Saqi, məni aldı iştiyağım,Yıxdı qəmi-şiddəti-fəraqım.Bəsdür mənə nəngi-dəstziri,Bir camilə qıl qəni fəqiri.Ta cəm’idə sayılam şümarə,Həm rəng verəm bu ruyi-karə.Yox gərçi ümid taleyimdən,Qurtarə düçar olan qəmimdən.Gər qılmasa birnə bəxt yari,Gül ola əlində xari-xari.Gülzari-kəlam dilnəjəndi,Bu tərz ilə qıldı nəxlbəndi.Vərqa ələ saldı vəsl içün gənc,Ol babdə çəkdi qayəti-rənc.

Ümmidi-vüsalə bağlayub dil,İlqar ilə qət’ edüb mənazil.Göründü çü səthi-bərri-Bətha,Bir neçə gün anda durdu Vərqa.Əsbab töküb o pak tiynət,Ol məcməə verdi zibü zinət.Döndərdi o ləşkəri təmami,Xalusinə ərz edüb səlami,Göndərdi Hilalə müjdəgani,Aç doğdu Süheyli ruyi-kani.Göstərmiş ona murad rüxsar,Gəldi budur olgilən xəbərdar.Yetişdi bu mülkə ol təhəmtənAçmış rüxi-xəlqə feyzi-rövzən.Bazarinə düzdü bu rəvaci,Kim bəxşişidür Yəmən xəraci.Xətm ona səxavətü şücaət,Kəsb eyləmiş ol gəlüb bəzaət.Gər olmasa idi ol sipəhdar,Təxti-Yəmən idi xakə həmvar.Eşitdi büneyni-Şeybə əksər,Bu bişəyə girdi ol qəzənfər.El-el ona çıxdı pişvazə,Bir-bir durub ol rəhi-niyazə.Ol badiyə əhlini təmami,Qıldı kərəmi anın qulami.Bu müjdə yetişdi çün Hilalə,Müstəğrəqi-bəhri-infialə.Şərməndə olub o xiş düşmən.Durdu öz-özünə qıldı şivən.Gəldi evə eşidüb o sazi,Banu Qəmərə dedi bu razi:Vərqa gəldi nədür cavabın?Qət oldu suyu bu asiyabın.Dür görməsə gəlsə kan içində,Rüsva oluruz cəhan içində.Ey kaş əcəl aleydi cani,Ta görmüyə didə ol cavani.

Pəs verdi rəvan cəvab o möhtal,Bu qüssəvü qəmdən olma bədhal.Salma özünü durub cəfayə,Fikr asandur bu macərayə.Biganə degil bu razə məhrəm,Məhrəm görməz rəva bizə qəm.Hər kim ki, bu qüssədəndür agah,Qıl gil olara sifariş, ey şah.Yüz döndərübən ol aşinadən,Ləb açmıyalar bu müddəadən,Bu gülşəni-dəhr, tari-gülxən.Olduqda ola bu şay şivən,Durub qılalum fəğanü fəryad.Əfsus ki, çərx qıldı bidad.Sərsər yeli əsdi, yıxdı sərvi,Bazi-əcəl aldı ol təzərvi.Bu gülbindin açılmadı vərd,Yə’ni Gülşayi-nazpərvərd.Əzbəs ki, var idi iştiyaqi,Vərqa anın ola həmvisaqi.Eşitdi çü gəldügin rəvani,Müjdə o hədisə verdi cani.Çün amm edə yığılub xüruşi,Bir tabuti-ədim puşi.Tərtib edüb iltəlüm məzarə,Ta cümləyə olsun aşkarə.Vərqa bu yerə salanda sayə,Agah ola çü bu macərayə.Axir səbrə dönər məzaci,Səbr eyləmiyə nədür əlaci?!Bu şüğli əgər düzə xəyalın,Olmaz dəxi andan infialın.Tədric ilə gər duyulsa əsrar,Derüz ona kim sən etdün iqrar.Vəqt etdüvü və’də oldu axir.Bunlar bizə rüxsət etdi zahir.Çün diməgə səndən eylədük şərm,Bas oldu həyavü azərm.

Etdük bu vəsiləni bəhanə,Durduq bu bəhanədin fəğanə.Gəl imdi sən, ey çiraği-didə,Bu vəsvəsədin ol aramidə.Qoysan kimə bu həşəmdə əngüşt,Varı olalum səninlə həmpüşt.Düzüb qılalum o sərvi həmdəm,Ta göz açasan vüsalə məhrəm.Çün xaneyi-məkr dilürbasi,Razi ona oldu kədxudasi.Fikr etdü ki, keydə verdi əncam,Pünhani o gürgə qurdu bir dam.Bir həftə keçüb o hayü hudən,Pür oldu cəhan o göftügudən.Tale olub aftabi-Vərqa,Əsbabına təng oldu səhra.Qarşuladı pəs Hilal o mahi,Düzmüşdü qərayə dəstgahi.İstəşdi: nədür bu hal, Vərqa,Dedi: sənə sədqə oldu Gülşa.Ta adın eşitdi ol bəlakəş,Can xərməninə buraxdı atəş.Dil hasilin eylə yaxdı ol yar,Tən amili olmadı xəbərdar.Göydürdü bizi əgərçi bu dağ,Sən bizim içün səlamət ol sağ.Vərqayə bu şərbəti-həlahil,Qət etdi tühalü doğradı dil.Zur eylədi zə’f o nazəninə,Çün bərgi-xəzan salub zəminə.Ol xurşidin kəm oldu nuri,Nə nuri, qaldı nə şüuri.Gördükdə Hilal o dil xərabi,Öz bürcünə çəkdi aftabi.Hər gah özünə gəlür o cansuz,Yadə düşər ol məhi-diləfruz.İstər ki, xəbər duya sözündən,Adın dutuban gedər özündən.

Bu rəsmə çü mürği-nimbismil,Üç gün, üç gecə yatdı bidil.Saldı ələ çün dilifigarın,Dutdu rəhi-mərqədi-nigarın.Durduqda o sadəlövhü dilpür,Cahil muna kim sədəfdə yox dür.Oldu ona qiblə guri-xali,Çün xaneyi-Kə’bənin misali.Saldı çü məzarə pərtov ol nur,Qopdu başına cəhan-cəhan şur.Vərqayə ol ismi-bimüsəmma,Gördükdə müzaəf etdi sövda.Düşdü yerə getdi əqlü huşi,Sangil ki, qəfəsdən uçdu quşi.Olduqda süruşi-huş həmduş,Ol püşteyi-xakə açdı ağuş.Can kimi ani qucaqlayub təng,Çün nəqşi-rüxi-səhifeyi-səng.Axıtdı gözündən ol qədər xun,Ta qıldı səfinə qərqi-Ceyhun.Lə’l eylədi səngi-sərməzari,Əflakə yetürdi ahü zari.Canani müxatəb etdi ol zar,Dərd ilə dedi ki, ey vəfadar!De lazimeyi-vəfamıdur bu?!Yaxud sitəmü cəfamıdır bu?!Qoydun məni bu diyari-qəmdə,Məğluli-səlasili-sitəmdə.Saldun ələ mayeyi-fərağət,Ol nəqdi-bəqadin istitaət.Rəncidə idün məgər sən, ey yar,Ta gəlməgim eylədi xəbərdar.Çəkdün duruban cəmalə pərdə,Saldun məni səd həzar dərdə.Təqsirimə qıldum e’tirafı,Göstər yüzünü, qılam təlafi.Yetmən sənə olmuyuncə rüxsət,Rüxsət verə gör ötürmə fürsət.

Azürdə səni edəndə əxbar,Görməkdə yəqin ki, artar azar.Məndin sənə yox əgər girani,Bismillah işarə eylə ani.Ol mənzilə eylə göndərim bar,Ruhum dəxi olmasın xəbərdar.Ey xak, mənəm sən, asimanım.Yox demə, xüsufdur nişanım.Dağıtdı durub fələk xəzinə,Olduqda sənə budur dəfinə.Torpaqdə cümlə bir degil kan,Bil, xeyli əzizdür bu mehman.Ey kaş ki, xak oleydi cismim,Döneydi durub məzarə ismim.Şayəd görüb ol pəri xisali,Düşüb ələ daməni-vüsali.Açeydim ona ləhəd kimi bal.Çulqaya idim ezar timsal.Ta qoymuya mar o zülfə əngüşt,Ta olmiyə mur o xalə həmpüşt.Həqqa ki, mənə bu şivədür nəng,Gər qılmıyəm ol fəzayə ahəng,Yox-vardə qeyri-yarü dəyyar.Məsdud onadur təriqi-əğyar.Bir ay keçdi bu rəsm ol ayə,Nə xürü nə xabə saldı sayə.Cananına gəh açardı razın,Bu şe’r ilə gəh düzərdi sazın.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri