Səhifə 2 / 3 · 33%

Bizim vətənimizdə elə şəhərlər var ki, yazbaşı yüz minlərlə tələbə imtahana hazırlaşır. Auditoriyalarda, imtahan stolu qarşısında gənclərin bilik müsabiqəsi gedir...

Heç bir dövrdə, heç bir ölkədə bu qədər kitab oxunmamışdır. Heç bir dövrdə, heç bir ölkədə bu qədər gənc elmə girişməmişdir. Heç bir ölkədə, heç bir dövrdə bu qədər qələm işləməmiş, kitab bağlanmamışdır, alimlərin adı, kəşflərin adı bu qədər çəkilməmişdir. Mağazalara daşman kitabların sayı yüzlər, minlər deyil, milyonlar, yüz milyonlarladır. Tarlalarda, bağ və bostanlarda məhsul toplanışı fəsli şıdırğı davam edən kimi, kitabxanaların da qızğın iş fəsli imtahan vaxtıdır. Minlərlə gənclər kitab üçün axışıb gəlirlər. Döşü önlüklü kitabxanaçılar əldə qeyd kağızı tər tökə-tökə qəfəsələri araşdırır, qucaq-qucaq kitabları tələsə-tələsə oxu zalına daşıyırlar.

Sabah Hafiz Bakıya yola düşəcəkdi. Ehtiyat xala bütün gecəni oğlu ilə, onun səfər hazırlığı ilə məşğul oldu. Uşağın paltarlarını yuyub ütülədi, düymələrini bərkitdi, səliqə ilə çamadana yığdı. Sabun qutusu, diş tozu, üz dəsmalı, iki dənə əl yaylığı, paltarların altına, sərilmiş qəzetin altına, çamadanın küncünə iki yüz manat pul qoydu.

Ancaq çamadanı bağlayanda yadına düşdü ki: "Adam içinə gedir, yar-yoldaşı var, çamadana örtü lazımdır..." Qalxıb əl maşınım stolun üstünə qoydu. Haçandansa aldığı göy sətindən bir örtü tikdi, haşiyələrinə qırmızı köbə verdi, ağ düymələr qoydu. Çamadanı torbasına salıb düymələdi. Əlinə alıb ağırlığım yoxladı, yaraşığına diqqət elədi. İşindən razı bir halda əlində çamadan, neçə dəfə evdə o yan-bu yana getdi. Bayaqdan bəri qayğılı görünən siması birdən-birə yaz göyləri kimi açıldı. Özü hiss etmədiyi halda dalğalandı, oynayan sevinc təbəssümü çöhrəsini işıqlandırdı: "Hamının balası boya-başa çatsın, mənimki də onların içində!"

Oğlunun xeyir işində, belə bir xoş günündə çalışmaq, istirahət, yuxu bilməmək Ehtiyata nə qədər xoş, nə qədər ləzzətli idi! O hərdən, çarpayısında ağır-arxayın uzanıb yatan oğluna nəzər salır, hərəkətlərinə daha çox əminlik, sürət və qətiyyət verirdi.

Hafiz isə o qədər şirin yatmırdı. Zahirən yatmış görünsə də, o, gələcək işləri, təhsil səfəri, mərkəzdə onu gözləyən ağır, çətin müsabiqə imtahanları ilə məşğul idi. Ali məktəb qapılarında yüzlərlə özü kimi gənclərə qarışıb danışır, adım yazdırır, şəhadətnamə göstərir, imtahan vərəqəsi alır, komissiya qabağında durur, bilet çəkir, cavab verirdi.

– Ana, hələ yatmamışsan?

– Yox, oğul, işim var!

– Gecdir, sabah görərsən, dur yat! Axı sən işə gedəcəksən.

Oğlunun oyaq olduğunu görən ana bayaqdan bəri ürəyində danışdığı sözləri ucadan demək istədi. "Tez-tez kağız yazarsan! Özünə yaxşı baxarsan. Yeməyinə korluq vermə. Üstüaçıq yatma. Pis yoldaşlara qoşulma. Xalangildə qal..."

Bu söhbətlərlə Hafizi məşğul edib yuxudan qoyacağını düşünəndə Ehtiyat xala fikrindən əl çəkdi, heç nə demədən qalxıb çırağı söndürdü, yatağına girdi. Yatağına girdi, ancaq gözünə yuxu getmədi. Elə bil dünyanın fikir-xəyalını bu gecə yığıb onun yastığına tökmüşdülər: "N ecə olacaq, görəsən... Uşaq imtahanlardan nə cür çıxacaq. Yayın günündə arıqlayacaq. Deyirlər, məktəblərə gələn çox olur. Hər dərsdən beş almayanı götürmürlər. Özü də Hafizin istədiyi Moskva məktəblərinə getmək lap çətindir. Görəsən, nə sayaq olacaq. Görəsən, müəllimlər Ha38 1 fizin dərsindən razı qalacaqmı, yoxsa kağızlarını qaytarıb deyəcəklər: "Bala, sən get öz şəhərinizdəki instituta! Buralara gücün düşməz..." Dilim-ağzım qurusun, onda gədə qüssədən dəli olar. Onda mən neylərəm. Mənim əlim hara çatar. Bakıda kimim var. Yazıq Hüsniyyənin əlindən nə gələr..."

Qadın bu dəhşətli fikirləri özündən rədd edib ürəyinə təskinlik verirdi: "Yox, Hafizin dərsi kimdən əskikdir. Bünyad müəllim hər yerdə tərifləmirmi? Naxış kimi xətti var. Özü əsgər balası, özü təyyarə modeli düzəldən, özü komsomol. Onun daşdan keçən attestatı var. Yox, kim nə deyə bilər! Bərkə qalanda lap nazirin yanına gedərəm. Bir oğlum var, ona da yer tapılmayacaqmı? Dünya hələbəslik deyil ki! Yox, sağlıq olsa heç Hafizə kömək lazım olmayacaq. On ildir öz gücünə getmirmi? On ildir məktəbin, müəllimin, direktorun əzizidir. İnşallah, axıracan da elə gedəcək. Buna nə söz!.."

Qadın oğlunun yuxuya getdiyini yəqin edib, təkrar qalxdı. Həyətə çıxdı. Dan yeri sökülür, hava işıqlanırdı.

Ehtiyat xala ağ samovara od saldı. "Axırıncı gündür, – dedi, – qoy uşağın vanında səslənsin". Həyət bağçasına enib əl səbətini yetişməkdə olan qaysı, gavalı ilə doldurdu, üstünə tut yarpağı qoyub örtü çəkdi.

Həyət qapısını açıb küçəyə çıxdı. Hava lap işıqlanmışdı, küçələrdə daş döşəmə üzərində addım səsi eşidilirdi. Ehtiyat xala bu səslərə diqqət yetirir, bunların hər birinə oğlunun səfəri ilə bağlı bir məna verməyə çalışırdı.

– Ehtiyat bacı, sabahın xeyir! Səhər-səhər nə tezdən çıxmışsan, xeyir ola, yoxsa səfərdən gələnin var?

Bu, cəld addımlarla idarəsinə doğru gedən, çiyni çantalı poçtalyon Əkbər idi. Ehtiyat sevindi, onun salamına ucadan cavab verdi:

– Xeyrə uğrayasan, Əkbər qardaş! Səfərdən gələnim yox, gedənim var. Hafizi yola salıram. Universitet dərsinə gedir.

– Yaxşı yol! Deməli, bundan sonra sənə kağız, sovqat daşıyacağıq, eləmi?

– Əldən-ayaqdan var olasan! Həmişə xeyir xəbər olasan! Tələbə adamdan nə sovqat olacaq! Uşaq oxuyacaq, yenə gərək mən əlimə düşəni göndərəm.

– Ehtiyat xala, elə demə, əlaçı tələbə tanıyıram, hökumətdən beş-altı yüz təqaüd alır, sənin oğlun da bilən uşaqdır. Onun təqaüdü az olmayacaq ki!

– Canı sağ olsun, sizinkilərlə bahəm! Oxusun, qurtarsın, qalan şey ötüşər.

– Əlbəttə ki, canı sağ olsun!

Əkbər ötüb gedəndə bir şey yadına düşmüş kimi, Ehtiyat evə döndü. Çamadanı, səbəti götürüb avtobus stansiyasına yollandı.

Poçtalyon Əkbərlə görüşü və söhbəti qadın uğurlu bir fal kimi yozur, oğlunun işlərinə ürəyində tam əmniyyət duyurdu. "Uşaq stansiyaya rahat getsin" – deyə şeyləri qabaqca aparıb növbətçiyə tapşırdı. Üç manat da pul verib xahiş etdi ki, "Bir bilet götür, lap qabaqda Hafizə yer saxla!"

Qayıdıb evə çatanda evlərin çoxunda radio işləyirdi. Kreml saatının altını vuran zəngi eşidilirdi. Qadın istədi Hafizi oyatsın, fikirləşdi ki, avtobusun yola düşməyinə hələ bir saat var. Şeylər də yerbəyer olub. Uşağı tez yuxudan eləmək lazım deyil. Bir də fikirləşdi ki, "Yox, axı yeyib-içməlidir. Tələm-tələsiyə düşməsin..." Yaxınlaşıb şəhadət barmağı ilə Hafizin adyalına toxunmaq istədi. Oğlunu – sabah gecə kim bilsin, harada, hansı vaqonlarda yatmalı olan oğlunu şirin səhər yuxusunda görüb dayandı. Bir xeyli dayandı. Sonra ehtiyatla və şirin, mülayim, mehriban ana səsi ilə çağırdı: "Hafiz, Hafiz! Oğul, vaxtdır! Hafiz, vaxtdır!."

Qadın Hafizi Bakıya, bacısı Hüsniyyənin yanma yola salırdı. Arxayın idi ki, uşaq bacısı evində korluq çəkməyəcək, oturub imtahanlara hazırlaşacaqdır. Ancaq ürəyində qoymuşdu ki, on-on beş gün sonra, imtahanlar qurtarhaqurtarda, uşaqların işi müəyyən olan zaman özü də getsin, Bakıda olsun. Direktorla da məsləhətləşib razılıq almışdı ki, məzuniyyəti iyunun axırlarına salınsın.

Hafiz geyinib qəlyanaltı yeməyə oturanda qadın təkrar həyətə enib, yarpağı şehli güllərdən səliqəli bir dəstə düzəldib gətirdi:

– Xalan gülü çox xoşlayır. Qrafinkaya qoysun, qönçələri çoxdur, suda açılar.

– Ana, məni güllə yola salırsan!

– Həmişə gülə tuş gələsən, oğul, səfərin uğurlu olsun!

Bakıda yay istilərinin məlahətindən danışmağa ehtiyac yoxdur. Bunu oxucular yaxşı bilirlər. İyul səhərində kürədən çıxan mis teşt kimi Xəzər sularından qalxan günəş şəhərin üstündə sanki qəsdən dayanıb od tökür, təndirdən qalxan kimi isti hava, bürkü adamı boğanda, camaat sərinləməyə yer, vasitə axtarır. Başlar, yaxalar, pəncərələr, qapılar açılır, maşınlar küçələri sulayır, buzxanalar var gücü ilə işləyir, sərinkeşlər sərin verir, dondurmaxanalarda, su dükanlarında adam çoxalır. İşin axırında papağını alan axışıb sahillərə, plyajlara, bağlara gedir. Xəzər sahillərində qoyun-quzu kimi maşın-maşına söykənir.

Həmin belə günlərdən birində sizi Nizami küçəsinin sol tərəfindəki balaca, çargül həyətə, uca evlərlə əhatə olunmuş bir həyətə çağırıram. Arxa divarda, su krantının böyründə yuxarıya dəmir məhəccərli bir pilləkən qalxır. Üçüncü qatda aynabəndli, qəhvəyi eyvana daxil olursunuz, günə qarşı çəkilən ağ pərdələr ütüdən qovrulmuş kimi saralır. Eyvanda divara söykənmiş qatlama çarpayıdan, mıxçadan asılmış paltar ipindən, yarpağı soluxan güldanlardan başqa bir şey yoxdur. Evin isə qapısı açıqdır. Daxil olun! Qorxmayın, tanış evdir, daxil olun! Döşəməyə salınan göy haşiyəli xalçanın üstü ilə yavaşca yeriyir, otağa yaxınlaşırsınız. İstimi, sükutmu sizi dayandırır. Öskürürsünüz, çıxan olmur. Ev sahibi görünür. Boylanıb içəri baxırsınız: ayrı aləmdir!

Üstü kitablar, kağızlar, xəritələr, qələm və karandaşlarla dolu stolun kənarında üç nəfər cavan mütaliəyə elə cumublar ki, bir-birindən tamam xəbərsizdirlər. Göy maykalı nazik bir oğlan dirsəklənib oxuyur. Abı sətin köynəkli bir başqası gözünü kağızlara zilləyərək başını iki əli arasına alıb, sanki sıxır, ya səs eşitməmək üçün qulaqlarını tutur. Üçüncüsü, bizim tanıdığımız qaraşın, qıvrımsaç, qurşağacan soyuncaq oğlan isə əldə qələm, divan üstünə sərdiyi xəritədə şəhərmi, gölmü, dağını, köı fəzmi axtarır. Bir yanda tarix kitabının II cildi, bir yanda açıq qoyulmuş lüğət, arasında kağızlar olan hesab, kimya kitabları, nizamsız yazılmış qeyd dəftərləri, konspekt kağızları. Bunlar, bu kitab hərisləri, təhsil əsgərləri dərsdən, imtahan biletlərindən başqa heç nə düşünmür, heç nəyə baxmırlar. Sanki hop tutu biar, bir-birilə də danışmırlar. Onlar rəsmi dərs vaxtlarında olduğu kimi özlərinə məcburi mütaliə vaxtı təyin ediblər. Bir saat hər kəs öz temasına məşğul olur. Sonra, beş dəqiqə tənəffüs başlanır. Tənəffüs dəqiqələrində isə onların səsini və qəhqəhəli gülüşlərini, bir-birindən etdiyi sorğu-sualı eşidərsiniz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qələbənin açarı

" Toxucu sənayenin zərbəçi briqadası - Qasım İsmayılov kolxozçuları pambıq planını noyabrm 5-nə 100 prosent ödəmişdir. İllik planı 25 prosent artıq yerinə yetirmək üçün tarlalarda hücum gedir. Rayona qızıl bayraq ana südü kimi halaldır..."Siz, səhərin sərinliyində bu xəbəri qəzet sütunlarında şirin-şirin oxuyub düşünürsünüz:

19323 dəq
Səsimizi dünya eşitsin!

Kim nə deyir, desin. Qoy pedaqoq "uşaqların keyfiyyətinin tamam ayrı, böyüklərdən başqa" olduğunu isbat üçün gücənsin, qoy saqqalı xınalıılar "kiçiklərin böyük işinə qarışmasına" qudursun, qoy Telli xala "zamana uşaqlarının zatı xarablığından" şikayətlənsin...Fakt faktlığında qalır, 22 milyon yeniyetmələr, çoxmilyonlu pioner və gənclik köhnə dünyanı bolşevik xəttindən topa tutmaqla silahlanır. Bu gəncliyin önündə yeni bir aləm parlayır. Bütün qüvvələr bu nəslin əlində mum kimi yumşalacaq, hər şey yeni tələbə görə, yeni məzmun, yeni şəkil alacaqdır. Qütbdən-qütbə, şərqdən-qərbə qoca dünya, hazır ol! Üzərində sızıltısız, naləsiz, istismarsız, "qəza"sız, "sən"siz, "mən"siz bir həyat qurmaq üçün böyük işlər ordusu - Kommunist nəsli gəlir...

19324 dəq
Boy

Günəş sarı tellərini sürüyüb qərbə, uzaq göy dağların ardma aparır. Kölgələr ağaclara dırmanır, tarlaları yiyəsiz buraxıb gələn arabalar, cütçülər alçaq əyri çəpərlərin arasında qaynaşır. Hər şey öz yerini arayır, hər kəs öz yuvasını tapır. Bir saat əvvəl tarlalarda yayılan, sularda əriyən səslər indi qapılarda ucalır. Biri o birisinə, o birisi mala, qadın kişiyə, kişi inəyə qışqırır. Bu səslər hər şeydən əvvəl daşlıqlarda parçalanmış qarmon tellərindən qopan ahəng kimi bir-birinə qarışır.Bizim qapımızda isə ölüm sükutu vardır. Qaranlıq daxmanın rütubətli döşəməsində uşaq eşələnir, ağlayıb yorulan bu uşaq kirli əlləri ilə yeri cızır, torpaqdan təsəlli arayır.

193311 dəq
Analar yarışı

Özünüzü Gəncənin üç verstliyindəki ağaclıq, bağlıq, bağçalıq təpələrdə, "Qızıl qaya"nın munis döşündə hiss ediniz. İstirahət günüdür. Şəhərdən yuxarıya suların mənbəyinə, üzüm bağlarına doğru yollar uzunu şən bir axın başlamışdır. Bağların içi ləzgi toyuna dönmüşdür. Hər tənək dibindən gülüş şaqqıltısı, hər təpə başından musiqi səsi ucalır. Sanki uzun müharibələrdə basılmaz düşmənə çalınan əbədi qələbənin mərasimidir. Sanki günəş, sular, ağaclar, çiçəklər, təbiətin bütün zənginlikləri bu həyat qaliblərinin toyuna çağırılmışlar. Bağlar şaq-şaq şaqqıldayır.Pakizə xala əvvəllər bu şənliyə, hərəkətə tam yabançı idi. Əgər anası Bədimisə yuxusuna girərək gələcəkdə onun üçün belə şən və qayğısız bir həyat açılacağını söyləsə idi, diksinər, yuxudan ayılaraq:

19335 dəq

Başqa şairlərin şeirləri