İgid oğlan
Səhifə 2 / 2 · 50%
3
Gün keçdi, həftə dolandı, aylar ötdü. Köçaxır kəndi köyşənində Kür qırağına çəkilən bənd tikilib başa gəldi. İnsan nə qədər ağır, çətin iş başlayır-başlasın, nə qədər əziyyət çəkir-çəksin, əməyinin məhsulunu, yaratdığını görəndə bütün əziyyətlər yadından çıxır, sevincindən dağa-daşa sığmır. Ürək şadlıq, könül fərəh, baş məğrurluq, can rahatlıq hiss edir.
İllah da belə əmək ki xalq üçün, xoşbəxtlik üçün həm indi, həm də gələcək üçün olsun. Camaat möhkəm və uca, böyük şəhərlərin küçələri qədər enli divarın, bəndin üstünə çıxıb gəzinirdi. Ağzı qayıtmış Kürün burula-burula axıb getməyinə tamaşa edirdi. Kürün çox yuxarılardan qızmış buğa kimi fısqıra-fısqıra gələn suyu sovet adamlarının - mühəndislərin, fəhlələrin, kolxozçuların əli ilə tikilmiş polad bəndə çırpanda çini qab kimi çilik-çilik olub tökülürdü. Dalğalar sanki öz gücünü yoxlayırdı. Bir müddət gedəndən sonra, Kürün dərinlərindən, suyun gur yerindən qüvvət alandan sonra qayıdıb bəndə hücum edirdi, tamam məğlub olduğunu duyub, uzaqlara doğru gedirdi. Kolxozçular tamaşa elədikcə fərəhlənirdilər. Kimisi bəndin qabağındakı yerlərdə bağ salmaqdan, kimisi çoxmərtəbəli ev tikib pəncərələrini Kürə açmaqdan, kimisi bənd işində hamıdan çox çalışan staxanovçulardan danışırdı.
Bu adamların içində Barxudarın - deputatın adı ayrı bir hörmətlə çəkilirdi, çünki bu işin təşəbbüsçüsü o idi. Hamı onu təbrik edirdi, hamı ona təşəkkür edirdi.
Barxudarın yaxşı işlərindən danışılan sözlər qoruqçu Ağanın arvadı Bədimisənin qulağına çatdı. O, ərindən soruşdu:
– Bu ki deyirlər, bəndi basdıran oğlan, bu hansıdır?
– Hansı olacaq, yadında yoxdur, seçki oldu ha, səs verdik... Sən getməmişdin, bərk xəstə idin, yatırdın.
Bədirnisəni fikir götürdü: "Belə igid oğlana barmaq qaldırmamışam. Görəsən, necə eləyim..."
Bədirnisə qalxıb, mücrüsünə baxdı, o zaman komsomolçuların payladığı seçki kağızı hələ də dururdu. Hamı bu kağızla deputat seçkisinə getmişdi. Bədirnisə seçki kağızını ovcunda sıxdı. "Ya mədəd" deyib, yerindən qalxdı, geyindi, hazırlaşdı. Ərinin qorçiqdan qayıtmasını gözləmədi, qapının ağzına bir qıfıl vurub, ispalkomun idarəsinə getdi. Bir qız telefonla danışırdı, həyətdə də bir maşın durmuşdu. Bədirnisə içəri girməyə cəsarət eləmədi. Qapıdan boylanıb, geri qayıtdı. Qız çağırdı:
– Buyur, ay xala, nə işin var, gəl, qayıtma!
Bədirnisə içəri girdi və qızdan soruşdu:
– İspalkom hanı, a qızım?
– Bənd üstündədir. Camaat hamısı ora gedib, nə işin var?
Bədirnisə geri qayıtdı, istədi qızın sualına cavab verməsin. Bir də na fikirləşdisə, lap irəli gəldi, əllərini stola söykədi, qızın qabağında dayandı, onun üzünə baxdı:
– O oğlanın adı nədir, seçilənin?
– Hansı seçilənin deyirsən, deputatımızınmı?
– Hə, hə!
– Barxudar!
– Barxudara kağızım var, dedim, ispalkom tez çatdırar. Zəhmət çək, mənə bir paket, əl-ayaq elə.
Qız ayağa qalxdı, kitabının arasından bir narıncı paket çıxardıb verdi və dedi:
– Barxudarın özü bu saat bənd başındadır. Getsən, özünü görərsən. Ancaq uzaqdır, istəyirsən gözlə, axşamüstü burada olacaq, gəlib ərizəni verərsən.
Bədirnisə yenə duruxdu, fikirləşdi: "Gedim-getməyim, gedim-getməyim."
Qız əyilib qapıdan baxanda Bədimisənin əllərini belində çataqlayıb, bəndə tərəf yeyin getdiyini gördü. İstədi səsləsin ki, "ay xala, yorulub dildən düşərsən, gözlə qayıtsın". Ancaq Bədirnisə arvad uzaqlaşmışdı, səsləsə də, eşitməzdi.
4
Bənd üstündə, mitinqin şirin yerində Qumaş Barxudarı geri çağırdı ki: "Bir qarı var, sizi görmək istəyir." Barxudar aşağı düşəndə Bədirnisə əlindəki kağızı ona verdi və mehriban-mehriban dedi:
– Bağışla, ay oğul, xəstə olmuşam, qocalığın üzü qara olsun, məni bağışla!
Kənd soveti sədri Qələndər kişi kənardan göz qoyurdu. Bədirnisənin, ömründə ictimai həyat, idarə, iclas tanımayan qarının deputata ərizə gətirdiyini görəndə bir az da narahat olmuşdu: "Görəsən, bu nə şikayətdir. Yəqin, bunu öyrədən var. Bəlkə mənim özümdən ərizə ve rir, kim bilir..."
Başqa bir məsələ olsaydı, Qələndər kişi Barxudardan soruşardı. Bilirdi ki, Barxudar ondan söz gizlətməz. Amma burada özü haqqında bir iş olacağından ehtiyatlanıb, soruşmağa ürək eləmədi. Yanakı bir Bədimisəyə baxdı, bir də Barxudann əlindəki paketə baxdı, bir şey hiss edə bilmədiyindən köksünü ötürdü.
Bədirnisə kağızı verib, deputatın əlini sıxandan sonra qayıtmaq istəyirdi. Barxudarın paketi açdığını, kağızı oxuduğunu görəndə dayandı ki, görsün nə deyəcək.
Barxudar seçki dəvətnaməsinə baxa-baxa qaldı. Elə bildi, qarı yanılmışdır. Paketin içinə ərizə əvəzinə bunu qoymuşdur. Əl eləyib Bədimisəni çağırdı:
– Nə istəyirsən, ay ana, sözünü de!
– Heç bir şey istəmirəm, ay oğul, sənin igid canının sağlığını istəyirəm. O mənə bəsdir.
Barxudar yenə bir şey başa düşmədi:
– Bu sənin seçki kağızındır ki!
– Demədimmi, ay oğul, bağışla, eldən geri qalmışam, bağışla.
Barxudar onun səs verməyə getmədiyini bildi, Qumaşı yanına çağırdı. Qarının adım soruşdu. Üzünü Bədirnisəyə tutdu:
– Səsini mənə verməyinə təşəkkür eləyirəm. Mənə inanırsan, çox sağ ol, ay ana! Ancaq səndən bir xahişim var.
– Buyur, ay oğul, əlimdən gələni...
– Gələr, əlindən gələn işdir...
Barxudar Qumaşı göstərdi.
– Bu qızı ki tanıyırsan.
– Tanıyıram, ellimdir!
– Necə qızdır?
Barxudar bunu deyəndə Bədimisənin xəyalına gəldi: "Oğlan Qumaşı istəyir, yəqin, məndən xahişi var ki, bu işi düzəldim". Barxudar kimi bir igidin ona işi düşdüyünə ürəkdən sevindi. Lakin bu işin düzələ bilməyəcəyinə heyifsiləndi (çünki Qumaşın əri vardı). Cavab verdi:
– Yaxşı qızdır, amma, ay oğul, onun əri var!
Barxudar güldü:
– Amma niyə? Əri olanda yaxşı qız ola bilməz? - Bədirnisə dinmədi. Barxudar davam etdi: - Özün də təsdiq edirsən, bu çox yaxşı qızdır.
Kənddə qadınların irəli getməyinə çox can yandırandır. Səndən xahişim budur ki, çox yox, bircə ay bunun yanında oxuyasan. Bizim seçki qaydalarını lap yaxşı öyrənərsən. Gündə yarım saat bu qızın söhbətini eşitsən, kifayətdir.
Bədirnisə söz verdi:
– Baş üstə, ay oğul! Baş üstə! Lap iki saat desin, mən hazıram. Qarı olanda, nə olar, mən özüm öyrənmək istəyirəm...
5
Mitinqdən sonra Barxudar Bakıya qayıtmağa hazırlaşırdı. Kənd işçiləri deputatı yola salmaq üçün maşının başına yığılmışdılar. Barxudar Bədirnisə arvadla məşğul olmağı Qumaşa bir də tapşırırdı. Qələndər kişi arvadın adını eşidəndə diqqətlə qulaq verdi. Barxudarın qayımdan danışdığını görüb cürətləndi və soruşmaq istədi: "Kimi deyirsiniz, qoruqçunun arvadı Bədirnisədənmi danışırsınız?.." Barxudar əhvalatı ona danışanda Qələndərin rəngi açıldı.
– A səni sağ olasan, bunu bayaqdan de də. Ürəyim üzüldü ki: mən də deyirəm arvadın, görəsən, bizdən nə şikayəti var. Belə de də!..
Barxudar hamı ilə xudahafizləşdi. Maşın küçələrə səs sala-sala kənddən çıxıb, gözdən itincə Qumaş baxırdı. Barxudarı - bacarığı, igidliyi ilə özünü camaata sevdirən oğlanı düşünürdü. Ona elə gəlirdi ki, Barxudarın igidliyində, qabiliyyətində qeyri-adi, təəccüblü heç bir şey yoxdur. Çünki onun gücü onu böyüdüb yetirən partiyanın gücüdür, onun gücü xalqın birləşmiş, polada dönmüş səsinin gücüdür. Onun igidliyi partiyasına, xalqına, öz seçicilərinə sədaqətindəndir, xalqa xidmət işinə olan sevgisindəndir, yaratmaq, yarıtmaq, bütün qabiliyyətini sosializm işinə vermək eşqindədir. Qumaş bu fikirlərində yanılmırdı.
Kitabxana.az · https://kitabxana.az/works/mir-celal-igid-oglan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
– Ə, səviyyəni hardan alırlar, necə alırlar? Səviyyə lazımdır.– Nə lazımdır?
Yas məsələsiAilə möhkəm olmalıdır. Cəmiyyətin ilk isti, səmimi ocağı, mən deyərdim, müqəddəs ocağı ailədir. Ailəsini sevməyən heç kəsi sevə bilməz. Ailəsində xoşbəxt olmayan heç yerdə xoşbəxt ola bilməz!Buna görə də mən həmişə ailə həyatına diqqətli, ehtiyatlı, həssas olmuşam. Duyduğum ixtilafları dərhal yerindəcə söndürmüşəm. Atalar demiş, alov üstünə nöyüt yox, su səpmişəm.
Tut kampaniyasıMən çox gəzən adamam. Keyf-ləzzət üçün yox, işim, vəzifəmlə əlaqədar çox yerdə, ölkəmizin böyük şəhərlərində tez-tez oluram. Bu dəfə Leninqrad şəhərinə getmişdim.Səhhətimdən şikayətlənəndə yoldaşım məni qocaman bir həkimin yanma apardı. Kabinetində, ağ xələtdə əyləşib yazı-pozu ilə, cürbəcür dərman nüsxələrilə məşğul olan qoca, ağsaç həkim bizi çoxdankı tanışı, yaxın adamı kimi hörmətlə qəbul elədi, kürsü çəkib yer göstərdi, gəlişimizin məqsədini biləndə müayinəyə başladı.
PeşmançılıqIKolxoz sədri Səfər, şəhərdən yenicə gəlmişdi. Alı kişinin evində qalırdı. Səhər hamıdan tez qalxıb yuyunar, idman edər, qaloşu ayağına alıb həyətdə gəzinər, hava alardı. Onun təbiətə xüsusi bir eşqi var idi. Günün çıxmasını və batmasını seyr etməyi sevərdi. Səhər açılanda su daşının üstünə çıxar, oyanan kəndin qarışıq həyat səslərini dinlərdi. Dağların arxasından boylanan mis məcməyi kimi qızaran günəşə baxar, baxdıqca ürəyi açılardı.