Unudulmuş elmlər
Rusiyanın Elmi Akademiyasının iki yüz illik yubileyi
münasibətilə
Bəli, sentyabrın 6-da Akademiyanı təbrik edənlərin cümləsində bir də professor Makovelski idi. Natiq çox gözəl danışdı. Qulaq verənlər valeh və heyran qalmışdılar.
Biz, “Molla Nəsrəddin” idarəsi üzvləri, çünki bir az dünya elmlərinin tərəfdarıyıq (bir dərəcəyə kimi) və bu səbəbdən yubileyi saxlanan Akademiyanı da bir az təbrik və professor Makovelskinin nitqini də bir az təqdir edirik və bununla bərabər, çünki məcmuəmiz tənqid məcmuəsi və özümüz də yetənə və yetməyənə sataşanıq, bu babətdən professor Makovelskinin bəyanatında gördüyümüz və anladığımız nöqsanlardan vaz keçə bilməyəcəyik və haman nöqsanları bir-bir göstərmək bizim birinci vəzifəmizdir.
Bəli, sentyabrın altısında professor Makovelski belə deyirmiş:
“Akademiyanın planını tökmək üçün iki yüz il bundan qabaq böyük Pyotr Almaniyadan məşhur filosof Leybnitsi gətirtdi”.
Biz elə bilirik ki, bu sözlər yarımçıqdır. Onun üçün ki, İranın neçə dəfələrlə çapdan çıxmış növ-növ mədəniyyət tarixinin on yeddinci təbinin doqquzuncu cildinin beşinci səhifəsində, İranın fünun və ülum tarixinin mütəxəssislərindən rəvayət olunan sətirlərdə haman Rusiya Akademiyasının planını tökmək üçün, Pyotr-kəbir tərəfindən dəvət olunan alimlərin biri də haman əsrdə Tehranın İmam Cüməsi idi.
Bəs, professor Makovelski bu həqiqəti nə səbəbə gizlədir? (paxıllıq ucundan).
Bəli, haman professor Makovelski irad etdiyi sözlərin biri də budur ki, məzkur filosof Leybnits tökdüyü planın məzmununun bir maddəsi də bu imiş ki, Peterburq Akademiyası nəinki Rusiyanın və Avropanın, bəlkə yer üzünün bütün alim və mütəfəkkirlərini birləşdirə imiş.
İndiyə kimi professor Makovelski dediyi sözlərin yenə hələ yeri var idi. Bu birləşdirmək söhbətini biz nə qədər çalışdıqsa, başa düşə bilmədik. Demək, Leybnitsin məqsədi bu imiş ki, məsələn, binamaz Edisson ilə Fazili-Dərbəndi kimi bir müctəhidi birləşdirsin; yainki Avropanın dinsiz və məzhəbsiz təbib və injenerlərini İran məmləkətinin və Nəcəfül-Əşrəfin fazilləri ilə birləşdirsin.
Bir də professor Makoleveski fəxr edir ki, Rusiya Akademiyasının üzvlərinin biri də məşhur Darvin imiş. Maşallah, maşallah belə professorlar!
Gör kimə iftixar edir: Haman Darvini deyir ki, bəni-növi-bəşərin abavü əcdadını aparıb çıxardır kimə? Kimə? Adəmə?
– Xeyr.
– Onun zövceyi-tahirəsi Həvvaya?
– Xeyr.
– Bəs, kimə?
– Meymuna!
Mərhəbalar belə alimə!..
Dəli
“Molla Nəsrəddin”, 12 sentyabr 1925, №37
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-unudulmus-elmler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mərcan xanım qolu çırmalı mizin üstə xamır qatır. Püstə durub onun yanında tamaşa eyləyir. Bir qədər keçəndən sonra Cahangir girir və o biri otağa keçir. Anasını görüb soruşur.Cahangir. Ana, nə qayırırsan?
İkinci məclisDəlixanada salon otağı, ortalıqda miz, ətrafında üç-dörd səndəlliyə, mizin üstə kağız, qələm, mürəkkəb qabı, zəng. Divardan saat asılıb. Mıxdan həkimin papağı, paltosu asılıb. Mizin qabağında dəlixananın müdiri doktor Ruhzad və yanında 5-10 nəfər tələbə. Bir tərəfində dəlilərin qilü-qalı eşidilir. Hərdənbir xəstələr hırıldayıb gülürlər. O dərəcədə ki, dam-divar uçmaq istəyir. Və gah sakit olurlar. Dəlilərə tərəf açılan qapının yanında bir kişi xidmətçisi durub, müdirin hökmünə müntəzirdir və dəlilərin mərəkəsi ucalan zaman qapını yavaşca açır, ucadan deyir:Qapıçı. Qalmaqal olmasın (Qilü-qal yatır).
Üçüncü məclisMərcan xanımın evində böyük qonaqlığa hazırlaşırlar. Zal otağında uzun stol açılıb. Üstündə belə qonaqlıqlara yaraşan hər növ qab-qacaq, hər növ içki, meyvəcat, şirniyyat, qəlyanaltı və qeyri düzülüb hazırdır. Stolun ətrafında dolanan Mərcan xanım,38 Zərəfşan xanım, Çiçək, Püstə, Həsrət xala, Şərəf xala, Vələmir (kişi qulluqçusu) . Hərdənbir İzzət nənə də vayıldaya-vayıldaya görsənir. Mürşüd dayı da hərdənbir bazardan gəlib, bazarlıq işlərinə dair baş çəkmək xidməti göstərir və gedir. Pərdə açı-landa otaqda olur Mürşüd dayı, Mərcan xanım və Zərəfşan.
Dördüncü məclisXəstəxananın səhnəsi, baş doktor və rejissor. Baş doktor tədbir tökür. Binagüzarlıq edir, rejissor gah səhnənin qabağına çıxıb pərdəyə baxır, gah baş doktorun yanına gəlib, onun əmrini dinləyir.Baş doktor. Mən elə güman edirəm ki, keçən dəfə Şahzadə qrimi namüvafiq idi. Belə ki, Türküstan şahzadəsinin başında tac olmağı yanlışdır. Ondan ötrü ki, tac ancaq onun atasına mütəlliqdir. Şahzadəyə isə, tac əvəzinə Buxara dərisi üstünə müzəyyən Kirman şalı sərilmiş ancaq bir papaq nisbət ola gərək. Ayaqqabıları gərək indiki əsri yox, keçmiş əsri yada sala. Təqriri və tələffüzü də gərək bir növ şahanə ola. Adi olmaya.
Başqa şairlərin şeirləri · Satira
Gəldi yenə orucluqMeydanə, ay can, ay can!
Sür ömrünü, çək ləzzətini can ələ düşməzSür ömrünü, çək ləzzətıni can ele düşməz,Heç bir belə gün, bir bele dovran ele düşmez.
“Novator”un nitqiÇoxdandır köhnələrlə oturmuram, durmuram,Mənə özümə bənzər dost gərək, qardaş gərək.
Şair və artistŞ a i r – Adə, artist əmoğlu, bu nə işdir a balam?A r t i s t – Hansı iş, şair əfəndi? Bizim Kərbəlayı Qulam?