Bu, Vərqa dayəsinin dərdədir tədbiri-dərmanı
Dayə baxuban o dilfigarə.Heyran oldu o karü barə.Bildi ki, batubdur ehtiyacə,Möhtac hərifdür ə’lacə.Var sineyi-gərmü ahi-sərdi,Bilməz nədurur dəvayi-dərdi.Dedi ona, ey mənim ümidim,Bu babdə var sənə nəvidim.Qoy qüssəni yemə qəm firavan,Verdi güli-vəsl şaxi-hirman.Getdim ki, düzəm o davə xəsli,Bu ruzi-fəraqə şami-vəsli,Bu halə müqarin ol kəman qəd,Çün tir özün andin eylədi rəd.Filhal o hərimi-xasə məhrəm,Vərqa anasına oldu həmdəm.Xatun ani gördü bəs girami,Göstərdi lüzumi-ehtirami.Ol məhfili-üns həmnişini,Məqsudə dutub rəhi-kəmini.Təqrib ilə ta o macərani,Xatuninə söylədi nihani.Nigah o dürri-bəhri-ismət,Banuyi-hərəmsərayi-iffət,
Tuti sifət oldu nüktəpərvaz,Pəs dayəni qıldı məhrəmi-raz.Key sahibi-rə’yü əqlü fərhəng,Vərqa qəmi qıldı qamətim çəng.Bir neçə zəmandur, ey nikuxuy,Görmən o gülə təravətü buy.Gün-gün o gülün gedər gülabi,Artar tənü canə iztirabi.Açmaz üzə babi-sirri-mübhəm,Qılmaz məni həm o razə məhrəm.Mə’qul ola eyləyəm əlacın,Məkruh ola döndərəm məzacın.Ömr ilə odur çü nəqdi-kanım,Can cismimə, cismə oldu canım.Dövran olalı o bəhri-zacir,Bir dür bu sədəfdən etdi zahir.Əyyam olalı mənimlə həmtaş,Bir nəqş bu lövhə çəkdi nəqqaş.Can parəsi, gözümün qərasi,Dil mətləbi, ruh müddəasi.Əvvəldə gərək ə’laci-bimar,Getdükcə olur dəvasi düşvar.Dayə ki, eşitdi ol məqali,Bər verdi şükufeyi-xəyali.Pəs söylədi, ey büti-yeganə,Məh peykərü Müştəri-nişanə.Sən dərdi-dərunin etdin izhar,Məndin sənə dəxi bir xəbər var.Bu piri-şikəsteyi-diləfkar,Vərqa qəmidin olub xəbərdar,Anladım olan bu dərdü suzi,Duydum bildim nədür rümuzi.Durdum o həvadə cüstü cuyə,Mindim o səməndi-arzuyə.Gülşa evinə güzar qıldım,Təhqiqi-o karü bar qıldım.Sən görmiyəsən ki, zicri-madər,Qılmış o məhi-siyah mə’cər.
Matəmkədə künci-e’tikafi,Dutmuş anasi rəhi-xilafi.Hasil bu anın xəyali-xami,Mahiyyəti-vəz’i-natəmami.Sizdən dutmuş rəhi-gəranə,İstər salə lə’lin özgə kanə.Ərz eylədi dayə çün həqiqət,Ol mahə müzaəf oldu külfət.Ey anə, dedi səvab qıldun,Agah bu dilxərab qıldun.Versəm sənə pay müzdi-cani,Bir bəzli-həqirdür nihani.Zahir sənə verəm ol qədər mal,Müşkül ola nəqlü həllü tərhal.Ver oğluna müjdə, ey nikuxah,Çün hali-dilindən oldum agah.Həm həclə qılub ona nigarın,Şadan qılayım dili-figarın.Pəs dayəyə qıldı çox ətalər,Yola salub eylədi sənalər.Xəlvət qılub ol hərəm nigari,Çağırdı hümami-namdari.Dedi ona gizlü Vərqa halın,Gülşanın anasının xəyalın.Ol bəbr nijadü şiri-millət.Dedi ona key güli-məhəbbət,Layiqmi durur bu qədrü şanə,Övrət sözüni salam miyanə.Kamillərədür kəmali-nöqsan,Nəql edə aradə hərfi-nisvan.Qeybətdə nolur duran itabə,Yüzdə desə sayulur hesabə.Dir aqil olan o goftguni,Eylərmi əbəs bu arzuni.Qəm yeməgil, ey mənimlə həmsər.Anlar manadur kənizü çakər.Bir iş ki, qılam ona işarə,Qadir nə ki, dutalar kənarə.
Min xiffət ilə dutub giriban,Gülşanı bu gün gətirmək asan.Likən düşə dillərə fəsanə,Tə’nə oxuna olam nişanə.Rəncur ola xatiri-bəradər,Külfət bitə ol nihaldin bər.Yegrək bu ki, edəlüm ərusi,Salub işə təblü nayü kusi.Həm xəlqə ola bu hal məşhur,Həm izzət ola aradə mənzur.Arta dəxi qədrü şani-Gülşa,Həm ola süruri-cani-Vərqa.Muni dedi çünki ol niku nam,Filhal hilalə qıldı ə’lam.Key qüvvətü qüdrətim pənahi,Fərqi səri-mülkə taci-şahi.Mə’lumum olundu kim tüfeylinİşrət dəmidə süruri-seylin.Qərq olmuş o ləcceyi-məhalə,Salmış o məhal ani xəyalə.Kim dutsa xilafi rəsmü adət,Gümrah ani eyləmiş şəqavət.Zinhar sənə vəsiyyətim var,Dutgil muni səd həzar zinhar.Mə’ruf ola ürfi qoyma əldən,Zən naqisdür, saqın xələldən,Bildün sən əgər bu macərani.Razi oldun de əql xani?Qafilsən əgər olan cəfadən,Yoxdur xəbərin o macəradən.Həqqa ki, bu nəqsidür kəmalə,Qafil olasan ev içrə halə.Ey bəxt ilə dövlətim pənahi,Yetdükdə bu nüktələr gümahi.Külfət düzüb etmə qəti-işrət,Bil muni nəsihətü nə külfət?!Zahir sənə olsun, ey qərindaş,Munlar qəmudur başına şabaş.
Bir muyini vermənəm cəhanə,Sənsən atə-anədin nişanə.Hala budur iqtizayi-adət,Çün saətədür qərin səadət.Lütf ilə məni qılub sərəfraz,Əsbabi-ərusi edəsən saz.Budur qərəzimdə, ey bəradər,Həmduş ola sərvə ol sənubər.Ol gülni bu şaxə eylə peyvənd,Vərqanı ümiddin bərumənd.Ol lə’l gərək düşə bu kanə,Bu cism gərək yetə rəvanə.Ol neyyəri-ovci-dustkami,Rövşən qıla dün hərəmsərami.Ol şahidi-gül düzəndə bazar,Bu bağə ola ciraği-gülzar.Ey bəzmi-nişatü eyşə camım,Banu Qəmərə yetür pəyamım.Pəs söylə ona ki, ey qələtray,Bu danişə olma cəhl fərsay.Vərqani zəlilü xar bilmə,Bu şüğli özünə ar bilmə.Gər lə’ldür ol, bu lö’löyi-nab,Mərcan isə ol, bu dürri-sirab.Ol gülbin isə bu nəstərəndür,Naju isə ol, bu narvəndür.Ol mahi-şəbü bu neyyəri-ruz,Ol qədri-düni, bu eydi-novruz.Ol şəm’i-şəbi-hərəmsəradur,Afaqə bu bizeyi-ziyadur.Ol zöhrə misal, bu müştəri fal,Məh bəxt, o, bu, aftab iqbal.Gülşadur əgərçi abi-heyvan,Vərqa cisimi-cəhanədür can.Ol hüsn ilə gərçi nazənindür,Bin onciləyn muna rəhindür.Ol bişeyi-ismət içrə haris,Bu təxt ilə tacə oldu varis.
Vərqa ki, bu gün kəmalədür taq,Hər nə’tdədür şəhiri-afaq.Həm rəzmdə xətm ona şücaət,Həm bəzmdə hətm ona səxavət.Ol aqilədin bu tərzü üslub,İzhar sifati-qeyri-mərğub.Nisbət bizə çünki narəvadur,Həqqa ki, təvəhhümi-xətadur.Yəxşimi olur bu eyləmək laf,Sizdən dilərəm bu sözdə insaf.Yüz döndərib edəsiz cüdalıq,Mən sağ hənuz bivəfalıq.Vərqa zahir ki, növcəvandur,Ləhvü lə’b ilə kamrandur.Yox-var demən anın qüruri,Hər yaşə bir əmrdür zəruri.Vəz’i əgər olsa namülaim,Dutma muni xatirində daim,Zira yox o şivənin dəvami,Tez püxtə olur o kari-xami.Andin əgər oldun isə rəncur,Pəs mən degiləm aradə mənzur?Xidmətdə ol eylədisə təqsir,Təqsir xud etməmiş məni pir.Mən bilmən anın işində nöqsan,Bağışla gər oldu isə üsyan.Tərtib etgil cihazi-düxtər,Dəmdür ki, gələ bu bürcə əxtər.Məsmu’ degil dəxi bəhanə,Vəqt oldu qədəm qoyub miyanə.Var fürsətin eyləgil ərusi,Nagah ki, çərxi-abnusi.Qəlb edə bu hali özgə halə,Sağər sına tökülə piyalə.Asudə dil ol bu sözdin, ey mah,Dur eyşidin etmə dəsti-kutah.İrsal edəm ol qədər zərü sim,
Kim düşə zəminə lərzədin bim,Xətm oldu çü hökmi-əmrü ə’lam,Əzm eylədi bin qüdusi-ilham.Təbliğü ədayi-şərti-tənzil,Qıldı düzübən kəlamə tərtil.Bulduqda hilal övci-iqbal,Keyfiyyəti-qalü nəş’eyi-hal.Xiclət aparub o rəngü budin.Hikmət suyu ilə şüstü şudin.Til açdı durub ki, faif ənna,Bizdən bu səvalədür ət’ənna.Çün oldu o şahdən işarə,Bu müjdədurur bizə bəşarə...Fərman-fərmanü ray-rayi,Əvvəlki qərardur qərari.Pəs döndü o qasidi-göhərsənc,Salmış əlinə kilidi-ol gənc.Qılduqda zəxirəsin şümarə,Dapşurdi hümami-namdarə.Pəs ol sözü pak, özü nəmazi,Dutdu yüzə şüğli-karsazi.
Kitabxana.az · https://kitabxana.az/works/mesihi-bu-verqa-dayesinin-derdedir-tedbiri-dermani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey nuri-çeşmi-binişü vey qibleyi-dua,Xurşidi-afərinişo şəm’i-şəbi-hoda.
Bu, mənqəbəti-şiri-xuda şahi-NəcəfdürEy niyyəri-kişvəri imamət,Vey qateyi-rişteyi-zəlalət.
Bu qəsidə həzrəti-şahi-Nəcəf şanındədürŞahənşahi-fələk qədrü Süleyman cahü İsa dəm,Vəliyi-haqq imamü müqtədayi-cümleyi-aləm.
Bu, təhriri-mətalibdə tələbdür xamədin yariEy yunisi-bətni-huti-zindan,Vey xızri-təriqi-abi-heyvan.