Pəncərəmdən bir məktub atdılar. Oğlum yazırdı, Qafqaz cəbhəsindən yazırdı. Məktub karandaş ilə tələsik və qısa yazılmışdı. Əsgərin iri və möhkəm barmaqları, əsəbi hərəkətləri sətirlərdən hiss olunurdu. O, məktubunda heç bir yeni mətləb yazmamışdı, mənə deməli, sevindirməli bir xəbər yox idi. Salam göndərir, salamatlığını xəbər verirdi. Mən üç sətirdən ibarət olan oğul məktubunu əsgər məktubu kimi oxudum. Onun müəllifini, bu saat Qafqaz dağlarında düşmənə sinə gərib, bəla sellərinin qabağını kəsmək istəyən igid əsgəri gözümlə gördüm. O, irəli baxır, hətta atasının gəldiyini eşitsə də dönmür, bütün vücudu, diqqət və duyğuları irəlidə, canavar kimi qabağa soxulmaq istəyən faşist avtomatçılarının yerişi, hərəkətindədir. O, güllələrinə qənaət edir. Nişanını bəlləməmiş atmır, çayı bəri keçən, kolluqlarda qurdalanan düşmən nəfərlərini bir-bir şikar kimi dənləyir.

Bu xəyal da olsa, oğlum ilə yaşadığım bu mənzərə mənə dərin, mənəvi bir təskinlik oldu. Başıuca bir ata iftixarı ilə sinəm qalxdı, ürə yim döyündü.

Qalxıb oğlumun otağına keçdim. O həmişə burada dərs hazırlayır, yoldaşlarını başına yığıb əyləşirdi. Bu, onun tələbə kitablarıdır. Bu, komsomol geyimi, bunlar onun yoldaşları ilə xatirə şəkilləri, bu da sədəflənmiş tarıdır.

İcazəsiz oğlumun yazı masasını açıram. Yarımçıq yazılmış kağızlar nizamsız səpələnmişdir. Avtomat qələmin mürəkkəbi qurumuş, kitabları toz basmışdır...

Gözlərimdən axan iki damla yaş ağ kağıza düşür. Bilmirəm bu nə üçündür. Bilmirəm nə üçün, nə üçün ağlayıram? Güzgüdə 58 yaşında ağsaç – ağsaqqal bir kişinin cibinə əl salıb dəsmal axtardığını görürəm. Həmin kişi qızarmış və bulud kimi dolu gözləri ilə mənə baxır, sükutu ilə sanki deyir: "Yaraşarmı?"

Nə üçün ağlayıram, qocalıq taleyimə, yetişmiş bir gəncin tozlu otağına, odlar içinə atılan ciyərparəmin halına, vətənimi hədələyən bəla və müsibətlərəmi, bir qaşıq qammamı?

Mən çox yaşamış, çox görmüş adamam. Bir oğlum var, ancaq vətən övladının tərbiyəsində yorulmamışam. Qırx ildir məktəbdəyəm. Minlərlə oğul-qız oxutmuşam, yetirmişəm, indi görürəm ki, tələbələrim, oğlum məndən ürəkli, davamlıdır. Bu günlərin ağırlığı onları məyus etsə də, çaşdırmır. Onlar iradələrinin sahibidirlər. Onları tək mən böyütməmişəm, onları həm də vətənin, xalqın atası böyütmüşdür. Onlar, Qızıl Ordunun faşist hücumlarını rədd edən ən böyük və ən möhkəm ordunun sərkərdəsi Stalinin tərbiyəsini görmüş adamlardır. Bizə bundan böyük təsəlli, bundan böyük ümid yoxdur.


İndi o günlərdən üç-dörd ay keçmişdir. Mən bu gün oğlumun otağına daxil oluram. Lakin ürəyimdə dərin bir sevinc qaynayır. Qocaya oxşamıram, hərəkətlərim iti, üzüm gülər, zehnim yaz havası kimi açıqdır. Mən indi bu otağa kədərlənmək üçün gəlmirəm. Sanki, oğlumun yanına gəlirəm. Güman edirəm ki, oğlum buradadır, kitabları ilə məş ğuldur. Mən bu saat ona yeni və şad xəbər deyəcəyəm:

– Oğul, – deyəcəyəm, – nə oturmusan, bayramımızdır. Faşist qoşunlarını qovub şəhərlərimizdən çıxardıblar. Çəyirtgə sürüsü qırılmışdır. Sənin çox sevdiyin, gəzdiyin yerlər həşəratdan təmizlənmişdir. Faşistlər qərbə tərəf qaçırlar. Qalx, qalx, tarını götür. Stalin yoldaş ordunu, sizin rəhbərinizi təbrik etmişdir. Oğlumun evdə olmadığını, məndən çox-çox uzaqlarda olduğunu xatırlayanda sanki, qəsdən poçtalyon yetişib içəriyə bir ağ zərf uzatdı. Bu zərf, oğlumun adi məktublarından deyildi. Bu da tələsik yazılmışdı, karandaş ilə, kağızın iki üzündə, iri hərflərlə yazılmışdı. Ancaq müfəssəl yazılmışdı. Oğlum qəzetlərdən bildiyim qələbə xəbərlərini sayırdı. O öz hissələrinin hücum rəşadətindən yazır və məni arxayın etmək istəyirdi ki: "ata, inan, inan ki, az qalmışdır. O günə, sizinlə qucaqlaşıb qəti qələbə marşını eşidən günümüzə az qalmışdır. Onda bütün sağalmış yaralarımın, bütün keçilmiş iztirablı günlərimin xatirələri ilə qarşında dayanıb soruşacağam:

– Ata, məndən razısanmı?

Böyük atamdan, Stalindən ciə soruşacağam. Güman edirəm ki, rəhbər də, Vətən də, sən də məndən razı qalacaqsınız. Onda mən silahı töküb tələbəliyimə, yenə qalın kitabların mənasına dalacağam..."

Mən hansı bir məhəbbətləsə oğlumun məktubunu öpür, gözümə sürtürəm. Onun kitablarını nizama salır, masasını təmizləyirəm. Ona yazmaq üçün təzə mürəkkəb, qələm hazırlayıram. Mənə elə gəlir ki, bu saat qapıdan içəri girəcəkdir. Oğlumu yenə yerində, öz işində, öz həvəsində görəcəyəm. Onun ancaq bir şeyi dəyişmişdir. Üzündəki uşaqlıq cizgiləri, onun qızğın döyüşlərdə bərkimiş əzələləri, əsəbləri, ağırlaşmış baxışları, təmkinli hərəkətlərində mən ordumuzu, faşizmi məğlub etmiş əsgər və komandirlərimizi görürəm. İxtiyarsız tarı mıxçadan alıram. Titrək barmaqlarım pərdələr üzərində gəzdikcə musiqi səsi pərdə-pərdə yayılır. Pəncərəmin qabağındakılar, şərqin incə musiqisinə hörmət, ya çahargahdan duyduqları ləzzət üçün dayanmışlar...

Lakin mən "Çahargah" eşitmirəm. Mənim qulaqlarımda mərmi səslənir. Oğlum, o mahir tarçı səhra topunun arxasında şir kimi tərpəşərək, alovsaçan gözləri ilə düşmənə baxır, qolunu oynadan kimi silah lar səslənir, faşist qoşunlarının başına od yağır. Mən istərdim ki, mərmilərin havanı ölçdüyü yerdə, oğlum düşmən üstünə cumduğu dəqiqələrdə çaldığım "Çahargah"ın səsini eşitsin! Onda oğlum işinə davam edəcək:

– Ata, – deyəcək, – mənim silahım səsləndikcə, sənin həyat mahnıların eşidiləcəkdir!..

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ədəb söhbəti

Qonaqlar gedəndən sonra atası Kamilə dedi :Bala, sənə neçə dəfə demişəm, evə qonaq gələndə adam qabağa çıxar, qarşılayar, xoş gəldin eləyib, yer göstərər...

19632 dəq
Xəzinədar

Bu elə bir vəzifə idi ki, keçmişdə şahlar, hökmdarlar öz var-yoxlarını, qızıl-gümüş, ləl-cavahiratlarını etibar etdikləri sadiq adama verərdilər. Şahın xəzinədarı külli-ixtiyar idi. Ancaq xəzinəni də qoruyan, hər xırda məsrəf üçün rövnəqi pozmazdı.Doğrudur, biz nə xəzinə, nə saray, nə xəzinədar görmüşük. Bu barədə söhbət salmağın, yəqin ki, bir səbəbi var. Mənaca bu vəzifə sahibinə oxşar bir adam var ki, onu indiki zəmanədə bütün oxumuşlar tanıyır və əzizləyirlər. Mən özüm lap məktəbli vaxtımdan bu xəzinədarı tanıyıram, bugünə qədər də həmin yerində görürəm. Sakitcə işləyir və deyəsən, qocalmaq, yorulmaq-zad da bilmir.

19634 dəq
Maşında

Maşında gedəndə hərənin bir fikri olur. Biri getdiyi yeri, biri çıxdığı yeri, biri işini, peşəsini fikirləşir. Amma mən, nədənsə, maşında oturanda qabaqdakını, yəni sürücünü düşünürəm. Düşünürəm ki, bunlar çox çətin, məsul bir vəzifədə çalışırlar və hər cəhətdən hörmətə, diqqətə layiqdirlər. Bəzi yoldaşlar arasında şofer adı gələndə ağız büzənlər, ikrah hissi ilə danışanlar var, bu lap əbəsdir, haqsızlıqdır.Mən bunları fikirləşir, düşünürdüm ki, məni aparan sürücü, görəsən, nə düşünür.

2 dəq
Məhəbbət, yaxud qəlp pul

Qəlp pul yayan kəs ölkədə cinayətkar hesab olunur və ən ağır cəza ilə cəzalanır. Çünki, bu peşənin sahibi dövlət və xalq təsərrüfatını pozub dağıdan, aralığa hərc-mərclik salan adamdır. Hansı yerdə qəlp pulun kökü kəsilməsə, oranın əhalisi rahat yaşaya bilməz. Bu azara təkcə təsərrüfatda yox, əxlaqda da təsadüf olunur.Xüsusən bəzi nadürüst cavanlar, üzdəniraq, nəcisi konfet kağızına bükən kimi ürəklərini məhəbbət yazılı bəzəkli-düzəkli ibarə ilə m əsum, sadəlövh qızların qarşısında beş günlüyə səxavətlə xərcə verirlər: "Həyatım qədər sevdiyim", "Qəlbimin sultanı, ömrümün baharı, filan xanıma!"

196313 dəq

Başqa şairlərin şeirləri