Əlifba
Lazımdır avam camaatı başa salmaq, yoxsa birdən-birə desən ki, “bu Balkan davası bizim əlifbamızın davasıdır”, əlbəttə, bu sözlər damnan düşmə sözə bənzəyəcək; dəxi heç kəsin qulağına girməyəcək. Sözü lazımdır ehmalca demək, “pişiyim-pişiyimnən” demək. O demişkən, “söz var ki, dağa çıxardar, söz var dağdan endirər”. Yoxsa avam camaat nə sənin məqaləni oxuyar, nə də oxusa, təsdiq eləyər; qalarsan meydanda tək-tənha.
Və bir də səndən də savayı qəzetçi var: kimdir əlifba sözünü danışan? Sözün var, – söz de! Davadan yazırsan, topdan-tüfəngdən danış; Balkan hara, əlifba hara?
Bəlkə eşitmiş olarsınız, Albaniya tayfasını ki, osmanlılar arnaud deyirlər, – bunlar həmin millətdirlər ki, miqdarı ikicə milyon ola-ola yapışıb osmanlıların yaxasından və deyir ki, “gərək izn verəsən biz ərəb hürufatı əvəzinə latın hürufatı qəbul edək, ya da ki, xəncəri əldən yerə qoymayacağıq”.
Bu sözləri deməkdə arnaudlar belə xəyal eləyirlər: onlar bilirlər ki, nə qədər ərəb hürufatilə yazı-pozu eləyirlər, mətbuatları tərəqqi tapmayacaq, milli ədəbiyyatları puç olacaq, dilləri hörmətdən düşəcək və axırda özləri də arnaudluqdan çıxıb, qeyri bir güclü millətə qarışıb, yox olacaqlar; necə ki, bizlər və bizdən də savayı sair müsəlman qardaşlar.
Mən ölüm, bir az da səbr elə, bu saat qurtarıram, darıxma, dolanım başına, hövsələn təng olmasın, dayan bir, Allah sənə Kərbəla qismət eləsin, bir qədər də qulaq ver.
Bu axır vaxtlarda bolqar əsgərlərinin savadlılarının hesabını bir yaxşı qəzetdə oxudum, yüz nəfərə ancaq dörd nəfər bisavad düşür. Amma Osmanlıda on min camaatdan dörd nəfər savad əhli tapılmaz. İran həmçinin, elə bizlər də o gündə; amma şükür olsun xudaya ki, bolqarlar öz dillərini bilmədiyindən xəcalət çəkəndə, bizlər də öz dilimizdə danışmaqdan utanırıq və balaca oğlumuz dörd yaşa çatan kimi aparıb qoyuruq rus evinə ki, tərbiyə tapsın. Buna sözüm yoxdur; amma həmin evin xanımından təvəqqə edirik ki, uşaq yuxuda da bir kəlmə ana dili danışsa, tumanını çıxart, yumşaq yerinə o qədər şapalaq vur ki, qızarıb həna rəngi çalsın.
Bəli, bu dörd yaşında oğlumuz, gərək on ilin ərzində gimnaziyanı qurtarınca bir kəlmə türk sözü danışmasın. Moskvada darülfünunda da ki, duanın bərəkətindən müsəlman-zad söhbəti getdi işinə. Axırda cavan oğlumuz qurtarıb girdi qulluğa və özü kimi tərbiyə tapmış müsəlman qızı, ya rus qızı (təfavütü yoxdur) aldı və inşallah (allah oğulluqızlı eləsin, yenə Məhəmməd ümmətidir) bunların yenə dörd yaşında uşaqları oldu və bu uşağı da lazımdır müsəlman danışığından uzaqlaşdırmaq ki, gimnaziyada elmləri yaxşı oxuya bilsin.
Allah atana rəhmət eləsin, bəs ta hanı türk dili?
Qardaş, zarafat deyil ki, dilimizdən iyrənirik, vəssəlam!
Uca papaqlılarımız bir-birinə kağız yazanda yazır: “və nigarani nədarim səvayi əz duri və müfariqəti şüma”.
Alçaq papaqlılarımız da bircə il qorodskoy şkolada uçit eləyəndən sonra küçədə bir iznakomini vstret eləyəndə o saat şapqasını çıxarıb deyir:
– İzdrasti, bacalusqa.
Budur mənim sözüm, əzizim ta niyə atılıb düşürsən: ya gərək tarixə belin bağlı ola, ya da ki, yeri-göyü yox yerdən xəlq eləyən bir Allaha ki, arnaud kimi bir bic milləti yaradıb, ötürüb bu dilsiz-ağızsız Osmanlının üstünə; deyir ki, mənə azadlıq ver, məni idarə eləməyə sənin ləyaqətin yoxdur, sənin şalvarın gendir, nə bilim zehnin dardır, özün kobudsan, mənə dil lazım, mətbuat lazımdır, yoxsa bu ərəb heroqlifləri bizi bir yana çıxartmaz, bu hürufata biz layiq deyilik; buna layiqdir müqəddəs ərəblər, farslar, naxçıvanlılar, kitaylılar, yəcuclar.
Pəh, pəh, pəh! Sözə bax sən Allah! Dilin lal olsun söz danışan!
Axırda da nə bilim həştad neçə il bundan qabaq Osmanlının bir Rəşid paşası gedib arnaudların qanlarını sel kimi axıtdı, analarını ağlatdı, amma arnaudlar əl çəkmədilər və axırı o yerə yetirdilər ki, indiki Rəşid paşa Londonda yalvarıb yaxarır ki, hər kəs nə istəyir götürsün, barı İstambula dəyməsinlər.
Əgər sən müsəlmansan, gərək etiqadın ona ola ki, Allah-taala qadirdir və sükutda durmaqdan savayı özgə bir təklifimiz yoxdur.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 13 yanvar 1913, №1
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-elifba
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xudavəndi-aləmin varlığına şəkk gətirmək barəsində biçarə kommunistlərin adı o qədər “bədnam” olubdur ki, indi bir kəsə söyləsən ki, hələ kommunistlərdən də çox qabaq zamanlarda cənab Allahı dananlar var imiş, çoxları ola bilər ki, bu sözə inanmaya. Amma əgər tarix kitablarını bir yüngülcə vərəqləsək, baxıb görəcəyik ki, Allahın varlığını inkar eləmək üstə çox-çox alimlər və filosoflar edam cəzası ilə cəzalanıblar. Doğrudur, öz fənni kəşfiyyatı ilə üluhiyyata ən güclü zərbə yetirən Darvin, nə tövr oldusa, öz əcəli ilə bu dünyadan getdi; amma o qədər ki, onun və onun müridlərinin başına müsibətlər gəlibdir, – onu burada yazmaqla qurtarmaq olmaz.Qəribə burasıdır ki, Allahsız Darvinə hücum edənlər bir tərəfdən mütəəssib xristian papaları və fazil ruhaniləri və o biri tərəfdən də hökumətlərin baş məmurları və sansorları olubdur və bunun səbəbi budur ki, – necə məlumdur – Allahın kölgəsi əgər bir anda ortalıqdan götürülsə, dünyada fənaya gedən də ancaq ruhani silsiləsi ilə padşahlar olacaqdır; onunçün də Rusiyada axırıncı padşahın sağ müqərriblərindən beççəbaz məşhur knyaz Meşşerski Rusiyada darvinizmin cani bir düşməni hesab olunurdu.
Əfqan padşahıBu saat demək olar ki, dünyanın cəmi qəzetləri əfqan padşahı həzrətlərinin səyahətindən danışmaqdadırlar. Onunçün də biz qeyri qəzetlərdən bu barədə geridə durmağa bir səbəb tapmadıq və əgər sözün düzünü axtarsan, o qədər ki, Molla Nəsrəddin əminin keçmiş zamanlarda şahlarla və soltanlarla söhbəti olubdur, bəlkə qeyri qəzetlərin o qədər olmayıbdır; onunçün biz özümüzü danışmağa haqlı bilib keçirik söhbətimizə.Söhbətimiz müxtəsər olacaqdır. Sözümüz ikicə məsələdən ibarətdir: birincisi, padşah həzrəti-aliləri bizim məmləkətə xoş gəlibdir və səfa gətiribdir və Molla əmi buna əmindir ki, əziz qonağımız ölkəmizdə hər nə görüb və eşidibdir – cümləsini sidqi-dildən təsdiq edib bəyənibdir; necə ki, padşah özü və onun vüzərası bunu qəzetlərdə dəfələrlə iqrar edirlər. Belə olanda, biz ümidvar oluruq ki, həzrət padşah vətəninə təşrif aparandan sonra Şuralar İttifaqında müşahidə etdikləri cəmi qanun və qaydaları inşallah öz məmləkəti olan Əfqanıstanda icra etməyə qəti və əbədi surətdə fərman buyuracaqdır.
Qurban bayramı və quldur yığıncağı“Şəki fəhləsi” qəzetinin 17 may tarixli 33-cü nömrəsində dərc olunan “Əczaxana quldurları” rəvayətini biz, sözün doğrusu, bimövqe hesab edirik. Səbəbi də budur ki, hər bir əziz gündə giley-güzar eləməyin heç bir ləzzəti yoxdur. Hər bir giley-güzarı sən ortalığa gətirməkdən sənin, əlbəttə, məqsədin budur ki, camaatı mütənəbbeh etmək, onu başa salmaq ki, bu zülm və fəsadın qabağını almaq yolunda lazımi yerlərə müraciət eləsin və Şura qanunları yolu ilə günahkarları məsuliyyət altına çəksin.Amma, nə vaxt?
Xoşbəxt əksinqilabçılarƏliheydər Qarayev yoldaşın “Pravda” qəzetində yazdığı məqaləsinə dair*Dünyada əksinqilabçılar iki qismdir:
Başqa şairlərin şeirləri · Satira
Saqi, dolanım başına, Allahı sevərsən,Bir cami-şoveqgun ilə qıl könlümü rövşən.
Bir rübaidə dörd qələt buraxırBir rübaido dörd qələt buraxır,Barakallah, bizim müsəhhihlər.
Tehrandan-ParisəKaç yil oldu, mən sənin babində növbət bəklədim,Sən şərab içdin, a zalım, mənsə şərbət bəklədim.
QadınlarDüşmüşdülər çoxdandı bu sevdaya qadınlar,Seçdirdi özün kənddə də şuraya qadınlar.