Ey niyyəri-kişvəri imamət,Vey qateyi-rişteyi-zəlalət.Vey sədrnişini-təxti-sərməd,Bivasitə canişini-Əhməd.Ey ibn əmi-rəsuli-Muxtar,Vey məhrəmi-razi-külli-əsrar.Qaim sənədür binayi-iman,Ol qalibədür məvəddətin can.

Ey mövridi-xasi-vali-min val,Bütlanə olub dəlili-əbtal.Əmr oldu sən edəsən qiraət,Müşriklərə sureyi-bəraət.Ey sahibi-xütbeyi-süluni,Vey seyrü süluk rəhnümuni.Səndin əgər olməsəydi imdad,Olmuşdu cahan zəlalətabad.Ey bütşikəni-hərimi-taət,Yarın sənə göstərüb iradət.Xət eylədi şanə düzdü şanın,Olduqda ol evdə nərdibanın.Ey qaili-qovli künti-mövlah,Bizdən sənə kəsdi rahi-ikrah,Türkin dilin qoyar rəsuli,De necə olur xuda qəbuli?!Ey Məkkə məsirü Kə’bə milad,Vey Kufə məharü cəddə bünyad.Meydani-iradətində xurşid,Tabe’ əlünə çü cami-Cəmşid.Ey münzili-ənnümayə sadiq,Mənsubi-səvabiqü ləvahiq.Xurşidi-bidayətü nəhayət,Məşşateyi-çehreyi-hidayət.Ey fatehi-həft babi-Xeybər,Bərhəmzəni-eyşi-Əmrü Əntər,Bir zərbətinə yazıldı tüğra,Təhsili-səvabi-külli-əşya.Ey cövhəri-dami-zülfiqarınƏ’danı qılubdurur şikarın.Ərbabi-mənahivü mə’asi,Az buldu o damdin xilasi.Ey şir məsafu bəbr kinə,Düşdü çü səlabətin zəminəKüffarə çü yetdi ruyi-zərdi,Əcz ilə dutub rəhi-nəvərdi.Ey balinə bağlu sayeyi-fəth,Şəmşirinə çağlu ayeyi-fəth.

Ta sən durub olmadun xüraman,Bulmadı o dərdi-fəth dərman.Ey raziyi-deynu qaziyi-dəyn,Vey meyveyi-bustani-kevneyn.Lazım bizə tanımaq kəmalın,Tutmaq rəhi-ettebai-alın.Ey mə’dəni-həftü çar gövhərHər birisi tac, fərqi-əfsər.Dil qüvvəti, didə rovşənasi,Canım ola cümlənin fədasi.Ey ruhi-əminə sən müəllim,Olduqda o macərayə hakim.Feyzin ona açdı babi-məsdud,Verdün əlinə kilidi-məqsud.Ey bəhri-cəhanə dürri-ismət,Vey keşti-zəmanə əbri-rəhmət.Gər məzreyi-dəhrə verməsən nəm,Pəjmürdə olurdu kəşti-aləm.Ey püştü pənahi-dinü ayin,Xurşid mədaru ərş təmkin.İslamə gər açmasan cəmali,Haşa ki, buleydi din kəmali.Ey ayəti-şər’ə səndin ə’lam,Müstəhfizi-din-pənahi-islam.Ta gözləmədin təriqi-pasi,Kim buldu rəhi-xudaşünasi.Ey cameyi-hikməti-ilahi,Vey maneyi-zilləti-mənahi.Həqq əmri yetüb zühurə səndin.Bünyani-xəta fəturə səndin.Ey şəhri-ümumə babisən, bab,Hər vaqiədə rücuyi-əshab.Oldu sənə həll edüb təmami,Qurtardın o xas ilə əvami.Ey meyveyi-baği-lütfü ehsan,Vey dürri-səmini-kani-imkan.Nə qə bizə çün imam sənsən,Naqislər üçün təmam sənsən.

Ey həzrəti-kibriyayə məmduh,Tufani-bəlayə kəştiyi-Nuh.Xas ilə əvamə feyzi-alınYetməkdə o ne’məti-nəvalınVay ona duta rəhi-iduli,Səndin bula rütbə naqəbuliCəm’ edə zəxireyi-zəlalət,Ömri ilə kəsb edə xəsarət.Ni qəm bizə gərçi ziri-barüz,Təqsirü nədamət ilə yarüz.Sən kimi aradə pirimiz var.Alın kimi dəstgirimiz var.Mövla əgər olsa sahibi-cah,Var sayəsi bəndəsilə həmrah.Ədna qulunun böyük vəbalın,Dutməzlər anın biləndə halın.Gər verdük isə xəti-qulami,Alduq mənşuri-niknami.Birinə ola məhəbbətin yar,Haşa ola cürm ilə diləfkar.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri