Məcmuəmizin 15-ci nömrəsində “Təzə həyat”ın məsləki barəsində bir neçə söz danışmışdıq. Bizim bu sözlərimizə “Təzə həyat”ın acığı tutub, başlayıb bizim xüsusumuzda küçə söyüşləri söyməyə. Bu söyüşlərə biz cavab yazmayacağıq və buna da iki səbəb var: əvvəla, məcmuəmizdə yer azdır və ixtiyarımız yoxdur bu az yeri qərəzi -şəxsi münasibətlə vuruşma meydanı edək.

Saniyən indiki halımızı nəzərə alıb Qafqazda müsəlman qəzetlərinin çoxalmasını qənimət hesab edirik və “Təzə həyat”ın özünün də camaatımız üçün nafe olmağını danmırıq, bu şərt ilə ki, əvvəlinci nömrənin baş məqaləsini və qalan nömrələrdə bir para məddahanə mənzumələri cırıb tullayaq Kaspi dəryasına.

Əgər bundan sonra “Təzə həyat” məsləkinə təğyir verməyib genə başlaya “ay Soltan, qadan alım, ay hacı, başına dolanım” – biz qəzet dairəsindən kənara çıxmamaq şərtilə, genə hərdənbir “Təzə həyat”dan danışmağa vədə veririk.

Bir şey yadımıza düşdü: “Təzə həyat”deyir ki, biz dövlətliləri o qəsd ilə pisləyirik ki, bizə pul versinlər.

Amma biz də deyirik ki, “Təzə həyat” dövlətlilərə o qəsd ilə təməllüq edir ki, ona pul versinlər.

Kimin sözü haqdır?

“Molla Nəsrəddin”in əlli altı nüsxəsini diqqətlə oxuyanlar bilirlər ki, biz bir söz ilə də işarə eləməmişik ki, bizim pula ehtiyaclığımız var, ondan ötrü ki

“Hər ki bər xod dəri-süal güşad-
Ta bemirəd niyazmənd bəvəd”.

“Az begüzar və padşahi kon-
Gərdəni-bitəmə bülənd bəvəd”

İdarədən

“Molla Nəsrəddin”, 28 aprel 1907, № 17

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ziyarət

Ali İqtisad Şurasının 23 noyabr 1922 sənə tarixli qərardadı ilə ziyarətə gedən müsəlmanlara ixtiyar verilmişdir ki, özləri ilə bərabər üç yüz manat gümüş pul aparsınlar. (Qəzetlərdən)Zəvvar – Əssəlamün əleyküm!

1 dəq
Gözəl yerlər

Bakının mahalında gözəl bir kənd var; adı Xızıdır. Bu kəndin də ətrafında on beş gözəl kənd var, adları bunlardır:Zibər – 60 ev, Upa – 40 ev, Gərmiyən – 60 ev, Çarqışlaq – 50 ev, Qululu – 60 ev, Şəlgəh – 40 ev, Biləsən – 35 ev, Dəllər – 35 ev, Şıxlar – 35 ev, Zarat – 80 ev, Kəş – 60 ev, Qarabulaq – 35 ev, Pənbə

2 dəq
Əl quyuları

Qırx ildən artıqdır ki, Bakının neft mədənlərində böyük neft buruqlarından savayı çoxluca əl quyuları da işdə idilər. Həmin bu əl quyularının sahibləri kasıb kəndlilərdir ki, quyulardan nefti vedrə ilə çəkib çıxartmaq ilə özlərinə çörək yolu tapmışlar. Bu quyubazlıq axır vaxtlarda elə tərəqqi eləmişdi ki, ildə bunlardan otuz milyon putdan qırx milyona kimi neft çıxarılıb satılırdı.Keçmiş əsrdə hökumət əl quyuçularına mümkün olan müsaidə və köməyini əsirgəmirdi və niyə də əsirgəyəydi? Məgər kənd füqərasının çörək pulu qazanmağının bir kəsə zərəri ola bilər?!

1 dəq
Neft fəhlələri

İndi məndən birisi soruşa ki, neft çıxardan fəhlələrin bir parası evdə qalır, bir parası kalafalarda qalır, bir parası heç kalafa da tapmır ki, orada yatsın, bəs, onlar harada qalırlar? – onda mən gərək cavab verəm ki, kalafa tapmayan fəhlələr də yəqin ki, yerlə göy arasında qalırlar.Mən bilirəm ki, mən belə sözü ağzıma alıb danışsam, deyəcəklər ki, dəli olub. Amma indi Bakı şurasının dekabrın 23-də vaqe olan iclasında yoldaş Hüseynov deyirmiş:

1 dəq

Başqa şairlərin şeirləri