Bu, Vərqa getməgidür Şaməvü zəngilərin cəngi
Yalquz yola düşdü ol cəhantab,Şayəd içə nəhri-Şamdən ab.Mənzil-mənzil kəsüb təriqi,Qəm həmrəhivü ələm rəfiqi,Qət’ oldu gedüb məsafəti-dur,Ta dari-şəfayə yetdi rəncur.Öz-özünə var idi xəyali,Aya ki, nolur anın məali.Ya rəb, necəsi bula nigarın?!Yaxud necə görə ruyi-yarın?!Nagah o dəşt dəştibani,Qarşusidə gördü bir cəvani.Əsbabi-cidalinə mükəmməl,Məzmuni qitalədür müəvvəl.Vərqayə dedi ki, ey cəvanmərd,Dil gərmliginlə olmə rusərd.İnsanə əzizdür həyati,Gəl əql ilə saxlə ol sifati.Qoysan yerə at ilə silahın,Şayəd açıla dəri-fəlahın.Bu rəhm ki, məndədür nihani,Yoldaşlərimdə yox nişani.Biz qırx igidüz qəmu firəngi,Hər birimiz ərslani-cəngi.Varisi-müsəlləmi-zəmanə,Gəlməmiş olar kimi cəhanə.Sərdarımızın adı Pələngər,Altı aydur o kuh peykər,Bu mə’bərin oldu səddi-rahi,Aciz ona mülk padşahi.Göndərdi sipahü düzdü ləşkər,Məğlub ona olmadı Pələngər.Əglənməgə vardur iztirarım,Çəkməkdə olardur intizarım.
İnsaf ver, uyma qalü qilə,Bir pəşşə nədür bu munca filə?!Hərçənd özünə var e’tiqadın,Bitməz bu aradə ol muradın.Ta gözdən axılmıyıncə yaşın,Ver malını, qurtar imdi başın.Vərqa dedi: – Ey cəvani-qabil,Bu sözü deyərmi hiç aqil?!Özilə bu sazi gəzdürən can,Hər istəyənə verərmi asan?!Baş yoldaşıdur mənə bu malım,Yox özgiyə verməgə xəyalım,Bu bir kişidə nə ola əsbab?Kim qırx igit ola andan ərbab?Qırx igidə xud degil səzavar,Salmaq birinə inani-rəhvar.Yalquz kimsə nə bilsin əhval?Sayə kimə salur anda iqbal.Dur saxla təriqi-ehtiyatın,Tökülmiyə badeyi-nişatın.Aciz bilmə bu həqpərəsti!Hər sən kimidən yeyə şikəsti.Göstərmədi düşmənə zəduni,Əfsanəsinə düzüb füsuni.Çün anladı ol əduyi-bidin,Kim rəhrövədür bir özgə ayin.Qayətdə bülənddür həvasi,Bu sözlərin olmaz aşinasi.Qeyrət dəxi ona vermədi bar,Öz cəm’ini eyləyə xəbərdar.Yad eyləyüb ol mənatü lati,Mizrab ələ aldı sürdü ati.Vərqayə həvalə qıldı minqar,Xarayə yetişdi navəki-xar.Kar etmədi nizə dər’i-yarəTa zurdən oldu parə-parə.Vərqayə yetişdi çünki növbət.
Çaldı qılıc ol hüjəbr sövlət.Yüz qılmadı tirə rəngü budən,Yetişdivü ötdü ol ədudən.Çün zərbəti-tiği-bərq tə’sir,Ol nəxldən üzdü bali-təşvir.Duyduqda çü xəsm noldu halın,Əl urdu rəvan götürdü balın.Çaldı ani ruyi-pəhləvanə,Bir zərb ilə danladı zəmanə.Vərqa yüzə dutmaseydi qalxan,Müşkül olur idi kari-asan.Getdi gerü ər tökülmədi cam,Ati ilə özü on iki gam.Çox çalışdı o gürdi-yekdəst,Vərqa ani axir eylədi pəst.Dözmədi o zərbi-sə’bnakə,Canın verüb öznü saldı xakə.Əglənməgidin o bibəzaət,Gəldi xəbər almağa bir afət.Gördü yatur ol rəfiq cani,Vermiş yelə bərgi-zindəgani.Durmuş başi üzrə can bəlasi,Bir kəştiyi-mərg naxudasi.Ol şəxs təəccüb eylədi bənd,Zira dəmi-cəng ol tənumənd,Min kişi anınla dutsa qovğa.Varını qılırdı bisərü pa.Qalib ona olmağı şücaət,Əglənməgidin götürdü taqət.İstərdi o zağ ala hümayi,Sıçratdı səməndi-badpayi.Bənd eyləyüb ox zehi-kəmanə,Vərqani ona qılub nişanə,Atdı ona bir xədəngi-dilduz.Rədd eylədi ani bu cigərsuz.Açdı bu dəxi kəmanə bazu,Lazım ola xəsmə həmtərazu.
Bir ox ona atdı kim mücərrəd,Çün tiri-qəza olunmayıb rəd,Yetdükdə o sinədin səfayə,Düşdü keçüb on qədəm qəfayə,Pəhlu yerə qoydu çün o zəngi.Gəldi ardıncə bir firəngi.Vərqayə yetüb o kuh parə,Əjdər kimi dağudub şərarə,Gözü anın iki tasi-pürxun.Xun seyli içrə qərq Ceyhun.Baş günbəzü tən çü püşteyi-kuh,Ağzı ona babi-ğari-ənduh.Bənzər qolu şaxeyi-çinarə,Hər barmaq o şaxdə xiyarə.Yox özgə silahə iltifati,Gürz alub əlinə sürdü ati.Ta gəbr gəlüb yetincə bəbrə,Yeddi ox urdu bəbr gəbrə.Hər ox ona urdu zəxmi-kari,Liykən yıxa bilmədi çinariYetişdi çü sərvə badi-sərsər,Qov qavzadi çaldı gürz, şeşpər.Qalxan başa çəkdi şiri-heca,Döndərmədi yüz, dəgişmədi ca.Üç gürz ona çaldı ol tənumənd,Gər kuhə dəgə üzərdi peyvənd.Zir etmədi xəsmi zurdəsti,Görünmədi balü sər şikəsti.Əmma ki, anın dili-nəjəndi,Sandı ki, söküldü bəndi-bəndi.Xurşidi ol əbr qıldı tirə,Oldu ona dərdlər zəxirə.Ayırmadı atdan ani ol lət,Sıçratdı ötüb səməndi-qeyrət,Ta xəsm dönəm dedi qəfayə,Fürsət Vərqayə saldı sayə.Şəmşir o pəhluyi-gürazə,Çalub rüxi-tiğə verdi qazə.
Bir zərbədə badi-tiği-Vərqa,Sökdü zirehü dağıtdı əhşa.Yetdükdə əduyə ol təğabün,Düşdü yerə çün minari-bibün.Bu rəsmilə on iki dilavər,Gəldi yerə qoydu fərqü miğfər.Axir ki, Pələngər oldu agah,Yetmiş olara bəlayi-nagah.Hər kim ki, ona durur cidalə,Bədr isə əgər dönər hilalə.Əmr eylədi atlanın sərasər,Ta kim verəlüm o nəxldin bər.Düşdü ükə pəs o divi-şəbrəng,Vərqa tərəfinə qıldı ahəng.Vərqayə yetişdilər təmami,Hər bir istər dökə o cami.Ol gülbünü dövrə çulqadı xar,Təng edüb ona təriqi-həncar.Vərqa olara qılub nəzarə.Yol yox özünü sala kənarə,Axir muna düşdü rayi-mərdi,Sərdarə aça dəri-nəbərdi.Düşmən pozula alursa ani,Gər almasa yadə verə cani.Heç ülfəti yox bu cismü canə,Sağın ki, göz açmamış cəhanə.Gərm eyləyüb atəşi-muradi,Təprətdi o rəxşi-divzadi.Çağırdı ki, ey dutan rəhi-kin,Mərd olana de bumudur ayin?Qırx ər qıla bir kişiylə cəngiİnsafmıdur bu, ey firəngi?!Əmma kimə yar olursa bari,Dutmaz ətəgini xari-xari.Pa qoydu təriqi-arzuyə,Ta göz açasan yetüb əduyə.Saldı ona sayə bərqi-tiği.
Yağdurdu bəla əduyə miği.Qalxan başa çəkdi ol siyəh dil,Şayəd ötə ol bəlayi-acil.Söküldü sipər, bölündü xudi,Saçıldı şərər, dağıldı dudi.Fəvvarə sifət rəvan olub xun,Oldu o nəhəng qərqi-Ceyhun.Yıxmadı onu o zərbi-şəmşir,Bəlkartdı səvaşə kineyi-şir.Şəmşir ələ aldı pəs Pələngər,Durdu saluban rikabə ləngər.Bir zərb yetürdi pəhləvanə,Sökdü zireh, oldu xun rəvanə.Çün pəşşə ki, sanca pili-məsti,Ol zərbədən olmadı şikəsti.Əlqissə, pələng ilə Pələngər,Qopardılar ol aradə məhşər.Bir-birinə urdu zəxmi-kari,Axir Vərqayə ovni-yari,Yetüb muna verdi fəthi-cəngi,Rəhvari-əduy əpayi-ləngi.Çün axsadı payi-əsbi-düşmən,Buldu rəhi-fürsət ol təhəmtən.Çaldı ona tiği-abidari,Bir bad ilə yaxdı ol çinari.Çün gördü ol hali qövmi-xunxar,Kim sındı ələm, yıxıldı sərdar.Durub qəmu rahi-intiqamə,Meyl eylədilər hücumi-amə.Kim durdu irağ ələ alub tir,Kim gəldi yavığ əlində şəmşir,Kim nizəyə oldu karfərma,Kim gürzdən oldu balfərsa.Ol ərseyi-cəng müstəhami,Çün anladı bu hücumi-ami.
Yetürdi səməndə taziyanə,Ta almuya ol bəla miyanə.Döndərdi inan təriqi-Şamə,Bir-bir o sibai çəkdi damə.Zəngilərə eylə oldu rövşən,Kim qaçdı olardan ol təhəmtən,Cür’ət olara olub ziyadətKahillərə arturub cəladət.Ol cəm’i-şəğal bilməyüb hal,Dutdilər o şiri-şərzə dünbal.Hər kim ki, ona yetürdi ati,Verdi yelə xərməni-həyati.Bu hiylə ilə o mərdi-cəngi,Öldürdü igirmi beş firəngi.Baqi görübən bu rəstəxizi,Dutdulər üzə rəhi-gürizi.Çün Vərqadən pozuldu ol keyl,Vərqa ol malə qılmayub meyl.Aldı əlinə təriqi-mə’hud,Gündüz-gecə yol yeridi çün dud.Yetmişdi ona otuz cərahət,Getmişdi fərağət ilə rahət.Yari ona yetişüb xudadən,Qurtuldu o düşdügi bəladən.Tədric ilə bəs ki, axdı qani,Artdı ona zə’fü natəvani.Zin içidə ol şəhiri-afaq,Oturməgə oldu taqəti taq.Baliş ona oldu qaşi-zini,At aldı gedər o nazənini.Kəsmişdi gedüb o bad təmsil,Bir gün, bir gecə rah otuz mil.Uçmaq o həvayi-iztirabə,Süst eylədi balü pər üqabə.Asayiş içün dilərdi mənzil,İstərdi fərağət edə hasil.Möhtaci-əliq ikən o rəhvar,Göründü gözünə bir ələfzar.
Meyl eylədi gördü çün əliqi,Döndərdi o getdügi təriqi.Baş əgdi əliqə eylədi meyl,Üstündə xəbir olub o sərxeyl,Göz açdı görüb o mərğzari,Səfhə-səfhə güli-bəhari.Cibü bəğəli dolu zəmiran.Salmış yerə sayə yasəmini,Pürsəbzə rübaidin zəmini.Almış əlinə piyalə lalə,Qılmiş anı pürşərab jalə.İçmişdür o badədin şəqaiq,Etmiş ani rəngi-qeyrə faiq.Aləm-aləm, cəhan-cəhan gül,Hər gülbünüdə həzar bülbül.Teyhuvü dürac ilə qumari,Dutmuş qəmu ruyi-səbzəzari.Ol rövzədə var həzar kariz,Hər karizdin abi-ləbriz.Ətrafidə sərv sərvə həmsər,Həmsayə çinarədür sənubər.Ol səbzəyə kimsə qoymamış pay.Ol sayədə kimsə dutmamış cay.Qoruqu idi şəhi-cəhanın,İşrətgəhi adili-zəmanın.Vərqa özü saldı xakə çün ruh,Dil xəstəvü xarü zari-məcruh.Düşdü yerə çün o bərgi-suri,Getdi yelə xərməni-şüuri.Yatdı o qəriqi-lücceyi-xun,Əhvalı xarab, özü digərgun.Keçdi bir gecə-gün ol ayə,Salmadı ona şüur sayə.Atı anı qıldı pasibani,Saxlardı sibailərdin ani.Lütfi-həq ona olub nigəhdar,Ol qəmluyə gör kim oldu qəmxar!
Kitabxana.az · https://kitabxana.az/works/mesihi-bu-verqa-getmegidur-samevu-zengilerin-cengi
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu xümmari-səbuhi-arzusindən şərab istər,Dağıtmış noğli əflakə gəhi cami-şərab istər.
Bu, Vərqanın təsəlli verməgi, getməkdədür yarəÇün şe’rindən ol gül əndam,Oldu ol dövridə təhi cam.
Bu, Vərqa ol səfərdə nəqdi-canın yarə verməgdürVərqa olar ilə xeyrbadi,Qıldı dutuban təriqi-vadi.
Eşitməgdür bu, Möhsün şahü Gülşa fövti-VərqaniOlduqda təmam o şüğli-cansuz,Ol qövm dağıldı, qaldı Bəhruz.
Başqa şairlərin şeirləri
Çü puhteyem bana sâkî şerâb-ı hâm getürÇü âşık-ı ezelîyem mey-i müdâm getür
AğlaramÇərx fələk çəkdin qəza qılıncınƏyyamımı siyah etdin ağlaram
Dəniz olmaq istədim...Mən vurğunam dənizə!Baxdıqca hey sulara,
Aşıq Əhməd Paşanın deyişməsi— Əhməd Paşa:Ana halal ilə südün əmmişəm