Səhifə 1 / 2

Bir neçə cərgə boz kürsü düzülmüş böyük, uzun zalm axırındakı iri qapı cırıldadı, gödəkçəli, arıq kişi içəri girən kimi papağını əlinə aldı, zalı boş görüb sağa-sola döyükdü. Əvvəl ehmal, sonra qəti addımlarla lap başa, sədarət stolunun başmda oturanlara tərəf yeridi, salam verdi:

– Sabahınız xeyir, yoldaş!

– Aqibətin xeyir!

Başda qıvraq geyinmiş, qara saçlarım dala daramış göyköynək, en-likürək ortayaşlı bir adam oturub qovluqdakı kağızları vərəqləvirdi. Onun yanında əyləşən ağ koftalı, saçıkəsik, sırğalı qız da əlində qələm, gözünü kağızdan ayırmırdı. Kənardan da bilmək olardı ki, qız gövköv-nək kişinin dediklərini yazır. Yəqin, onun katibəsidir. Nabələd adamın içəri girib, zalda addımlamağı, sonra ərklə salam verməyi sədrin də, katibənin də diqqətini cəlb etdi, hər ikisi başmı qaldırıb gələnə baxdı.

– Sizə kim lazımdır, əmi?

Qızın sualına Əlihüseyn kişi bilmədi nə cavab versin. Bir istədi desin: "Qızım, mənə elə siz lazımsınız!" Nəzakət qaydasını pozmağı mü nasib bilməyib mülayim səslə cavab verdi:

– Qızım, mənə xalq məhkəməsi lazımdır. Dördüncü xalq məhkəməsi.

– Dördüncü məhkəmə buradır, əmi, ancaq sabah saat doqquzdan olacaq, bu saat qəbul yoxdur.

Qız qəbul sözünü ibarə ilə və aydın dedi ki, Əlihüseyn əmi idarə qaydalarına riayət lüzumunu başa düşsün.

Əlihüseyn həmin kəlməni sözlü adam kimi mülayim, mənalı səslə təkrar etdi:

– Qəbul olmasa da, söz soruşmaq olarmı, qızım?

Məhkəmə sədri söhbətə qarışdı:

– Buyurun, nə sözünüz var, buyurun!

– Sözüm odur ki, bizim bir adam var. Qüdrət Qədimov, onun işinə haçan baxılacaq?

Qüdrət Qədimovun adını eşidəndə məhkəmə sədrinin gözləri parıldadı. Kağızları büküb kənara qoydu. Qız da qələmi mürəkkəbə batırıb, gələn adamın üzünə diqqətlə baxdı:

– Siz Qüdrətin nəyisiniz?!

Əlihüseyn kişi axtardığı yerə gəldiyini yəqin edib, cavablarında ehtiyatı, təmkini gözləməyi vacib bildi:

– Qüdrətin işi sizdədir, eləmi?

– Bəli, bizdədir, siz Qüdrətin nəyisiniz?

– Qüdrətlə bir qohumluğum yoxdur, ancaq işi ilə maraqlanıram, bir az...

Məhkəmə sədri kişini sözündən tutdu:

– ... "Bir az", nə?

– Nə buyurdunuz?

– "Bir az" deyirsiniz, "bir az", yəni nə?

Əlihüseyn gizlətmədi:

– Bir az işə bağlıyam, ona görə deyirəm. Elə mən onun işi üçün gəlmişəm. Şəhərdə ayrı bir işim yoxdur. Bilmək istəyirəm necədir, hansı maddəyə düşür, haçan olacaq... Doğrudan olacaqmı?

Məhkəmə sədri kürsü göstərdi, əyləşməyi xahiş etdi:

– Əyləşin, görək, siz deyəsən şahidsiniz?

Kişi ehmalca əyləşdi, cavab verdi:

– Xeyr, şahid deyiləm.

– Şikayətçisiniz?

– Xeyr, bir şikayətim də yoxdur.

Məhkəmə sədri kişinin üzünə baxa-baxa fikirləşirdi: "Şahid deyilsən, şikayətçi də deyilsən, a filan-filan olmuş, bəs burada nə gəzirsən? Yoxsa advokatlıq, ya prokurorluq könlündən keçir, bu qoca vaxtında?.." Sədr kişiyə nəsə acıqlı bir söz demək istəyirdi ki, Əlihüseyn əmi onu intizardan qurtardı:

– Yoldaş məhkəmə, mən Qədimovu yaxşı tanıyıram. Onun işini eşidib gəlmişəm, bilmirəm mənim danışmağıma da qulaq asan olacaq, ya olmayacaq. Qədimov bizim sexdə gözümün qabağında böyüyüb, partiyaçıdır, özü də cavan...

– Qədimov cinayətkar kimi məhkəməyə verilib, əmi!

– Orasını başa düşürəm, işdi düşüb, ancaq mən özüm də çaşbaş qalmışam. Qüdrət yaxşı adamdır, gərək onun başına bu iş gəlməyəydi?!

– Təəssüf ki gəlib. Qüdrət indi istintaq altındadır.

– Necə buyurdunuz, nəyin altındadır?

Məhkəmə sədri səsini ucaltdı, sözünü də dəyişdi:

– Deyirəm, Qüdrət indi yoxlanır, silis aparılır.

– İş necə, ağır olmaya?

– Ağır-yüngüllüyü məhkəmədə məlum olar. Ayın doqquzunda da məhkəməsidir.

– Məhkəməyə gəlmək olarmı?

– Olar, niyə olmur.

– Mən də danışa billəmmi məhkəmədə, yoldaş?

– Sözün var, məhkəmədən qabaq da danışa bilərsən. Sabah gəl si-lisçinin yanına, nə sözün var, şəhadətin var - nə var, deyinən yazsınlar. Əlihüseyn əmi başı ilə razılıq işarəsi verdi:

– Çox sağ olun! Elə istəyirəm Qədimovun haqqında məhkəməyə sözümü deyəm, deyəm ki, o, elə adam deyil, məhkəmə-zad, dustaqlıq-filan tanımaz, bəlkə nəzərə alındı.

Sədr gördü ki, qoca xahişə gəlib, başqa bir mətləb yoxdur.

– Sabah gəlin danışın!

– Baş üstə, doqquzda!

– Doqquzdan başlanır, saat ikiyəcən. Saat birdə gəlmə, çünki fasilə vaxtıdır, ikidə silisçi burada olur.

Əlihüseyn kişi utana-utana üzünü qıza tərəf çevirib bir şey də soruşdu:

– Zəhmət olmasa, qızım, silisçinin familini bilmək olarmı?

– Əhmədov! Əhmədov Mürsəl! Dördüncü otaqda oturur.

Qız şəhadət barmağı ilə zalın sağmı göstərdi:

– Bu yox, ikinci qapıdandır yolu.

Qoca yaşma uyğun olmayan bir cəldliklə ayağa qalxdı:

– Sağ olun!

– Xoş gəldin!

Əlihüseyn kişi mətləbinə nail olmuş adamlar kimi papağını başına basdı, məhkəmə zalından çıxdı.

Əlihüseyn kişinin buraya gəlməkdə doğrudan da bir mətləbi var idi, özü də balaca mətləb deyildi.

Gəmi təmiri zavodunun çilingər sexində Əlihüseyn əmi neçə-neçə şagirdlər öyrədib yola salmışdı. İndi onların hərəsi bir iş sahibi idilər. Əlihüseyn də onları görəndə, eşidəndə şad olurdu.

Ustanın övladı yox idi. Cavanlıqda buna məna verməmişdi, qocalanda da gec idi. Arvadı Məsmə də kişiyə təsəlli verib deyirdi:

– A kişi, sən nə fikir çəkirsən, sexdəki şagirdlərin hamısı sənə övlad deyilmi! Vallahi, indiki övladlarda mən o mehribanlığı görmürəm ki, şagirdlərin sənin başına dolanırlar. Qədir oğuldan əskikdir? Ənvər iki gündən bir səni yoxlayır, lap uzaqdakıların kağızı əskik olmur. Bunların qədrini bil, kişi! Vallah, düz deyirəm.

Əlihüseyn əminin özü də bu fikirdə idi. Həmkarlar təşkilatında şagird yetirmək, cavanlara övlad kimi baxmaq barəsində söz düşəndə birinci onun adını çəkir, qəzetə yazır, mükafat verirdilər. Xoşbəxtlikdən ustanın şagirdləri də əsil çıxırdı. Hər yerdə qabağa gedirdilər. Ancaq Qüdrətin son günlərdə başına gələn əhvalat ustanın da damağını pozdu.

Əhvalat belə olmuşdu.

Qüdrət indi neçə il idi, sexdən gedəndən sonra rəisin maşınını sü rürdü. Şofer idi. Axşam Zığdan qayıdanda qaranlığa, ya yağışa düşmüşdü, yuxulu olmuşdu, necə olmuşdusa bir uşağı basmışdı. Düzdür, uşaq ölməmişdi, ancaq iş məhkəməlik idi.

Bu pis xəbər Qüdrətin öz ailəsindən, rəisdən başqa bəlkə daha çox ustanı məyus etmişdi. Usta şagirdinin fəlakətini öz fəlakəti, övlad fəlakəti kimi ürəyinə salmışdı.

Xüsusən ona görə ki, Qüdrət təzəcə partiya namizədliyinə keçmişdi, özü də bir səslə, təriflə keçmişdi və keçəndə də Əlihüseyn əmidən zəmanət almışdı.

Maşın avariyasmı eşidəndə, Qüdrətin məhkəməyə düşdüyünü biləndə, ustanın kefi lap pozuldu: "Cavan adam həbsxanaya salınacaq... Sabah soruşacaqlar harada işləmisən, kimsən, nəçisən? Partiya işini də dəbərdəcəklər. Bəli, buna kim zəmanət verib, filankəs. Bir yandan uşağın, bir yandan Qüdrətin ailəsi, bir yandan ustanın sarsılan etibarı...

Bu nə böyük peşmançılıq oldu! Gərək belə olmuyaydı..."

Əlihüseyn, əhvalatın nə cür olduğunu ondan-bundan, Qüdrətin özündən eşitmişdi. Hətta xəstəxanada ayağı gipsə salman uşağın atası ilə də söhbət etmişdi. Bir fəlakət olmadığını görsə də, arxayın ola bilmir, məhkəmənin özündən soruşmaq istəyirdi.

Buradakı danışıqlardan da bir mətləb hasil olmadı. Ustanın intizarı nəinki azalmadı, bir az da artdı. Usta yəqin elədi ki, Qüdrətə bəraət verməyəcəklər. Məhkəmə iş kəsəcək. İş kəsilən adam da, necə ki qaydadır, partiya sıralarında qala bilməz, partiya təşkilatında bu iş müzakirə olunanda da, Qüdrətlə bərabər, usta da camaat qabağında qızaracaq. Necə qızarmasın ki, zəmanət verib?! Qüdrət barəsində bir səhifə tərifnamə yazıb axı... Səkkiz yaşında məktəb uşağını maşın altına alan adama nəinki kommunist, heç sovet adamı da demək olmaz. Beləsinə zəmanət verənə nə deyərlər?! Bəs uşağın ata-anasına nə cavab verəsən, nə deyəsən, necə eləyəsən?! Saqqalın ağ vaxtında bu nə iş idi, düşdüm?! Gül kimi təmiz adım var idi. İndi deyəcəklər Əlihüseynin zəmanətləri bu cür imiş, eyib olsun...

Fikirləşdikcə, qarşıdakı müzakirə mənzərəsini xəyalına gətirdikcə, Əlihüseyn kişini qızdırma götürürdü. O da yadına gəlirdi ki, rəis maşını Qüdrətə tapşıranda ustasından soruşmuşdu:

– Əlihüseyn əmi, necədir, sənin bu şagirdini, özümə şofer götürmək istəyirəm, nə deyirsən?

Əlihüseyn kişi Qüdrəti ağızdolusu tərifləmiş, kişini arxayın salmışdı. Bu əhvalat olandan bəri, deyəsən, rəisin ustaya münasibətində də bir soyuqluq hiss olunurdu. Bir şey deməsə də, məlum idi ki, kişi bərk dilxordur. Nə isə, Qüdrətin işi ustaya hamıdan çox təsir eləmişdi.

Məhkəmə başlananda, ittiham olunanda, avariyanın aktı, şahidlərin ifadəsi meydana gələndə Əlihüseyn kişi lap birinci sırada iynə üstündə oturan kimi oturmuşdu. Dəqiqədə bir çevrikir, gah Qüdrətin, gah uşaq anasının, ya da Qüdrətin arvadı Adilənin üzünə baxır, yaylıqla alnının tərini silir, tez-tez başını bulayırdı. Qüdrət də ustasına baxır, xəcalətindən çiyinlərini çəkirdi. Bütün oxunanları, deyilənləri eşidəndən sonra müttəhimə söz verdilər.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri