Bu gün mən bədbəxt az qalmışdım bir böyük səhv edəm.

Bir qəzetin üçüncü nömrəsinin əvvəlinci səhifəsində başdan yekə hərflər ilə yazılmışdı idi:

Ətəbati-aliyat

Üləmayi-üzamın öhdələrinə tərəttüb edən vəzifələr

Bu sərlövhənin altında bir uzun məqalə yazılıb. Qəzeti poçtda aldım qoydum cibimə ki, evdə oxuyam. Yolda evə gələ-gələ qəzeti açdım ki, görüm Əhmədbəy üləmanın vəzifələri barəsində nə yazır. Səhifənin ortasında bir belə sözlər gözümə sataşdı: “Zahiri əsarətdən xilas olduğumuz kimi, batini əsarətdən də xilas olmalıyız; çünki istibdadın əsl əsası və binaları şu batini əsarətdir”.

Bu sözləri yolda oxuyan kimi, mən yəqin elədim ki, Əhmədbəyin məqaləsində batini əsarətdən murad təqlid məsələsidir və evə gəlib Lağlağıya dedim ki:

– Əhmədbəy bu gün bir söz danışıb, amma bu sözdən qan qoxusu gəlir!

Lağlağı dedi ki:

– Ağlım kəsmir.

Qəzeti açdım və məqaləni başdan axıra kimi oxudum. Nə gördüm? Mən elə bildim ki, Əhmədbəy yazacaq:

“Üləmayi-üzəmın vəzifələri budur ki, biçarə müsəlmanlardan əl götürüb, onları batini əsarətdən qurtarsınlar”. Amma xeyr, mən binəva böyük səhv eləmiş imişəm: Əhmədbəyin yazdığı özgə bir mətləbdir.

Mən bədbəxt nə böyük səhv elədim?!

Molla Nəsrəddin

“Molla Nəsrəddin” 1910, №1

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Cəmiyyəti-xeyriyyə

Dəxi işimiz çox çətin yerə dayandı: bir yandan söz vermişik ki, “Təzə həyat”ın nəsihətinə əməl eləyək və heç kəsi özümüzdən incitməyək, bir yandan da lazım gəlib Bakı cəmiyyəti-xeyriyyəsi barəsində möhtərəm oxucularımızla bir az söhbət eləyək.Pənah Allaha, – deyib başlayaq.

3 dəq
Məslək

“Təzə həyat” deyir ki, qəzetçi gərək qəzetəsini elə yaza ki, hər kəsi özündən incitməyə.Dəxi bundan da aşkar söz ola bilməz. Əgər qəzetçi camaatı özündən incitsə, dəxi kimə lazım olacaq onun qəzeti?

2 dəq
Zarafat

Əvvəlinci dəfə mən “İrşad”ın 65-ci nömrəsini oxuyanda elə bildim ki, Şamaxı deputatı Nəcəf Yəhya oğlunun məktubu və Ağayevin bu məktuba cavabı ciddi surətdə yazılıblar, amma ikinci dəfə oxuyub gördüm ki, Nəcəf Yəhya oğlunun də məktubu zarafatnan yazılıb, Ağayevin cavabı da zarafatnan yazılıb.Hər kəs istəyir ki, bu yazıların zarafat, ya ciddi olmaqlarını başa düşsün, “İrşad”ın 65-ci nömrəsini tapsın və Nəcəf Yəhya oğlunun məktubu ilə Ağayevin cavabını bir də oxusun.

5 dəq
Qayırma hədislər

Biz keçən vaxtlarda bir neçə dəfə bunu demişik ki, vaizlərimiz məscidlərdə söylədikləri hədislərin yüz hissədən doxsan doqquz hissəsi qayırma hədisdir.Bizim bu sözlərimizdən ötrü çox adam deyirdi ki, Molla Nəsrəddin yoldan çıxıb. İndi, Allaha şükr olsun ki, Bakı camaatı cənab Hacı Mirzə Əbutürab Axund oğlu mövlud günü söylədiyi nitqi eşitdilər. Həmin niqin surəti “İrşad”ın 69-cu nömrəsində yazılıb. Hacı Mirzə Əbutürab həzrətlərinin haman gün buyurduğu sözlərin biri də budur ki, “müsəlmanın içinə nifaqı və ayrılığı salan qayırma hədislərdir”.

1 dəq

Başqa şairlərin şeirləri · Satira