Möhkəm iplər
İyirmi ildən artıqdır ki, biz Azərbaycan türkləri mədəniyyət bağının yolunu tapıb, bu yolun piyadaları olmuşuq.
Mədəniyyət bağının çiçəklərinin kefləndirici ətirləri, canverici havası, bulaqlarının təmiz və sərin sularının şorultusu, bülbüllərinin gözəl oxumaları bizləri çəkir, yürüdür, amma biz yürüyə bilmirik; o gözəl bağa tez yetişib, faydalanmağa və rahat olmağa ürəyimiz nə qədər tələsiyirsə, addımlarımızı tez-tez ata bilmirik. Nə qədər yıxılırıq, qalxırıq, atılırıq-düşürük və irəliləyiriksə, yenə görürük ki, yolun ondan bir payını ölçə bilməmişik, görürük ki, bağ hələ çox uzaqdadır.
Doğrudan da bu iyirmi ilin içərisində biz nələr yapmadıq? Cəmiyyətlər düzəltdik, məktəblər açdıq, çapxanalar alıb işlətdik, kitablar çıxardıq, şairlər yetirdik, qəzetlər, jurnallar verdik, mərəkələr (mitinq) qurduq, nitqlər söylədik, idarələri və məktəbləri milliləşdirdik.. . Milləti mədəniyyət bağına yaxınlaşdıran addımların hamısını atdıq və yenə atmaqdayıq.. .
Amma çəkdiyimiz bu qədər zəhmətlər və xərclər ilə ölçdüyümüz yolu və irəlilədiyimiz yeri tutuşduranda görürük ki, zəhmət və xərc yüzdür, atdığımız addımlar bir ya ikidən artıq deyil. Biz görürük ki, bizdə çırpınmaq, dartınmaq və hərəkət var, amma işdə bərəkət yoxdur.
İrəliləmək işinin belə olmağı səbəbsiz deyil; bunun böyük səbəbi var; o səbəb budur ki, bizim ayaqlarımız iki möhkəm iplərə bağlanıb; biz ayaqlarımızı irəliyə atdıqca, o iplər geriyə çəkir.
İplərin birisi ərəb əlifbasıdır ki, öz çətinliyi və dilimizə yaramazlığı ilə oxuyub yazmağı öyrənmək istəyənlərin saylarını artırmağa mane olur.
O birisi də yuxarıda saydığımız nitqlər və yazıların hamısının türk dilində (Azərbaycan dilində) olmayıb ərəb, fars və rus dillərində söylənmələridir.
Bu iplər çox möhkəm, ağır və sıxıcıdır.. .
Bunlar bizi mədəniyyət bağına çatıb, onun şirin və dadlı meyvələri ilə faydalanmağa qoymurlar və qoymayacaqlar.. .
Bunları ayaqlarımızdan açıb atmalıyıq, bu yolda var qüvvə ilə çalışmalıyıq.. . Yoxsa o bağın içinə girə bilməyəcəyimiz şübhəsizdir.
“Yeni yol” qəzeti, 21 oktyabr 1922, №5
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-mohkem-ipler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Deyirlər: Bu günlərdə Bakıda əyləşən İran konsulu qeyri yerə dəyişiləcək və onun yerinə Tehrandan təzə konsul göndərirlər. Bu təzə gələn konsul farsdı və türk dilini bilmir. Bunu da deyirlər ki, Bakıdan savayı qeyri şəhərlərə də təzəlikdə göndəriləsi olan İran konsulları fars olacaqlar və bəlkə onlar da türk dili bilməyən olacaqlar.Rusca deyirlər: Pociviyom, uvidim. Yəni inşallah yaşarıq, görərik. Biz də inşallah (bu əcəl məsələsi işi xarab eləməsə) inşallah görərik.
Allah, bədnəzərdən saxla!Qəzvində çıxan “Nəsihət” qəzeti ingilis vəzirlərinin Misrə hücumu barəsində söhbət açıb məqalənin bir yerində deyir ki, lordların həmin politikası tək bir Misir barəsində yox, gələcək zamanlarda Türkiyənin də, İranın da və Əfqanıstanın da başında çatlayacaq və bunu nəzərə alıb qəzet belə məsləhət görür ki, bu üç məmləkətə lazımdır dal-dala verib bir-birinə kömək dursunlar, ta ki cahangir düşmənlər bunların üstünə töküləndə bunları təkləyə bilməsinlər.Burada iki məsələ vardır ki, onların barəsində möhtərəm qəzet heç bir söz danışmır. Bu iki məsələnin biri çox kiçik və o biri də çox böyük məsələdir.
Ev adlarıBakıda böyük evlərin və həmxanaların idarəsi ki, rusca ona “ciltovarişstroy” deyirlər. İndi bu saat böyük çətinliklərə düşüblər ki, aya evlərə nə ad qoyaq?Çünki komunxoz da evləri verib həmxanaların ixtiyarına. Həmxanalar da özlərinə heyəti-müdiriyyə seçiblər. Bunlar da komunxozların qərarına görə gərək idarə etdikləri evə ad qoysunlar.
Təzə ilBu günlər təzə ilin günləridi. Yəni bu günlər İsa peyğəmbərin, yəni xristiyanların Allahının xəlvətcə anadan olmağından min doqquz yüz iyirmi dörd il keçib, min doqquz yüz iyirmi beşə ayaq qoyur. Vaqedə çox böyük tarixdi.Min doqquz yüz iyirmi beş il bundan qabaq birinci dəfə xristiyan aləminə cənnət-cəhənnəm və axirət etiqadı soxulub, indiyə kimi neçə milyon insanı keşişlərin torundan qurtarmağa macal vermir.
Başqa şairlərin şeirləri · Satira
İsmayıl bəy Qutqaşınlıya*Səni aləmdə, ey arami-can, hər kim zəlil istər
Şeyxə bir imdadƏfsus ki, yoxdur yetişən dadına şeyxin,Get məscidə, bax naləvü fəryadına şeyxin.
Aclıq davasıAclıq davasında yoldan azanlar, qaçıb dazanlar, qəzet yazanlarüçün belə rəvayət edirlər: Saralüddövlə Kirmanşah döyüşündən sonra
Qocalar marşı ("Bir qocayam çaq nər kimi yaşaram")Bir qocayam, çaq nər kimi yaşaram,Dörd arvadı bir-birinə qoşaram,