Müsəlman ürəfa və danişməndlərinə
Səhifə 2 / 2 · 50%
“İrşad”ın və “Proqres”in əlan on yeddi min manatlıq mayəhtacı var.
Bu mayəhtaclar və hər iki qəzetlər şirkətin malı olacaq.
Müsəlmanlar!
Bu qədər zəhmətlə tərtib olunmuş belə böyük bir binanı əldən buraxmaq, dağıtmaq, ələlxüsus geri qalmış və bu günə binalara möhtac olan millət üçün nəinki günahdır, bəlkə xəyanətdir!!
Əgər bizdə bir az namus və insaf var isə, əgər biz doğrudan millətimizin qeydinə qalırıqsa, əgər bizim üçün islam və onun tərəqqi və təalisi əziz isə, biz gərək himmət edib qoymayaq ki, bu bina dağılsın və bu nəhv ilə bu ləkəni millətimizdən götürək!!
Bu qədər milyon müsəlmanlar üçün iki yüz üzv nədir?! İldə yetmiş beş manat nədir?!
İctima edən cümlə o müsəlmanlar ki, qeyrət və namusdan, həmiyyəti-milliyyədən bəri deyilsiz!!
Ayda altı-yeddi manat bu qədər böyük iş üçün bir şey deyil!! Ancaq bir az həmiyyəti-milliyə və tərəqqipərəstlik istər!
Bizə yəqindir ki, hələ müsəlmanların arasında çoxlarının qəlblərində millətpərəstlik, həmiyyət, xeyir işə meyl mövcuddur; lakin gərək bu qəlbləri cünbüşə, hərəkətə gətirən ola; bu vəzifə də, bu iş də bizim oxucularımızın, ürəfa və danişməndlərimizin borcudur; gərək bunlar hər yerdə birləşsinlər! Hər yerdə öz zəhmət və qeyrətlərini görkəzsinlər; bizim bu xitabnaməmiz bizim ürəfa və danişməndlərimiz üçün bir imtahandır, onun iş görmək qabiliyyəti üçün bir məhəkdir; şimdiyədək bizlər cümlə ümidlərimizi bir neçə şəxslərin üstünə atıb özümüzü hər bir vəzifədən, hər bir borcdan, hər bir işdən azad hesab edərdik; halbuki qeyri millətlərin arasında cümlə böyük işlər, cümlə böyük hərəkətlər ictimaların şirkətləri, qeyrət və səyləri ilə olub; xəyal və məqsədlə müttəhid olmuş bir kaç kişi daha artıq iş görərlər, nəinki tək-tək adamlar.
Pəs işə şüru: edək sürətlə! Tərəqqi və səadət yolunu görkəzən tənha bir qəzetimizin bağlanmaq ləkəsini öz əlimizdən siləlim! Qəzetimizi tez ehya etməklə cümlə qonşu millətlərə sübut edəlim ki, biz milləti-islamda da həmiyyət, qeyrət və işi görmək qabiliyyəti var:
Doktor Kərimbəy Mehmandarov, incener Məhəmmədhəsən Hacinski, doktor Həsən bəy Ağayev, “Kaspi”, “Füyuzat”ın müdiri Əli bəy Hüseynzadə, mühərriri-şəhir Əhməd Kamal, incener Behbud ağa Cavanşir, yurist Əbdüləli bəy Əmircanov, müəllim Sultanməcid Qənizadə, müəllim Məhəmmədhəsən Əfəndiyev, doktor Bəhram bəy Axundov, incener Lütfəli bəy Behbudov, incener Cavad bəy Vəzirov, incener Cəlil bəy Sultanov, incener Ağalar bəy Xanlarov, müəllim Həbib Mahmudbəyov, incener Zivər bəy Əhmədbəyov, doktor Qara bəy Qarabəyov.
Bədəttəhrir üzv olmaq xahiş edənlərin diqqətlərinə:
1)Təvəqqe olunur üzv olmaq xahiş edənlər işin sürətlə tamam olması üçün mümkün dərəcədə tez öz xahişlərini yarım ilin üzvhaqqı ilə barəbər bu adreslərin birinə irsal buyursunlar:
Baku, Nikolaevskaya ulitsa, protiv realnoqo uçilişa, doktoru Baxrambeku Axundovu
Baku, Obraztsovıy ryad, maqazin İskenderbeka Melikova.
Elə ki, yüzə qədər üzv tamam oldu üzvlər ümumi iclasa dəvət olunacaqlar.
Hər bir şəhərin üzvləri iclasi-ümumiyə ya cümləsi gələ bilərlər, ya bir vəkil göndərə bilərlər və yainki Bakıda sakin bir üzvü öz tərəflərindən vəkil edə bilərlər.
Üzvlər öz xahişlərini pulları ilə bərabər göndərdikcə qəzetlərdə elan olunacaqlar.
İclasi-ümumidə bu məsələlər müzakirə olunacaq:
Əvvəla, qəzetlərə müdir intixabı.
Saniyən, qəzetlərin maliyyə cəhətini idarə etmək üçün bir komissiya seçmək.
Salisən, bir nəzarət komissiyası intixab etmək üçün ki, hərdənbir maliyyə komissiyasının işlərini təftiş etsin.
Zeyldə adları siyahı üzrə dərc olunan əşxaslar şimdidən özlərini üzv yazdırmışlar:
1)Axund ağa Əbdürrəhim ağa Müctəhidzadə, 2) Axund Məhəmməd ağa Haqverdizadə, 3) Axund Molla Hüseyn Oruczadə, 4) Axund Molla Fərəc Pişnamazzadə, 5) Doktor Kərim bəy Mehmandarov, 6) Şirəli bəy Əmircanov, 7) Azad ağa Cavanşir, 8) Murtuza Muxtarov, 9) Hacı Əcdər bəy Aşurbəyov, 10) İsmayıl bəy Tağıbəyov, 11) Cahangir xan Nuribəyov, 12) Həmidə xanım, 13) Abdulla bəy Qalabəyov, 14) Həmid bəy Zülfüqarov, 15) Mehdi Qurbanov, 16) Allahyar bəy Zülfüqarov, 17) Məhəmməd bəy Rəfibəyov, 18) Hacı Məhəmmədhüseyn Rəfiyev, 19) Ağa Məhəmməd Əhmədov, 20) Məhəmmədhəsən Hacinski, 21) İskəndər bəy Mahmudbəyov, 22) Həbib bəy Mahmudbəyov, 23) İsa bəy Aşurbəyov, 24) Bəşir bəy Aşurbəyov, 25) Mehdixan bəy Aşurbəyov, 26) Yusifəli Əliyev, 27) Qara bəy Qarabəyov, 28) Yüzbaşı bəy Aşurbəyov, 29) Ağa Şərif bəy Aşurbəyov, 30) Gəray bəy Aşurbəyov, 31) Əli bəy Hüseynzadə, 32) Əhməd Kamal, 33) Əlibala Əliyev, 34) Həsən bəy Ağayev, 35) Azad bəy Vəzirov, 36) Fərrux bəy Vəzirov, 37) Cavad bəy Vəzirov, 38) Zeynal bəy Vəzirov, 39) Əbdüləli bəy Əmircanov, 40) Hüseyn bəy Ağayev, 41) Məşədi Mehdi bəy Ağayev, 42) Məlik Rəsulov, 43) Məşədi Əbdüləli Abdullayev, 44) Zivər bəy Əhmədbəyov, 45) Məhəmmədhəsən Əfəndiyev, 46) Əlicabbar Orucəliyev, 47) Sultan Mustafabəyov, 48) Məhəmmədsadıq Güləhmədov, 49) Mirzə Mehdi Əliyev, 50) Əbdürrəhim Səmədov, 51) Sultanməcid Qənizadə, 52) Sadıq Ağalarov, 53) Ağalar bəy Xanlarov, 54) Əbdürrəhmanov, 55) Ağa İsmayıl Quliyev, 56) Xudadad Quliyev, 57) Gülməhəmmədbəyov, 58) Mirsiyayovlar, 59) Mirzə Hüseyn Münşiyev, 60) Məşədi Şamil Hacıyev, 61) Əzimovlar, 62) Muradov, 63) Kərbəlayı Əkbər Seyidbəyov, 64) Məşədi Mahmud Müqimov, 65) İsmayıl bəy Axundov, 66) Rəştiyev, 67) Məşədi Süleyman Əsgərov, 68) Rzayevlər, 69) Lütfəli bəy Behbudov, 70) Behbud ağa Cavanşir, 71) Sultanov Cəlil bəy, 72) Bəhram Axundov, 73) Ağa bəy Cəfərəliyev, 74) Ağa Hüseyn Tağıyev, 75) Cavad ağa Cavanşir, 76) Ağa Abbas Hacıyev, 77) Knyaz Xasay xan Usmiyev, 78) Kərbəlayı ağa Cavanşir, 79) Nəsrulla bəy Aşurbəyov, 80) Hacı Əhməd bəy Aşurbəyov, 81) Fətulla bəy Rüstəmbəyov, 82) İsa bəy Əlibəyov, 83) İsa bəy Tağıyev, 84) Rəhim bəy Xəlilov, 85) Zülfüqar Tanrıverdiyev, 86) Mustafa Əliyev.
“Molla Nəsrəddin”, 26 avqust 1907, № 32
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-muselman-urefa-ve-danismendlerine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Amma bu zalım Orenburq tatarlarının içindən qəribə şairlər törəyib. Məsələn, ayıb olmasın. “Din və məişət” jurnalının birinci nömrəsində “Səddiqüləmini” imzası ilə bir şair yazır:Əzimətsən, əzimətsən, əzimət,
ÜləmaBəndə ömrümdə çox moizələr, çox xütbələr eşitmişəm; lakin tasua günü “Səadət”də fəxrül-islam olan Axund Molla Ələkbər cənablarının moizəsi kimi bir moizə hələ eşitməmişəm. Bu moizə insanın ruhunu guya quş qanadları üstünə alıb, cümlə avam insaniyyəti seyr etdirir idi və insan seyr etdikcə qəlbi riqqətlənib, ruhu ucalıb, özündə bir ülviyyət, bir əzəmət hiss etməyə məcbur edirdi.Bilmirsiniz axund həzrətləri nədən danışırdı?
Küflə qurdu“Tərəqqi”nin 25-ci nömrəsini oxuyanlarla bir az söhbət edək.Bəli, Aşqabadda mərsiyəxan Hacı Molla Əbdüləli camaata söz verir ki, şami-qəriban gecəsi qabaqca Firudini və Müzəffəri məktəblərinə pul yığsın, sonra özünə pul istəsin.
Bisavad“Bisavad” bəzi vaxt pis sözdü, bəzi vaxt yaxşı sözdü. Elə adam var ki, ona “bisavad” desən – inciyər. Elə adam var ki, sən deməsən də özü döşünə döyə-döyə deyər “Mən bisavadam”.Adamına baxar və yerinə baxar.
Başqa şairlərin şeirləri
Rübailər**Ey mərifətin baği-səhanın səməri,
Azərbaycanım, yaşa!Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
Mürəbbe: Gedərdi sinəmdən bu dağ həsrətGedərdi sinəmdən bu dağ həsrət,Əgər sənin cəmalını görsəydim,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat