələr, onda biz zamin ola bilərik ki, tək bu iki keyfiyyət pambıq məhsulunun artmağına da, əkinçilərin pambıqçılığa olan şövqünün də tərəqqisinə səbəb ola bilər.
Əgər bu iki nöqsan aradan götürülsə, yenə çox təfavüt elər.
Görək bu il qəzalarda bir para məmurlar insaf edəcəkmi?..
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 16 mart 1928, №11
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-merkez-ve-qezalar
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
A Molla dayı! Çoxdandır mən istəyirəm səndən bir söz soruşam, amma utanıram, qorxuram inciyəsən.Sözün doğrusu, jurnalın əvvəlinci nömrəsi çıxandan indiyə kimi mən hər vaxtı ki, sənin şəklinə baxıram, bir şeyə təccüb eləyirəm.
ZəncirZəncir, kəndir, noxda, boyunduruq, cilov-bunların hamısı heyvandan ötrü icad olunub, ondan ötru ki, heyvanı özbaşına qoymaq olmaz. İti zəncir ilə bağlamasan adamı qapar, malı kəndir ilə bağlamasan çıxıb gedər çölə, öküzün boynuna boyunduruğu qoymasan kotanı çəkməz, atı cilovlamasan qaçar, – xülasə, bunlar haması lazımdır, ondan ötrü ki, heyvanı özbaşına qoymaq olmaz.Və insanın heyvanlar ilə bu cür rəftarı heyvanlara naxoş gəlmir, çünki heyvanlar buna adət ediblər; amma bunun əsl səbəbi də budur ki, heyvanların ağlı yoxdur, əgər heyvanlarda ağıl olsa, günlərin bir günü bir yerə yığışıb sahiblərinə deyərlər: nə haqq ilə siz bizim azadlığımızı əlimizdən alırsınız və sahibləri çox artıq-əskik danışsalarheyvanlar bir dəqiqənin içində zənciri, kəndiri, noxtanı yolar, boyunduruğu və cilovu (gəmi) qırıb hərəsi dağılıb gedər bir tərəfə.
BatdağBir neçə dəfə qəzetlərdə oxudum ki, “Füyuzat”ın bağlanmağına səbəb “Axund Çəyirtkə” olubdur. Amma oxudum və çox təəccüb elədim; ondan ötrü ki, axund Çəyirtkə bir balaca, məzlum, zəif və mülayim çəyirtkədir və bu çəyirtkəni biz çoxdan tanıyırıq. Bu bir qulluqçu çəyirtkədir və ixtiyarı özündə deyil: ağa buyurur “sür dərəyə – sür dərəyə!”, vəssəlam.İndi görək niyə “Füyuzat” bağlandı.
İnşallahMənim bir nəfər dostum var, adı Məşədi Ələsgərdir. Mənim həmişə ona bir işim düşəndə və mən ondan bir şey təvəqqe edəndə o mənə deyər “inşallah”, amma burası var ki, çox vaxt dediyi sözə əməl eləməz. Məsələn, deyərəm: “Məşədi Ələsgər, Kərbəlayı Həsənə de ki, bu gün gəlsin bizə, çox vacib işim var”. Dostum mənə cavab verər “inşallah” deyərəm. Amma gedib gözlərəm, Kərbəlayı Həsən gəlməz. Məlum olar ki, dostum kərbəlayı Həsənə mənim sifarişimi yetirməyib.Məşədi Baxşəliyə bir gün dedim: “oğlunu göndər getsin məktəbdə oxusun”. Dedi “inşallah”, amma bir neçə gün keçdi, göndərmədi. Bir də görəndə dedim, genə mənə dedi “inşallah”. Bir neçə gün keçəndən sonra genə dedim, genə mənə cavab verdi “inşallah”. Bir də görəndə dedim, genə dedi: “inşallah göndərərəm”.
Başqa şairlərin şeirləri · Satira
Xəsisin heyfi, varisin keyfiŞeirlər - M. A. Sabir. Hophopnamədən: Satiralar.
Ağbaşlar içtimainin qətnaməsiŞükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.
ƏdəbiyyatQurma bihudə, a Molla, bu qəder hengamə sən,Bisəmərdİr hər qədər qılsan fəğan İslamə sən.
EhsanlarımızSəndən, ay Kirpi dayı, var yeni bir xahişimizSən əgər mərhəmət etsən, düzələr hər işimiz.