Mozalan bəyin səyahətnaməsi
Oxucularımıza xəbər veririk ki, bu günlərdə yoldaşımız Mozalan bəy çıxacaq səyahətə. Tiflisdən gedəcək Gəncəyə və Gəncə şəhərlərini gəzəndən sonra gedəcək İrəvan quberniyasına və oranın şəhərlərini ziyarət edib Kars tərəfindən Ax, alkələk və Axalsix yolu ilə keçəcək Batuma, ordan şimal tərəfini gəzib və Rusiya tatarları ilə görüşüb qayıdacaq Bakıya, ordan gedəcək Xorasana, Tehrana və Təbrizdən Culfa yolu ilə qayıdıb gələcək Tiflisə.
Bu yerləri gəzdikcə Mozalan bəy səfərnamə yazacaq və hər həftə göndərəcək idarəmizə ki, çap edək.
Amma bir həftəyədək Mozalan bəy burada məşğul olacaq özü üçün yalandan bəylik şəhadətnaməsi çıxartmağa və nə fənd-fel ilə, nə hiylələr və bicliklər ilə bu şəhadətnaməni çıxardacaq – bunu da səyahətnamənin müqəddiməsində yazacağıq ki, oxucularımız üçün bir növ təcrübə hasil olacaq.
İdarədən
“Molla Nəsrəddin”, 9 mart 1908, № 10
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-mozalan-beyin-seyahetnamesi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aşnalarımızdan bəzisi bizə məktub göndərib xahiş edir ki, onlara idarəmizin əhvalından bir neçə məlumat yazıb bildirək; məsələn, neçə müştərimiz var, kimdir bu müştərilər, hansı şəhərlərdən məcmuəmizə artıq həvəslə abunə yazılırlar, nə qism məktublar bizə göndərirlər və i.a.Məcmuəmizin dördüncü nömrəsi iyirmi beş min nüsxə qədərincə çap olundu. Bu iyirmi beş mindən on səkkiz min dörd yüz otuz iki nüsxə doqquz aylıq, altı aylıq və üç aylıq müştərilərə göndərilir. Qalanı tək-tək satmaq üçün özgə şəhərlərə yollanır.
MəktubHəştərxan müftisinin idarəmizə göndərdiyi məktubu:Müdiri-möhtərəm!
Dövlət dumasına vəkil seçgisiA kişi, dünyada nə çox bikar adamlar var imiş. Bir neçə gün bundan irəli mənə, şəhər idarəsi tərəfindən üzv seçmək üçün dəvətnamə göndərilmişdi. Dünən axşam evdə oturub çay içirdim, zəng çalındı, nökər ərz etdi ki, bir cavan oğlan məni görmək istəyir; bəli, gəldi. Hə, nə qulluq? Əlin uzadıb qoltuq cibindən bir tikə qırmızı mürəkkəb ilə yazılmış vərəqə qoydu qabağıma ki, seçki günü haman vərəqəni aparıb salım qutuya. Dedim baş üstə, bu bir asan işdi. Kağızı heç açmadım. Eləcə bükülü qoydum cibimə. Cavan xudahafiz deyib getdi.Bir az keçdi, genə zəng vuruldu. Bu dəfə genə bir cavan oğlan, genə haman əhvalat.
BakılılaraAy bakılılar, Allah xətirinə məndən əl çəkiniz. Mən xəta eləmədim ki, gəldim bir para məzhəkəli nağıllarla sizi güldürəm ki, könlünüz açılsın və xörəyiniz yaxşı həllə getsin! Yoxsa mən gəlmədim ki, onu-bunu özümdən incidəm.İşin ibtidasında falı bəd vuran – o evi xarab Dəmdəməki oldu: götürüb o qədər yalan-palan yazdı ki, cəmi Bakı əhli məndən rugərdan oldular.