Bir neçə söz
Necə ki, keçən şümarədə işarə eləmişdik, Bakıya ehzar olunmağımız bizi məcbur edir ruznameyi-”Molla Nəsrəddin”i həmin 8-ci şümarədə dayandıraq. Məlumdur ki, Bakıya varid olduqda ruznaməni haman sayaq ilə çıxarmaqda olacağıq və çıxartdıqda indiki İran abunələrinə yetirmək niyyətində olacağıq. O ağayani-möhtərəm ki, idarəmizə üç aylıq müddətindən artıq pul göndəriblər, muxtardırlar ya ruznamənin Bakıdan gəlməyinə müntəzir olmağa, ya idarəmizdə qalan artıq pullarını istəməyə.
Bu barədə sual-cavaba öz əvəzimizdən bəradərimiz Ələkbər Məmmədquluzadəni vəkil qərar veririk ki, müşarileyh idarədə qalasıdır. Təbrizdə və qeyri şəhərlərdə bizə az-çox borclu olan möhtərəm oxucularımızdan da xahiş edirik ki, onlara göndərilmiş olan ruznamə vəchini yetirsinlər idarəmizə.
Nə dərəcə “Molla Nəsrəddin” bəndə üçün əzizdirsə, təbiidir ki, o dərəcədə də gərək əziz ola mənim üçün o kəs ki, ruznamənin Təbrizdə çox müşkulat ilə vücuda gəlməsinə kömək oldu. Bu həmin şəxsdir ki, öz elmi və fəzaili sayəsində Təbrizdə böyük bir ehtiram qazanmışdır (hərçənd ki, ağanın ismi-şərifini burada yazmağı lazım görmürük).
Təşəkkür edirik o cənablardan ki, bəqədrül-məqdur – abunə ünvanı ilə, ya qeyri bir vəsilə ilə idarəmizə-maddi musaidət göstəriblər.
Ruznaməmizin davamı müxtəlif zəhmətlərin nəticəsidir ki, ibarət olsun müxbirlərdən və təb əmələlərindən. Bu qism yoldaşlara səmimi qəlbdən salam göndərirəm.
Sözümün xətmində bir vücudi-möhtərəmi yada salmamış olsa idim, qədrdanlıq şəraitinə əməl eləməmiş olardım ki, bu da Molla Nəsrəddinə şayistə görsənməzdi. Ruznaməmizin Təbrizdə nəşrinin icazəsini ağayi Müxbirüs-səltənə həzrətləri mərhəmət buyurdu. Bir surətdə ki, məmləkətin qanunu bunu icab edir ki, bu qism icazələr vüzərayi-maarif tərəfindən gərək sadir ola.
Senzor məsələsinə gəldikdə, yenə ağayi-möhtərəmin azadixahlığını bəndə öz qəlbimdə inkar edə bilmərəm: səhihdir, qabaqlarda bir neçə şümarə senzor olundu və lakin o genişlikdə ki, mümkün idi–bəndə üçün yazmaq mümkün oldu və əgər senzorsuz çıxartdığım axırıncı şümarələrdə ondan artıq bir söz yaza bilmədimsə, buna səbəb budur ki, rəsmi senzordan əlavə bizim qaranlıq mühitin və çürümüş məişətin özünə müxtəs bir senzoru var ki, yazmaq səhldir, insanı lal olmağa məcbur edir.
Cəlil Məmmədquluzadə
“Molla Nəsrəddin”, 6 rəməzan 1339, (15 may, 1921); № 8
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-bir-nece-soz
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu yazdığım mətləbi ancaq müsəlman qəzetxanalarında işləyən adamlar başa düşə bilər-özgələr başa düşməzlər.Görürsən ki, idarəyə bir belə kağız gəldi: “Molla Nəsrəddin” idarəsinə 21 qəpiklik marka göndərdim və təvəqqə edirəm ki, mənim jurnalımı dəxi İrəvana göndərməyəsiniz, göndərəsiniz Naxçıvana ərtərəfi müştəri Məşədi Qasım Hacı Pirverdi oğlu”.
HümayunQəzetələrdə oxuduq ki, təzə təyin olunmuş İrəvan konsulu Ağayi-Zəhir Hümayuni İrəvanda İran əhli çoxdan gözlüyürmişlər və oxuduq ki, konsul cənablarının pişvasına hədsiz adam çıxıb. Oxuduq ki, indiyədək heç bir konsul bu cəlal ilə şəhərə varid olmuyub.Bunu da oxuduq ki, konsul cənabları dünyada bir elm qalmıyıb ki, oxumamış olsun. Bombeydə ingilis dilini mükəmməl təhsil edib, rus dilini necə ki, lazımdır bilir, məktəbin aşiqidir və millətin məşuqidir, dəxi nələr, nələr və nələr. “İsmi-şan Mirəlixan, ləqəbi-şan Zəhiri-Hümayun, rütbeyi-əmirpənci daştə və sahibmənsəbi-nizami həstənd, filan və filan”. Bunların hamısını oxuduq. Amma bircə bu yaddan çıxıb yazılmıyıb ki, “bari təala hüsnra bədəh cüzvei-qismət fərmudə əzon cümlə yeki cüzvei-betəmam ələmiyan dadə və noh cüzvei-digər nuri-cəmal və pirayeyi-kəmal ağayi-Zəhiri Hümayun saxt və ərbabisənaəti-nücum güyənd ki, talei-fərxəndeyi-on vücudi-sərətan bud afitad dər tale və Ütarid dər düvvüm və Zühəl və Qəmər dər nöhhüm və Mərrix dər yazdəhüm və Müştəri və Zöhrə dər dəvazdəhhüm lacərəm dər ğayət cəmal və nəhayət, kəmal üftadə, dər hüsnü məlahət nəzir və həmta nədaşt… “.
Lal oyunuAllah bir para pis adamların ömründən kəsib qoysun cənab Levitskinin ömrünün üstünə. Kişi bir elə yadigar qoyubdur ki, hər kəsin yadına düşəndə ona min rəhmət oxuyacaq.“Lal oyunu” üsulu ilə dərs vermək qaydası axırda Şamaxıya da gedib çıxdı.
Politika aləmindənPolitika aləmində bu günlərdə iki əhəmiyyətli hadisə əmələ gəlib: Bolqariya hökuməti Osmanlı sultanının itaətindən çıxıb, müstəqil hökumət olmağını rəsmi surətdə elan etdi və Avstriya hökuməti Bosniya və Hersək vilayətini sahibləndiyini Avropaya xəbər verdi. Bosniya və Hersək Osmanlı vilayətlərindəndir.Dəxi bu barədə biz nə yazaq? Allah mərdümazara lənət eləsin. Hələ mən bu Avstriyanın və Bolqariyanın bir işinə təəccüb eləyirəm: indi hələ zorbazorluq eləyirlər. Onunla işim yoxdur; çünki dünyanın qaydası bunadır. İndi gəl sən bunların bicliyinə bax: Avstriya günahı Bolqariyanın boynuna yıxır, deyir ki, Bolqariya cızığından çıxmayaydı, mən də Osmanlı torpağını zəbt eləməyəydim; Bolqariya da deyir ki, mən də Avstriyanın acığına çızığımdan çıxdım. O niyə xalqın yerini zorlayır, mən də zor eləyəcəyəm…
Başqa şairlərin şeirləri
Bir kimsə ki şəhadəti bilməyə,Qul əuzü rəbbin-nası nə bilsin,
KəramətƏya ey mərdümi-aləm, baxın bu bir rəvayətdir,Bu əsrin xalqına ancaq münasib bir hekayətdir
Gəraylı: Könlüm istər görəm yarıKönlüm istər görəm yarı,Üç gündə bir, beş gündə bir,
XanbacıXanbacı, bu kişilər bizdə həya qoymadılar,Etməmiş zülmü sitəm, cövrü cəfa qoymadılar.