Bu, Möhsün şahın ol məcruhədür lütfi-firavani
Saqi, məni yıxdı fəqrü faqə,Sun bixudə badeyi-ifaqə.Ver sınmışa mumiyayi-lütfün,Sal qəlbə o kimyayi-lütfün.Hərçənd ki, xarü xaksarəm,Məcruhi şikəstəvü nizarəm.Qıldım gözə sürmə xaki-rahın,Dutdum yüzə rahi-bargahın.Gəl görmə rəva bu cüstü cudən,Məhrum ola azim arzudən.Ey sədrnişini-bəzmi-ismət,Ehsan dəmidür ötürmə fürsət.Ta sınmıya sağəri-məzacım.Gəl üstümə eyləgil əlacım.Nəql eylədi tutisi bu bağın,Yandurdi fitiləsin çırağın.Kim bir gün o xosrovi-zəmanə,Yə’ni Möhsün şəhi-yeganə,Meyl eylədi seydü seyri-səhra,Oldu o həvadə dəşti-peyma.Yetürdi anı məşiyyət Allah,Vərqayi-həzinə döndərüb rah.Ol rövzəyə çünki saldı sayə,Düşdü nəzəri o binəvayə.Gördü yatur anda ol cəvani,Yox bəllü anın ki, var cani.Ağüştə vücudi xakü xunə,Nə tabi-tənü abi gunə.Liykən şə’ni verür şəhadət,Kim vardur o rəhrövə nəcabət.At ilə donu verür gəvahi,Ol məcruhə nişani-şahi.Rəhm etdi ona dili-əkabir,Düşdü anın üstə tikdi çadir.
Ol bixudə verdi nuşdaru,Ta yetdi ona şüurdən bu.İçirdi pəs ona mumiyayi,Ta evə gətürdi kədxudayi.Tə’sir qılub dəvavü timar,Tədric ilə didə açdı bimar.Gördü o şəhi-bülənd payə,Xur tək salmış bu mahə sayə.Ta göz açdı tanıdı ani,Kimdür o qərib mizbani.Baş qovzadi, açdı ləb duayə,Dürr düzdü təbəqçeyi-sənayə.Bir nəhc ilə ol rüsumi-təslim,Bir növ ilə ol ədayi-tə’zim,Qıldı ki, o kani-lütfü ehsan,Ləb pürsişə açdı oldu giryan.Dedi ona: – Ey güli-səbahət,Vey bülbüli-rövzeyi-fəsahət,Kimsən, yetişür kimə nijadın?Adın nəvü qandadur biladın?De qanda gedirdin, ey qəmərtaş?Qani degilən rəfiqü yoldaş?Oldun degilən kimə həvalə,Kim saldı səni degil bu halə?Ya necəsi düşdügün bəladən,Qurtuldunü çıxdun ol aradən?Kim oldu sənə bələd bu rahə,Kim yetürdi ba caygahə?Vərqa durub açdı dil cəvabə,Ta söyləyə raz o dil kəbabə.Dutdu yüzə rahi-ehtiyati,Ta sınmıya sağəri-nişati.Der sənə düruğ narəvadur?Şəhrim adı “Sirri mər rəbadur .Sə’d oldu ləqəb məni həzinəYetürdü sənin kimi əminə.
Sövdagərəmü işim ticarət,Yetdi mənə qayəti-xəsarət.Xəlq içidə bəllü idi halım,Beş yüz yükə yetişirdi malım.Meyl eylədi dil həvayi-Şami,Yük bağladı rahə, qoydu kami.Ta sərhədi-Şamə yetdi rahım,Nəkbət oldu əduyi-cahım.Dutmuş yolu qırx igit hərami,Hər biri anın ol işdə nami.Açdılar üzə dəri-nəbərdi,Zahir qəmu qıldı zuri-mərdi.Mən yalquzdən hücumi-ə’da,Axir durub aldılər təvana.Məcruhəyə oldu mal qarət,Halım verür ol işə şəhadət.Kişi özidən demək xətadur,Andan məni qurtaran xudadur.Bildim muni, çıxdım ol aradən,Qurtulmağımı o macəradən.Yox dəxi xəbər nə oldu halım,Mən mundavü qanda getdi malım?Şəh ona der: – Ey sitəm rəsidə,Ol qüssəvü qəmdin arəmidə.Yanında duran sənin həkimin,Şahənşəhidür bu sərzəminin.Müjdə sənə tale etdi yari,Yetürdi sənə bu qəmgüsari.Ta ola dəvasidin fərağın,Səhhət bula zəxmi-dərdü dağın.Qoyduqda qədəm dəri-şəfayə,Dəndərdükda qəfa cəfayə,Yenlə sənə mayəvü bəzaət,Verim durub eyləgil ticarət.Gər meyli-hümayın, ey yeganə,Sayə salsa bu üstixanə,Əglənməgə olsa xatirin ram,Hər nə diləsən qılam sərəncam.
Cərrah gəlüb o yarələrni,Tikdi bağladı parələrni.Çün şəh ona verdi istimalət,Bir neçə gün eylədi iqamət.Ta görə məalın ol əlilin,Həm səhhətini o qalü qilin.Zira ki, şəhi-cəha mükərrər,Göndərmişdi o cəm’ə ləşkər.Ta dəf’ edələr o səddi-rahi,Olmuşdu səfinələr təbahi.Beş yüz kişi eylədi rəvanə,Hər birisi Rüstəmi-zəmanə.Ta anlıyalar həqiqəti-karOl xosrovi edələr xəbərdar.İlğar ilə yol kəsüb o ləşkər.Zəngiləri gördülər sərasər,Yatur qamusi qətilü məcruh,Var bir-ikidə bəqiyeyi-ruh.İstəşdilər ol ikidən əhval.Dedilər ola həqiqəti-hal.Filhal o qövmi-bərgüzidə,Qayıtdı gerü çü nuri-didə.Ol sərvəri qıldılar xəbərdar,Şah anladı doğrudur o köftar.Birinə yüz artdı e’tiqadi,Buyurdu yığın büsati-şadi.Bir təxti-rəvanə ol həzini,Məcruhi şikəstəvü qəmini,Saldılarü oldular səbükxiz,Ta şəhrə anı yetürdülər tiz.Xurşid çü doğdu bargahə,Bir bürc mürəttəb etdi mahə.Olsa nə mərizin ehtiyaci,Hər nə diləsə anın məzaci,Cənnət kimi cümləsi mühəyya.Asudədil anda yatdı Vərqa.Hazir yanidə həkimi-haziq,Ta kim düzə şərbəti-müvafiq.
Kitabxana.az · https://kitabxana.az/works/mesihi-bu-mohsun-sahin-ol-mecruhedur-lutfi-firavani
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Şahənşahi-fələk qədrü Süleyman cahü İsa dəm,Vəliyi-haqq imamü müqtədayi-cümleyi-aləm.
Bu, təhriri-mətalibdə tələbdür xamədin yariEy yunisi-bətni-huti-zindan,Vey xızri-təriqi-abi-heyvan.
Budur tə’rifi-şahi-dinpənah ol şah AbbasınOl padşəhi-bülənd payə,Məh peykərü aftab sayə.
Bu qəsidə dəxi ol sahibqiran şə’nindədürŞahənşahi-bülənd əxtər, səriri-mülkətə sərvər,Xudayi yarü tovfiqi qərinü dövləti çakər.
Başqa şairlərin şeirləri
Zülfi-xəmin ki, xəlq deyərlər, kəmənd ona,Bir damdır ki, aləm olub payibənd ona.
شانه هر دم که بر آن کاکل مشکین گذردوه چه گویم که چهها بر دل خونین گذرد
Oldı hüsnün dəftəri bu gönlümə ümmül-kitabOldı hüsnün dəftəri bu gönlümə ümmül-kitab,Aləmə andan açıldı rahi-iman fəthi-bab.
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə