Hiç kim, yarəb, mənə nisbət digərgun olmasın
Hiç kim, yarəb, mənə nisbət digərgun olmasın,Dil pərişan, sinə büryan, didə pürxun olmasın.Dəhri-pirin hiyləsindən hiç kafir mən kimi,Paybəndi-rişteyi-səd məkrü əfsun olmasın.İstəmən dirlik əgər bilfərz olursa yarsız,Höqqeyi-dildə vəfadən qeyri mə’cun olmasın.Cilveyi-qəddi nihali-bağ-ara ər olmasa,
Sayeyi-şümşadü najü sərvü mövzun olmasın.Böylə qanuni-müxalif gər ola üşşaq ara,Görəyim ol ləhzə qan olsun, bu qanun olmasın.Çün cəfavü cövr çəkmək lazımıdur aşiqin?Səhlidür qoy mən çəkim cananə məhzun olmasın.Dərdi-hicri fariğ etmiş cümlə qəmdin can evin,Bu Məsihi necəsi ol dərdə məmnun olmasın.
Kitabxana.az · https://kitabxana.az/works/mesihi-hic-kim-yareb-mene-nisbet-digergun-olmasin
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ol şəms nəzirü mah mənzər,Yə’ni Gülşayi-nazpərvər.
Bu, xud bəxşi-bəladur aşiqü mə’şuqə fitrətdinSaqi, ələ algil aftabi,Yə’ni ki, ziyaleyi-şərabi.
İtabidür bu, Gülşa anəsinin ol pəriruyəGülşa anası batub xəyalə,Salduqda nəzər o məhcəmalə,
Bu, Gülşanın durur ona cavabıOl məryəmi-xanigahi-hikmət,Novbadeyi-baği-əqlü fikrət.