Müsəlmançılıq
Hər kəs Tiflisdədir və hər kəs ki, axır vaxtlarda müsəlman və rus qəzetlərini oxuyur, – o bilir ki, Tiflisdə müsəlman məhəlləsində müsəlman camaatından ötrü bir teatr qayrılır və bu binanı qoyan və əmələ gətirən Yusifbəy Tahirovdur.
Bu xüsusda Tahirov cənablarının tərifini qəzetlərdə hamı gərək oxumuş ola. Mən də oxumuşam və bir dəfə də yox, beş dəfə, on dəfə. Nə bilim, hər gün yerindən durursan və qəzeti əlinə alıb görürsən ki, yazılıb teatr belə oldu, Yusifbəy Tahirov elə oldu.
Yusifbəyin tərifini qəzetlərdə yazan – onun qulluqçuları və yoldaşlarıdır; qəzeti oxuyanların çoxu – yad ruslar, gürcülər və yad erməni, müsəlmanlardır. Onlara təfavüt eləməz ki, Yusifbəy kimdir? Onlar oxuyub və “afərin belə şəxsə!” – deyib keçirlər. Amma mən yazıqdan heç kəsin xəbəri yoxdur; heç bilən yoxdur ki, mən nə çəkirəm. Heç mənim dərdimdən xəbərdar olan yoxdur.
Sözün əsli budur ki, Yusifbəy Tahirov da naxçıvanlıdır, mən də naxçıvanlıyam. Mən görürəm ki, Tiflisdə təzə camaat teatrı onun adına bağlandı və insafən görürəm ki, məhz Yusifbəyin səy və hümmətilə bu teatr əmələ gəldi. Amma söz burasındadır ki, mən də naxçıvanlıyam və qeyrətimə sığışdıra bilmirəm ki, mən dura-dura və mən olan yerdə məndən savayı bir özgə adam gəlib burada bir ad çıxartsın; gəlib Tiflisdə şöhrət qazansın.
Sözün doğrusu, bu dərd məni öldürür.
Əvvələn, budur ki, biz naxçıvanlıyıq. Naxçıvanda belə qayda çoxdan qoyulub ki, bir tacirin şöhrətinin dərdi qeyri bir taciri qoymaz yuxu yuxlasın; bir bəyin dövlət və izzətinə qeyri bir xan həsəd aparar; hətta iki axund ad və şöhrət üstə həmişə bir-birilə müddəi olarlar.
Mən Yusifbəy Tahirovun şöhrətini sığışdıra bilmirəm; çünki əvvələn, mən naxçıvanlıyam, o da naxçıvanlıdır və saniyən burada bir az müsəlmançılıq da var: bir müsəlman qardaşın şən və şöhrəti qeyri müsəlman qardaşa heç vaxt xoş gələ bilməz; odur ki, danosbazlıq və şeytançılıq vıstavkalarında qızıl medal alan əvvəl müsəlman qardaşlar olur.
Xülasə, doğrudan doğrusu, bu Yusifbəy Tahirov həmşəhrimin şöhrəti məni öldürdü.
Axır bəs nə edim?
Çox fikirdən sonra dedim: “Yenə vallah şeytançılıq, yenə xəbərçilik. Yenə qoy barı Tahirovu avam içində töhmətləndirim, bəlkə bir tövr xarab olub qoyub gedə işinə!”.
Aha, tapmışam! Cəmi uzun saqqal, uzun əba, uzun papaq, uzun çubuq və uzun ətək mömün və dindar, abırlı və ismətli müsəlman qardaşlardan təvəqqə edirəm ki, bu kağızı oxuyan kimi gedib təzə teatrın akoşkalarının qabağında qayrılan “lojalar”a tamaşa eləsinlər və orada işləyən qulluqçulardan soruşsunlar ki, o lojalar kimlərdən ötrüdür? Mən soruşdum, mənə belə cavab verdilər ki, “burada qabaqdan pərdə kimi bir şey asacağıq ki, bu lojalarda hərdənbir müsəlman xanımları əyləşsinlər”.
Di get, dəxi sözün nədir! Bu da sənə teatr! Bəli, müsəlman xanımları əyləşsinlər! Çox əcəb, qoy əyləşsinlər! Dəxi sən küçədə Yusifbəy ilə məni bir yerdə görəndə, nə səbəbə əvvəl ona baş əyirsən, sonra da mənə baş əyirsən? Mən ki, övrət-mövrət sözü danışmıram?! Keçənlərdə də həyə danışmışam, qələtdi tutmuşam; bir səhvdi eləmişəm; o vədə uşaq idim; elə bilirdim ki, yazıçı odur ki, hər sözü aşkar danışsın. Sonra axırda Bakı qəzetçilərindən təcrübə ələ gətirdim, axırda bildim ki, müsəlman yazıçısı avama xoş gələn sözü yazmasa, işi keçməz.
Mətləbdən uzaq düşməyək: teatra sözüm yox, amma hər kəs müsəlman övrətinin teatra gəlməyinə razı olsa, yəqin ki, müsəlmançılığa xəyanət etmiş kimidir; o səbəbə ki, hələ dünyada teatr yaranandan indiyə kimi heç ittifaq düşməyib ki, teatra gedən müsəlman övrətinin üzünü naqafil bir yad kişi görməmiş olsun.
Budurmu müsəlmançılıq? Budurmu millətpərəstlik? Sən həyə millətin halına yanırsan, ona teatr qayırırsan, – bu bir özgə iş; hərçənd bu barədə kitablarda bir cəzayi-xeyir, ya bir səvab yazılmayıb; çünki teatrbazlıq yenə hər necə olmuş olsa, şeytan işi qəbilindədir.
Qərəz, nə eləyirsən elə, amma dəxi övrətlə nə işin var?
Xülasə, bir tərəfdən naxçıvanlılıq, bir tərəfdən müsəlmançılıq… Onunçün bu sözləri yazdım.
Amma məni dindirmə; ürəyim sıxılır!!!
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 23 fevral 1912, №7
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-muselmanciliq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Aprel ayının onunda yaranal Sumbatov şəhərin duma idarəsinə bir belə ərizə verib: Sənə 1860 miladiyyədə Rusiya hökumətinin Tiflisdə əyləşən məmurları müsəlmanlara məhəbbət və iltifat nəzərilə baxıb qərar qoydular ki, Tiflisin cəmi fahişəxanaları müsəlman məhəlləsinə köçsünlər və bu qırx beş ilin müddətində nə qədər ki, Tiflis müsəlmanları elm, maarif, ticarət və mədəniyyət babından tərəqqi tapıblar – bunların hamısına səbəb əvvəl mənəm ki, evlərimi belə iş üçün icarəyə vermişəm və ikinci haman qızlardı ki, mənim evimdə mənim əziz qonaqlarım idilər.Hərçənd bu qırx beş ilin fasiləsində Tiflis müsəlmanları min doqquz yüz doxsan ərizə veriblər ki, hökumət bu qızları müsəlman məhəlləsindən köçürtsün, amma hökumət məhz müsəlmanları səmimi
Çerivanski ilə yoldaşının söhbəti– Yenə nə dərin fikrə gedibsiz? Görünür təzə və xeyirli bir zakon yolu daha tapmaq istəyirsiniz.Çerivanski – Bəli, müsəlmanların adam və abrozovannı olmaları üçün bir neçə yaxşı üsul tapmışam. Məsələn: biri budur ki, birdən ziyadə övrət alan müsəlmanın ixtiyarları əlindən alınsın.
Bizim “obrazovannı”larMənim bir rəfiqim var, özü də müsəlmandır, amma məni görəndə rus dilindən savayı özgə dildə danışmaz. Məsələn, söhbətimiz bu cür olur: mən onu görəndə deyirəm:– Hardan gəlirsən?
Molla Nəsrəddinin cavabıAğdaşda Kərbəlayı NəcəfquluKərbəlayı Cəfər oğluna
Başqa şairlərin şeirləri · Satira
Öymə nəsəbi, öyməyə şayistə həsəbdir,Gördük o müləvvəsləri kim, paknəsəbdir.
RozəxanGet, axund, bir qara əbayə bürün,Bir əlin millətin cibinə uzat.
Özündən razıYaşadı, həmişə özündən dedi,Göydəki günəşə özündən dedi.
"Kəlniyyət" məcmuəsinin ruhunaÖtdünsə sənin ruhuna mən fatihəxanəm,Rəhmət ola, min yol sənə rəhmət, genə rəhmət.