– Ay doktor, üstünüzə sağlıq, ürəyim qəfəs quşu kimi hey çırpınıb durur, sakit olmur. Mənim bu dərdimə bir əlac!

– Nə olub məgər?

– Ürəyim döyünür!

– Qardaşoğlu, ürək döyünmək üçün yaranıb. Allah eləməsin ki, o dayana.

– Doktor, elə döyünmək demirəm. Bu ayrı cür döyünür. Bilmirəm bu nə əlamətdir?

Həkim diqqətlə naxoşunu süzdü, nə isə demək istədi. Sözünü uddu. Başını aşağı salıb dedi:

– Soyunun bir yoxlayaq!

– Yoxla, başına dönüm, yoxla gör orda, sinəmdə nə var, axı, belə yaralı quş kimi çırpınır, məni də tərpədir, özü də aram olmur.

Həkim rezinli cihazını qulağına taxıb arxadan da, qabaqdan da naxoşun sinəsini yoxladı.

– Nəfəs al! Bir də. Dayan. Öskür. Dərindən nəfəs al. Alma.

Naxoşun narahatlığı daha da artdı. Doktorun cavabını gözləməmiş özü danışdı:

– Doktor, mənim ürəyimdə, eyib də olmasa, tikə qalıb! Yekə tikə qalıb, nə o yana gedir, nə bu yana. Özü də, deyəsən, bir yox, bir neçə tikə! Öskürürəm də, asqırıram da, su da içirəm, nə illah eləyirəm, keçmir. Elə bil sinə qəfəsimdə pərçimlənib bu zəhrimar! Məni fikir-xəyal götürəndə, deyəsən, tikələr də içəridən səslənir.

Doktoru gülmək tutdu:

– Səslənib nə deyir sizə?

– Nə deyəcək? Mənə əzab verir!.. Deməyi budur ki, ölləm-qallam, yerimdən tərpəşmərəm, kefinə bax.

– Siz də yəqin cavab verirsiniz də?

– Mənim cavabım nə olacaq? Yazıq adamam, min cür fikir-xəyal içində. Bir tərəfdən də içəridəki səs məni rahat qoymur ki, qoymur. İdarəyə gedirəm, yoldaşlar ilə görüşürəm, bəzi şeylərdən danışıram, qulaq asan da olur, asmayan da olur. Amma mən baxmıram, hey danışıram. Ürəyimi dolduran sözlərdən danışıram. Danışdıqca da tikə böyüyür, yumrulanır, daşa dönür, az qalır boğazımı bağlaya... Bilmirəm zəhrimar tikə nə tikədir? Nə o yana, nə bu yana yeriyir: gecəm-gündüzüm yoxdur. Unuda bilmirəm. Gecə də yatmağa, dincəlməyə qoymur. Deyirlər, yuxuda da özüm-özümə sayır-bayır danışıram. Bilmirəm bu nə dərddir məni tapıb? Özüm də, şükür ki, sizdən yaxşı olmasın, bir tikə halal çörəyim var, haram-zad yeyən deyiləm. Suyu üfürə-üfürə içən adamam. Kimsənin tikəsinə tamah salmaram. Bilmirəm bu nə tikədir, kimin tikəsidir, məni hardan yaxalayıb? Buraxmır ki, buraxmır!

Doktor şikayətçini diqqətlə dinlədi, cihazlarını yığışdırıb portfelinə qoydu, başladı naxoşun üzünə baxmağa. Naxoş dilləndi:

– Doktor, bəs dərman?

– Dərman lazım deyil!

Naxoş doktorun sözünə təəccüb elədi:

– Bəs bu nə tikədir, axı?

– Qardaşoğlu, bu tikələrə təəccüb eləmə, bunlar göydəndüşmə deyil, sizə yaxşı tanışdır. Bunlar qohum-qonşunun, yar-yoldaşın tikəsidir. Tamam haram tikə olmasa da, artıq tikədir.

Naxoş bu izahdan bir şey anlamamış kimi, bir də sual verdi:

– Necə yəni, artıq tikə?

– Bəli, artıq tikə!

– Yəni, mən çox yeyirəm?

– Məsələ çox yeməkdə deyil, bəlkə də az yeyirsiniz.

Naxoş həkimin sözünü ağzında qoydu:

– Bəs bunlar haradan dolur mənim ürəyimə? Əcəb işdi, ha!

Həkim diqqətlə naxoşun üzünə baxdı və əlavə etdi:

– Soldakı qonşun maşın aldı, evinə gətirdi; bu bir tikə. Sağdakı qonşun üçmərtəbəli üçotaqlı evə köçdü; bu da bir tikə. Dünən dostun oğluna dəsgahlı toy elədi; bu da sənə əlavə bir tikə oldu. Yoldaşlarından kiməsə mükafat verildiyini eşitdin, bu da bir tikə.

– Düzdür, doktor! Neçəsinə mükafat verilib, saya bilərəm sizə!

– Bu da sizə neçə tikələr!.. Hamısı ilişib sinənizdə qalıb. Siz unuda bilmirsiniz, onlar da sizdən əl çəkmirlər. Hamısı sizə dərd olub, dərdli tikə olub!

– Bəs əlacı?

– Əlacı odur ki, gərək burdan köçəsiniz, ürəyinizə də, ailənizə də rahatlıq verəsiniz. Tikələri birdəfəlik unudasınız. Əlacı budur! Dava-dərman ilə iş aşmaz, qardaşoğlu!.. Bu fikir-xəyalı acı tikan kimi zehninizdən çıxarıb atın. Sonra görərsiniz ki, ürəyiniz dincəldi, sakit oldu, tikələr də rədd olub getdi. Vəssalam.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Bu xırıltı nədir

Mən əvvəllər ayrı işdə olmuşam, müəllimlik eləməmişəm. Buna arzum, həvəsim də olmayıb. Ancaq mühəndisliyə, qiyabi təhsilə gedəndə axşam kurslarında, ya FZU məktəblərində, riyaziyyatdan bir neçə saat dərs götürmək, həm pul qazanmaq, həm də hər gün dərslərə hazırlaşmaq ilə savadımı artırmaq məqsədinə düşdüm. FZU məktəblərindən birinə ezamiyyət alandan sonra libasımı sahmana saldım, əlimə bir portfel aldım, mənə tapşırılan sinfə inamla daxil oldum.Daxil oldum, ancaq sinfi təsəvvür etdiyim, istədiyim kimi görmədim. İlk baxışdan mənə elə gəldi ki, uşaqlar məni saymırlar, müəllim hesab eləmirlər, bəlkə də məni yoxlamaya çəkmək qəsdinə düşüblər.

19714 dəq
Dərsimi yaz!

Mən bir uşaq tanıyıram, hörmətli bir ailədəndir. Atası, anası onu çox sevir, əzizləyir, bir sözünü iki eləmirlər. İstədiyini alır, istədiyi yerə göndərir, handa bir qəşəng, bahalı libas geyindirir, addımbaşı sağına-soluna keçir, kefini soruşurlar:– Necəsən, bala, indi ürəyin nə istəyir?

3 dəq
Möhür

Möhür, ya əyar yaxşı şeydir. Bir sənədin həqiqətini bilmək üçün möhürünə baxırlar. Bir matahın əslini bilmək üçün əyarını yoxlayırlar. Üstündə əyarı olmayan qızılı heç kəs qızıl saymaz. Onu ustasına, zərgərinə baxdırmamış heç kəs qızıl olmasına inanmaz.Adam, adamdır, hər kəs bilir ki, adamla necə rəftar etmək lazımdır.

19713 dəq
Uşağın taleyi

Üç gün idi Marat məktəbə gəlmirdi. Almaz xanım adları oxuyanda başını qaldırıb uşağın sırasına baxdı. Ətrafa göz gəzdirib təəccüblə soruşdu:– Marat niyə yoxdur?

19712 dəq

Başqa şairlərin şeirləri