Budur, Vərqayə ol keydi-qəmərdən Sərvin əxbari
Əfqan edüb ol sitəm rəsidə,Heç ruy ilə olmaz aramidə.Saymışdı səhih ol düruği,Əksiltdi düruğ ona füruği.Hərçənd Hilal edər təmənna,Tərk eyləməz ol ədani Vərqa.Gündən-günə artdı zə’fi-hali,Az qaldı ki, xüşk ola nihali.Xali olmaz rəqibdən hal,Ta sərv ona söyləyeydi əhval.Bir gecə yuxuya vardı əğyar,Fürsət bulub ol büti-vəfadar.Vərqaya yetişdi ol pərivəş,Çığırdı ona ki, ey bəlakəş.Ta necə bir uyasan düruğə,Aldanma bu şəm’i-bifüruğə.Ey sadə zəmirü pak kirdarNecə verəsən özünə azar.Bəs sineyi-gərmü ahi-sərdin,Gəl məndə durur dəvayi-dərdinDur yoluni kəsmə aşinadən,Ta qurtulasan düşən bəladən.Vərqa görüb ol mələk misali,Öz-özünə qıldı bu xəyali.İstər məgər ol pəri şəmayil,Vərqani özünə edə mayil.
Ləb açdı ki, ey özünə məğrur,Fərsəx-fəpsəx bu dərddin dur.Göstərmə yüzün, itür xəyalın,Bir özgəyə ərz qıl cəmalın.Haşa bu xəyali-şum haşa,Hər bisərü pa olurmu Gülşa?!Getgil gerü, məndin üz ümidi,Bir özgədin istə bu kilidi.Vərqa olmaz səninlə həmdəm,Yox məzrəinə bu əbridin nəm.İçmək dilər idim əldə camım,Sındı dəxi badədür həramım.Ol püstə dəhan ləb etdi xəndan,Dedi ona: – Ey əsiri-hicran,Yüz heyf sənin kimi cəvanə,Rəncur edə hiyləvü fəsanə.Ay oldu bu surəti-misali,Yə’ni düzülən bu qəbri-xali.Qarətzadə eylədi həvasın,Yıxdı bürcün, pozub əsasın.Aşiq olana budurmu şivə?!Bir söz anı sala məkrü rivə.Dut gil üzə şiveyi-hüjəbriAl tişeyi-şövqi, sök bu qəbri!Görgil nə durur bu kanə məzmun,Qılma özünü əbəs digərgun.Gər anda bulunsa lə’li-nabın,Görmək yüzünü olur səvabın.Gər qəbr görünsə sinə xali,Yığ başına dağılan xəyali.Bəs ol yuxudan göz açdı Vərqa,Sərvə dedi: – Ey büti-dilara,Gəl söylə məcazə bir həqiqət.Mən gümrəhə göstərüb təriqət,Bu qılmağidən məni xəbərdarMə’lum olunur ki, bir xəbər var?!Çün Sərvə yetişdi ol sənubər,Sərv ona qəziyyəni sərasər.
Şərh etdi qəmu nəfirü qətmir,Ol nüktəyə düzdü şərhü təfsir.Verdi özünü dəxi nişanə,Tə’cil ilə dutdu rahi-xanə.Ta kimsənə olmasın xəbərdar,Ol arada çəkməsin bir azar.Çün sağəri-mey töküldü camə,Bu yetdi o nafədin məşamə.Cəngal işə saldı gürgi-nəbbaş,Gəh torpaq atub, gəhi söküb daş,Gördü pozduqda ol misali,Qəbr içidə bir səriri-xali.Bildi sözü doğrudur o yarın,Hər nə dedügi bu qəmgüsarın.Pəs qıldı Hilalə tə’nə bünyad:– Key şəhneyi-şəhri-zülmü bidad!Məndin sizə oldu de nə təqsir?Ol necə əməl, bu necə tədbir?!Yox şərm bu şiveyi-dəğəldən,Üzrün bətər durur əməldən.Netdim sizə söyləyin məni-zar,Hər dəm verəsiz bir özgə azar.Məndin dönmüş əgər xəyalın,Ol güm şüdəyə nədür bu falın?Layiq bu degil duram cidalə,Məqtul qılam olanda nalə.Açam yüzümə dəri-ədavət,Lazım yetürəm sənə xəsarət.Pa qoysam əgər təriqi-rəzmə,Dil versəm əgər durub bu əzməDüşmən əgər olsa kuh dər kuhBir həmləmə dözmiyə ol ənbuh.Dözmək mənə səhldür cəfayə,Qılmaq səni mübtəla bəlayə.Liykən andən nədür mənə sud?Verməz bu dirəxt bari-məqsud?!Getdim səni tapşurub bu rahə,Ol xəncəri-səbrü tiri-ahə.
Hərçənd Hilal edərdi puziş,Artardı o şəm’i-dərdə suziş.Əsbani durub qıldı təfsil,Ol mali birinə qıldı təhvil,Qıldı ani ol güruhə sərdar,Dedi ona: – Səd həzar zinhar.Ərzə yazdum Səlim şahə,Göndər muni tez o şəm’i-cahə.Hər nə ki, sənə olur işarə,Yetür yerə durma intizarə.Ey mö’təməd irsən ol cənabə,Olduqda müqarin aftabə,Pabusinə dur yetür niyazım.Bir-bir ona ərzə eylə razım.Düzdü mənə balü pər bu meylim,İstər Şama doğa Süheylim.Gər versə əcəl həyatə möhlət.Qayıtməgimə olursa fürsət,Qılmaz dəxi mən əmudə təqsir.Qoymaz qala intizar ol pir.Unutmayınız məni duadən,Ta feyz bulam o müddəadən.Vərqa çü bu söznü qıldı rövşən,Ol məcməə düşdü tazə şivən.Yığıldı məxadimü cəvari,Düzüldü fəğan, quruldu zari.Dedilər ona ki, ey sipəhdar,Lütfün bizə olmuş idi qəmxar.Biz cümlə bu vadidə qəribuz,Bir bimarüz ki, bitəbibüz.Götürsə hümay sayeyi-bal,Bu bəndələrə nə olur əhval?Yoxdur bu güruhə yarü yavər,Biz cümləmüzüz qulamü çakər.Vərqa oları yığub sərasər,Mərsumlərin qılub müqərrər,Düzdü oların qəmu zərurin,Əsbabi-nişat ilə hüzurin.
Kitabxana.az · https://kitabxana.az/works/mesihi-budur-verqaye-ol-keydi-qemerden-servin-exbari
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ol katibi-varidati-adəm,Ol mümliyi-vaqiati-aləm,
Bu, qovğadə hümamın içdügi şəhdi-şəhadətdürÇün aləmə doğdi bizeyi-nur,Afaqə dağıldı gerdi-gafur.
Bu, Vərqanın atası fövtdin ahü fəğanidürVərqayi-həzin çü gördi ani,Divarının uçdi püştbani.
Əmr ölməgini bəyan edər buRavi usanub bu göftgudin,Vermiş xəbər axiri-ədudin.
Başqa şairlərin şeirləri
Cövri-rəqib, sərzənişi-əhli-ruzigarQoymaz qılam bu dərdi-dili yarə aşikar.
Nə qəmim var cahan icrə bənim, yar bənimNə qəmim var cahan icrə bənim, yar bənim,Nəyim əksikdi bənim, yar bənim, var bənim.
Arizin görmək ilə tərk-i dil ü can etdimArizin görmək ilə tərk-i dil ü can etdim,Bağrımı ləblərinin şövqi ilə qan etdim.
BənzərsənGözəl adəm, hansı pərdən gəlirsən,Mən ha bilim, sən cananə bənzərsən