Əmr ölməgini bəyan edər bu
Ravi usanub bu göftgudin,Vermiş xəbər axiri-ədudin.Çün cəngdə ol hümami-dindar,Urmuşdu hərifə zəxmi-büsyar.Yıxmış bürcün, söküb əsasın,Kəsmiş cigərin bozub həvasın.
Qalmamış idi olan hüzuri,Uçmuş əqli, gedüb şüuri.Asayişə çün verildi rüxsət,Aramiş içün göründi fürsət.Həmrahlıq eyləyüb əşirə,Ta Əmru yetürdilər sərirə.Hərçənd həkim edər müdava,Şayəd göz aça o quli-səhra,Döndərdi məniş əlacdən ru,Zəhr oldu məzacə nuşdaru.Artdı tənü canə iztirabi,Gördükdə müvəkkili-əzabi.Bin zəcr ilə ol iqab əsiri,Can verdivü gözlədi səiri.Yox əldə əlaci-naxoşü xoş,Çəkdi üzünə ləhabi-atəş.Tən eylədi tö’mə marü murə,Can dağladı atəşi-səburə.Keçmiş gecədin bir-iki saət,Kim Əmri-ədu olundu qarət.Ləşkər qamu anda batdı yasə,Verdilər o dünara əsasə.Yekdil olub etdilər qərari,Dutmaq üzə yeg rəhi-fərari,Fikr eylədilər ki, xəsmi-xunxar,Bu şivədən olsalar xəbərdar,Qurtulmaq aradan ola müşkil,Düşmən bizə mülkü cavü mənzil.Bilməzlər idi işin hümamın,Fövt olmağını o niknamın.Götürmək içün büsati-çalak,Cəmmazələr oldu rovrovi-xak,Casusi-Büneyni-Şeybə hali,Ta duya o xəsmi-laübali,Çıxmışlar idi səbük aradən,Qaçmışlar o kami-əjdəhadən.
Kitabxana.az · https://kitabxana.az/works/mesihi-emr-olmegini-beyan-eder-bu
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Mənəm ki, dərdə kan oldum sirişkim lə’li-nabından,Məhəbbət nəxlni sərsəbz qıldım didə abından.
Mənəm ki, sinə çak etdim fəraqın iztirabındanMənəm ki, sinə çak etdim fəraqın iztirabından,Yeritdim cuyi-xun ol rövzəyə heyvan hübabından
Təmamiyi-süxənÇün söylədi ol kigari-tənnaz,Cananəsinə həqiqəti-raz.
Bu, Vərqayi-həzinin hali-xaludəndür əxbariBir qafiləyə yetişdi rahi,İstəşdi durub Səlim şahi.
Başqa şairlərin şeirləri
Salırsan baş çəkib ovc səmayə,Nəzər hiqarət cahanə, dağlar,
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Rəhmət pir ustada, körpü tikənəthumb|Sayat Novanın "Rəhmət pir ustada körpü tikənə" şeiriRəhmət pir ustada, körpü tikənə.