Xəlifələr
Hərçənd ki, bu saat ingilis əmələlərinin tətil söhbəti nəinki tək bircə küreyi-ərzin bütün “məhafilin”də danışılır, hələ bəlkə Marsa da gedib çıxıbdır. Bununla bərabər, biz Molla Nəsrəddin əmi, – möhtərəm oxucularımız da bunu görür və Allah da buna şahiddir, – bu məsələyə nə keçmişdə qarışmışıq, nə indi qarışmaq istəyirik və nə də gələcəkdə qarışmaq xəyali-fasidində olacağıq.
Buna da səbəblər var.
Bu səbəblərin hamısını kənara qoyaq. Bircə bu kifayətdir ki, şahlara, soltan və krallara itaət etməyi Allah-taala cəmi kitablarında buyurubdur, habelə sultanlara və şahlara ağ olmağı həmişə günahi-kəbirə cümləsində yazıbdır. Və farsların qibləgahı sayılan Sədi də deyibdir deyibdir. Bir surətdə ki, ingilis kralı və onun vəzirləri qoşunlara əmr edirlər ki, əmələləri “ağıllandırmaq” yolunda top-tüfəngi müzayiqə etməsinlər (burada rəhmətlik Rusiya vəziri Plevenin “patron” fəqərəsi yadıma düşür). Bəli, deyəsən, sözüm yadımdan çıxdı.
Hər eyb ki, sultan bepəsəndəd hünərəst.
Hə, məqaləmizin başında da göstərdiyimiz kimi, burada bizim muradımız nə ingilis əmələləridir və nə ingilis kömürüdür. Çünki bu məsələ bir siyasi məsələdir və belə-belə söhbətlərə qarışmaq bizim vəzifəmizdən çox-çox uzaqdır. Allah da şahiddir və bəndə də görür ki, biz bir qoca molla babayıq, bizimki məsciddir, mənbərdir, şəriət və təriqədir, imam və müctəhiddir. Əgər durub ingilis aləmindən də danışsaq, gərək oradan elə bir mövzu götürək ki, məsləkimizə müvafiq gəlsin. Belə bir mövzuya bu vaxtadək rast gəlmədiyimiz üçün məqami-sükutda durmuşduq. Ta ki, bu günlərdə teleqraf xəbərlərinin birində oxuduq ki, həzrət İsa əleyhissəlam Londonda əyləşən xəlifəsi ingilis kralına ərz edibdir ki, əmələlərin tətili məsələsində ruhanilər tərəfindən hökumətə hər bir müsaidət lazım olsa, müzayiqə olmayacaqdır. Demək, ingilis zəhmətkeşlərinin tətili məsələsində xəlifə həzrətləri hökumətin tərəfini saxlayır.
Məqsəd bunu göstərməkdir ki, dünyaya hər nə qədər padşah gəlibgedibsə, bu padşahların əsrində nə qədər ruhani xəlifələri gəlib-gedibsə, bu padşahlar və xəlifələr zəhmətkeşləri, rəiyyəti əzmək yolunda həmişə əlbir və dilbir olublar.
Bizim məqsədimiz həmin bu həqiqəti qeyd etməkdir: dünyada həmişə güclülərlə güclülər müttəfiq olublar.
Bizim təklifimiz də bu həqiqəti burada səbt etməkdir: Muradi-ma nəsihət bud, göftim.
Bu, bizim təklifimiz.
Qaldı, hükəmanın təklifi bu həqiqəti zaxiqədən keçirib buradan bir nəticə çıxartmaqdadır. Yəqin ki, onlar da belə deyəcəklər: “Ay dünyanın zəhmətkeşləri! İndi ki, güclülər sizi ayaqlamaq üçün birbirilə əlbir olurlar, sizin də bircə çarəniz birləşmək və birləşib onlara qarşı çıxmaqdır”. Yəqin ki, hükəma da belə deyəcək.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 15 may 1926, №20
Kitabxana.az · https://kitabxana.az/works/memmedquluzade-xelifeler
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Axunda, milləti etmə həvayiBizə lazım deyil bangi-dərayi
Lay-layLay-lay deyim, yat, ciyərim parəsi,Ağlama çox, ey gözümün qarəsi,
DedilərGördülər yuxlamışam, şad olub oxqay dedilərBir deyirdim ki, duram, yox hələ lay-lay dedilər.
O kimdir?O kimdir: Dəndəli dəndəlani – Küçələri dolaniAxırda alim olar, amma bilməz Qurani?
Başqa şairlərin şeirləri · Satira
Xəstəmiz Əbdülhəmid artıq sağaldı, səmridi,Şimdiki halilə məmnuniyyət izhar eyləyir;
ƏrizəNazimi – Ümurati-məmalik cənab general-leytenant knyaz Bebutov hüzuruna*Qarabağ vilayətinin Cavanşir uçastokunda Xındıristan kəndinin sakini Qasım bəy Əli bəy oğlu tərəfindən*
Röyası axundunTəsir eləyib millətə röyası axundun,Xülyası, müəmması, təmannası axundun.
Özündən razıYaşadı, həmişə özündən dedi,Göydəki günəşə özündən dedi.