Artistlər
Dünən vağzalda bir cavan oğlan, əlində çamadan sol əlində paltosu, adamların dal tərəfindən gizlincə istəyirdi ki, çıxsın platformaya. Ona oxşayırdı ki, Tiflisdə mehmanxanaya borclu qalıb xəlvətcə əkilir ki, borc sahibi bilməsin.
Maşın fışqırıqladı, çıxdı getdi.
Ya yalan, ola, ya doğru – pənah Allaha!
Tiflisdə mənim hansı qastinsaya yolum düşür, qəstin sahibi başlayır bizim müsəlman artistlərini xəbər almağa.
Məlum olur ki, çoxları borclu qalıb, xəlvətcə qaçıblar.
Evdə oturursan – zəng çalınır. Kimdir, bir kasıb qoca gürcü arvadıdır. Hə, nə deyir? Deyir ki, flan müsəlman artisti haradadır? Deyirsən ki, məsələn, Naxçıvandadır, yainki Bakıdadır.
Məlum olur ki, müsəlman qardaşlar bu yazıq arvadın evini kirayə eləyiblər və nəinki məhz ev kirayəsini götürüb qaçıblar, bəlkə bu yazıq övrətin kürkünü aldadıb alıb aparıblar ki, yolda üşüməsinlər.
Axırda elə olubdur ki, Tiflisdə iki baqqal haqq-hesab üstə sözə gələndə, birisi o biri bədhəqq yoldaşına deyir:
– Axırda sən də mənə müsəlman artisti oldun?
Mən əvvəllər səhv başa düşərdim; elə bilərdim ki, məsülman artisti ibarətdir elə bir şəxsdən ki, səhnəyə çıxıb, avam müsəlman qardaşlara ibrətli sözlər deyə.
İndi belə məlum olur ki, artistin bir mənası da var imiş: yalançı, xalqın malını özünə halal bilən, yoldaşın haqqını kəsən və həmişə özgələrə hiylə qurub, yalan ilə başını saxlayan.
Amma bir para belə julikləri çıxanda, söz yox, doğru və dürüst həqiqi artistlərimiz də yox deyil.
Bunlara da salam olsun Molla Nəsrəddin tərəfindən.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 8 mart 1912, №9
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-artistler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bizim şeyxin qırx səkkiz arvadı varMolla Nəsrəddin heç vaxt yalan söz danışmayıb və danışmaz. Bəlkə də qırx səkkiz olmaya, otuz səkkiz ola, otuz ola – söz burada deyil, söz buradadır ki, bizim şeyxin hər kənddə iki arvadı var.
AhənrübaAhənrüba – yunanca miqnatis, rusca maqnit; bu bir cövhərdir ki, dəmiri cəlb edir, yəni özünə tərəf çəkir.Təmsil gətirsək – dəxi də açıq söyləmiş olarıq:
Evi yıxıldıNaxçıvanda şəhər idarəsindən dörd min manat pulu aparanların evi yıxıldı.Məlumdur ki, indi Naxçıvanda heç kəsin xəyalına gələ bilmir ki, dörd min manat bağlı dəniz sandığın içindən necə olub və kim aparıb. Bir rəvayət budur ki, pulları suçqan yeyib. Bir rəvayət də budur ki, pullar dura-dura birdən özləri yox olub. Xülasə, bir yana güman getmirdi.
Xeyirxahlıqİrəvan məclisinin sədri və seminariyada şəriət dərsinin müəllimi qazı axund Molla Məhəmmədbağır ağaya bu bir neçə sözü bəndə məhz həmşəhərlik münasibəti ilə deyirəm; məhz xeyirxahlıq yolu ilə ərz edirəm.Əgər qazı cənablarını yad adam hesab eləsəydim, əgər cənabialiyə məhəbbətim olmasaydı, bu aşağıdakı ərizəni bica hesab edib, bir söz danışmazdım.
Başqa şairlərin şeirləri · Satira
İndi qalmıştar təmamən intizar iranhlar',Bilmeyirlər məmləketde bir nə var iranlılar.
Başqa millətdən hüququn almaq üçün hər zamanBaşqa millətdən hüququn almaq üçün hər zamanInqilabiyyun, səlahiyyun, rəşadiyyun çıxar!
StudentStudentik, mey içib məst olarıq,Hər gecə bir qıza pabəst olarıq,
“Novator” rəssamaBir paltar geymisən başa düşmürəm,Astarı hansıdır, üzü hansıdır.