Nuxa camaatı tərəfindən idarəmizə belə bir şikayət gəlib:

Ay Molla Nəsrəddin əmi, sən bir insaf əhlisən, biz Nuxa camaatı, yəni Şəki camaatı, maarif və məktəb üzünə həsrət qalmışıq, səbəb?

Səbəbi budur ki, bizim şəhərimizdə bir yerli famil var, – bilmirəm toxumunmu cinsliyindəndir, ya yerinmi qüvvətliyindəndir, – hər tərəfə qol-budaq atıb, o qədər də bar gətirib ki, xudavəndi-aləmin mərhəməti sayəsində bütün şəhəri tutub.

Sonra keçək müəllimlərə: yenə hər bir müəllimdən soruşsan familyan nədir? – Həmin famili deyəcək.

İndi də gələk şagirdlərə: vallahı, billahı yenə and olsun sənin başına, cəm şagirdlər haman famildəndirlər.

Və belə olan surətdə məlumdur ki, maarifə Bakıdan buraxılan məxaricin – xah nəqd pul olsun, xah sair bir şey olsun, – bunların cümləsinin təəllüqü həmin familədir.

Doğrudur, biz Nuxa camaatı, eşitmişdik ki, indi dünyada bəzi vaxt monopoliya ola bilər; amma daha maarif monopoliyasını eşitməmişdik ki, bunu da görürük.

Əgər bir az vaxt da bu hal davam etsə, onda qalan camaat gərək Nuxadan köçə gedə özgə mahala; yəni burada çətinə düşəcəyik. Çünki baxıb görürük ki, əgər Nuxadan dərbədər olub Qarabağa tərəf getsək, orada da görəcəyik ki, hamının famili ya Vəzirovdur ya Cavanşirdir. İrəvan və Naxçıvanda da bilirik ki, kəngərlilərlə Şaxtaxtılardan savayı bir kəs yoxdur.

Xülasə, tez bir çarə, a Molla əmi!

Nuxa camaatı tərəfindən Dəli

“Molla Nəsrəddin”, 27 yanvar 1923, №11

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Komitə işləri barəsində

İki həftə əvvəl İrəvandan aldığımız rəsmi kağız Ermənistanda yaşayan türklərin yeni əlifbanı xoşlamaları və qəbul etmələrini bildirdi. Haman şəhərdə bu əlifbanı yaymaq və istəyənlərə öyrətmək üçün xüsusi komitə seçilib, ciddiyyətlə işə başlamışdır.Beş gün sonra Naxçıvandan gələn xəbər orada da yeni bir əlifba komitəsi açılıb işə başlamasını bildirdi. Bu komitə yeni əlifbanı Ordubad və Şərur mahallarında yaşayan türklərin arasında da yaymağı öhdəsinə almışdır. Bu şəhərlərə göndərilən 300 əlifba kitabçasının kifayət etmədiyi xəbərlərini verib, haman kitabdan yenə istəyirlər. Bakıda yeni əlifba ilə çıxan qəzet və jurnalın oralara da göndərilməsini xahiş edirlər.

1 dəq
Əkinçilik aləmindən

Üzümüzə gələn qış, yaz və yay fəsillərində əkin aləmi üçün çox böyük məsələlər meydana qoyulmalıdır və qəzetlərin yazmağına görə hökumət özü də həmin məsələlərə indidən baş qatmaqdadır.Bu mühüm məsələlər haman çəyirtgə, pambıq əkmək, kənd əhalisinə toxum paylamaq və əkin sularını abad bir yola qoymaq məsələləridir ki, biz bu barədə keçmiş nömrələrimizdə bir neçə dəfə işarələr eləmişik.

1 dəq
Heykəl açılışı

Bu noyabrın 17-də böyük bayram günü Azərbaycan türklərinin sevgili şairi Sabirə dikəlmiş heykəlin açılı oldu.Şəhərimizin anlaqlılarının çoxusu orada görsənirdilər.

1 dəq
Bir növ yazıçı

Lüğət kitablarımızın birində sözlər bu qaydada məna olunurlar. Məsələn:Som – bu bir növ balıqdır.

2 dəq

Başqa şairlərin şeirləri · Satira