Təbrik
Təmcid edirik haman maarif-dust yoldaşları ki, yeni türk əlifbasını indi meydana qoyublar.
Təbrik edirik müsəlman aləminin cəmi əfradını ki, yeni türk əlifbasının tərəfdarıdırlar.
Təqdis edirik keçmişlərdə yeni əlifba mücahidlərinin pak ruhlarını, haman mücahidlərin ki, onlar vaxtında səpdiyi toxumdan göyərən həmin yeni türk əlifbasıdır ki, bunun vücuduna indi biz iftixar edirik.
Yeni əlifba söhbəti qədimdir. Heç kəs güman etməsin ki, bu “bidəti” ortalığa salan biz bir neçə nəfər aciz bəndələrik. Adları bizim üçün əziz olan həqiqi maarif xadimləri Mirzə Fətəli Axundovdan, Mirzə Mülkümxan Müşirid-Dövlədən tutub hədsiz-hesabsız bunlar kimi bir çox alim və mütəxəssislər ərəb hürufatının çətinliyini nəzərə alıb bu hürufatın latın hərflərinə əvəz edilməsi yolunda çox-çox dəlilli və sübutlu əsərlər qoyublar. Lakin səhifələrimizin kiçik və dar olması artıq təfsilata bizə yol vermir. Bunların sözlərinin bütün ruhu budur ki, ərəb hərflərinin vücudu ilə islam millətlərinin maarifcə tərəqqisinə ümid ola bilməz və ola bilməz. Mirzə Mülküm xan kitablarının birində deyir: “Əgər götürək üç yüz milyondan ibarət olan müsəlman aləminin və yeddi-səkkiz milyondan ibarət erməni və yunan mətbuatını, görərik ki, erməni və yunan mətbuatı bütün müsəlmanların mətbuatından bir neçə qat yüksəkdir. Buna da səbəb ancaq ərəb hürufatının çətinliyidir”.
Şəksiz və tərəddüdsüz biz bu yola qədəm qoyuruq və haman qədəmimiz biçarə millət naminədir.
Bizi bu yola vadar edən qəlbimiz və vicdanımızdır. Necə ki, atalar balığı suya atanda o ümidlə atırdılar ki, “balıq bilməsə, xaliq bilər”, bizim də qəlbimizin içərisindən gələn bir səda bizi bu yola sövq edib deyir: “Səbat ilə qədəm qoyun, çünki geri qayıtmaq yoxdur”.
Əgər biçarə millətimiz indi də bizi təsdiq etməyə hazır olmasa, bir vaxt gəlib çatacaq ki, yeni hürufat xadimlərinin adları haman millətimiz tərəfindən xeyir-dua ilə zikr olunub baqi qalacaqdır.
“Yeni yol”, 21 sentyabr 1922, № 1
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-tebrik
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu oyunu biz uşaqlıqda oynardıq: yaxşı yadımda deyil, iki dəstə olardıq, qaçardıq o tərəfə, qaçardıq bu tərəfə, hər tərəfdə də dəstəbaşımız olardı. Bu insafsız dəstəbaşılarımız bizi sağa qaytarardı, sola qaytarardı və hər dəfə sağa qaytaranda deyərdi: “isti suya”, sola qaytaranda deyərdi: “soyuq suya”. Biz bişüurlar da gah sağ tərəfə qayıdardıq, gah da sol tərəfə qayıdardıq.Bu məhz dibaçeyi-kəlamdır. Kəlamın özü aşağıda rəvayət olunacaq.
Arvad öldürənlər, yaxud “qeyrət”İstilah komisyonunun nəzəri-diqqətinə!“Qeyrət” dedikdə bir istilahdır ki, ancaq bizlərə məxsusdur: belə ki, bu söz nə rus dilində var, nə erməni, gürcü və nə də Avropa dillərində var.
Özümdən böyük sözlərSöhbət sığorta işləri barəsindədir.Bunu da ərz edim ki, bu sözləri mən danışmayacaq idim və danışmazdım da. Səbəb budur ki, sığorta sözləri mənim özümdən böyük sözlərdir; necə ki, adam adama deyər: “Özündən böyük söz danışırsan”. Amma bunu mən indi ondan ötrü danışıram ki, bu axır vaxtlarda sığorta söhbətlərini məndən də savayı danışanlar vardır.
Hünərli qadınlar“Hünər hünər üçündür,hünər Allah üçündür!.. ”.
Başqa şairlərin şeirləri
Və nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
DərdimiAllahı sevərsən a Loğman həkimVarım deyim dağa daşa dərdimi
Təcnis: Nazlı yara dərdi-dilim yazmağaNazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Gəraylı: Dəli könül nə məlulsanDəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,