Səhifə 3 / 3 · 67%

Tahirzadə Məsmə ilə birlikdə Bəndalım da aparırdı. Çadraya bürünən Məsmə yox, Bəndalı idi. Bəndalı Məsməni uşaq kimi qucağında elə gizlətmişdi ki, görən onun yaşındığı üçün çadranın ucunu ovcuna yığdığını güman edərdi.

Çəpərlərdən ötəndən sonra Məsmə də, Bəndalı da küçədə vox oldular. Səhər tamam açılanda Məsmənin evi tutulandan sonra məlum ol du ki, Bəndalı qaçıb. Kimi deyirdi, damı dal tərəfdən söküb, kimi deyirdi, səhər dumanında quş kimi çəpərdən hoppanıb, çoxları da həqiqəti deyirdi: "Nə oldusa, Tahirzadədən sonra oldu. Özü çadraya söyür, amma çadra ilə də iş görür!".

Bəndalı kənddən uzaqlaşmaq üçün çəpərdən, divardan aşıb qaçanda adamların görəcəyini, çox çəkmədən yasovullarm atlanacağını yəqin etmişdi. Dəyirman ağzından keçəndə iz itirmək üçün aşağı endi, çayın kənarında xəlvət bir yarğana söykənib suyun içində dayandı, axşam düşməyini, qaranlığı gözlədi. Bu yer - dəyirmanın altı doğrudan da gümangetməz, gözgörməz bir yer idi. Bəndalı, tüfəngi qucağında yaş torpaqlı yarğana elə bərk sıxılmışdı ki, kənardan diqqətlə baxanlar da bir şey görə bilməzdilər. Nə edəsən ki, olacağa çarə yoxdur - demişlər. Burada da, dəyirman sularının içində, vəhşi otların, kifsəmiş yosunların arasında, sellərin yuyub apardığı yarğanlarda da uçqun tapıldı.

Bu dəfə Mələknisə yox, lap 8 yaşlı bir uşaq, çaydan su götürməyə gələn bir qız uşağı satılım suya salanda əlvan, ipək, təzə bir corab tayının su üzərində qıvrıldığını gördü, tamahı düşdü. Bu həmin bayram corabı idi ki, Məsmə bu axşam oğluna bir hədiyyə kimi geyindirmişdi. Qız uşağı corabı axtararaq, ipin haradan sallandığına diqqət edəndə möhkəm dolağ dolanmış bir qılçanın su içində şax durduğunu aşkar gördü və qorxusundan dərhal satılım sudan yarımçıq çəkib birbaş evlərinə tərəf götürüldü.

– Ay ana, su üstündə dəyirman altında adam durub!

– Nə adam! A qız!

– Vallah, adam gizlənib!

– Kiri, kiri! Ssss!..

Uşaq anasına, anası qonşusuna, qonşusu qonşusuna. Axırda söz Mələknisəyə çatdı. "Xalam bildi, aləm bildi." Bayaqdan "Qaçağı qaçırdan Tahirzadə olub. Gərək naçalnikin hüzurunda cavab versin", - deyə atını sağa-sola oynadan Kəblə İsrafil bu xəbəri eşidən kimi, dəstəsini çəkib dəyirman altını gülləyə basdı, aşağı-yuxarı yollar kəsildi. Nişan verilən yerə dolu kimi güllə yağdı.

Burada Bəndalınm vəziyyəti daha ağır idi. Burada daha nə ağac var idi, nə daldalanacaq, nə də gecə qaranlığı. Doğrudur, ağaclar ara sından nişanladığı bir yasovulu vurmuşdu, birinin də əlindən elə vurmuşdu ki, tüfəngi çaya düşmüşdü. Həmin tüfəngin daşa dəyib çaya düşdüyünü Bəndalı özü gördü. Bunun dalınca söyüş eşidildi, atışma gücləndi. Bəndalınm patronu qurtarmış, özünü də qan aparıb taqətdən salmışdı. Dörd bir tərəfdən yağan güllələr onun vücudunu çoxdan parçalamışdı. Handan-hana güllə açılmadığını, suyun qızardığını görəndən sonra yasovullar yaxınlaşmağa cəsarət etdilər.

Bəndalınm meyitini arabaya qoyub ot ilə üstünü örtdülər, təntənə ilə polis həyətinə gətirdilər.

Yasovul Məhər Kəblə İsrafilə yaxınlaşıb mühüm bir sirr söyləyirmiş kimi, xəlvəti pıçıldadı:

– Tahirzadə Məsmənin evindən çıxanda mən lap şübhələnmişdim! Məsmə elə çadra örtən arvad deyil axı! Bəy, vallah, səndən qorxdum, cmğırımı çıxarmadım.

– Mən Bəndalmı yerişindən tanıdım.

Məhər təəccüblə soruşdu:

– Bəs nə əcəb vurmadın?

Kəblə İsrafil ətrafına baxıb yavaşca, lakin ürəkdən dedi:

– Adam da elə igidə güllə atarmı, ə! Allah kəssin divan qulluğunu, müsəlman deyilikmi? Oğlan idi, tələyə düşdü, hayıf da oldu, nə isə, dünyadı da!

Məhər naçalnikin etiraflarına təəccüblə qulaq asır, ancaq bilmirdi ki, bunları ona ciddi deyirlər, yaginki onun "imperatorluğa sədaqətini daş-tərəziyə vurmaq" istəyirlər.

Bəndalınm meyitini həmin axşam və səhərisi pristavlıq həyətində "ibrət" üçün aşkara qoydular. Gəlib-gedən baxsın, tamaşa eləsin, qaçağın kor aqibətini görüb dərs alsın.

Kəblə İsrafil səhər arabaya yaxınlaşanda gözünə inanmadı:

– Əə Məhər! Gecə növbətçi sən deyildin?

Məhər cəld onun qabağına qaçdı:

– Bəli, bəy, bəndəniz idi!

– Bu kimin işidir?

Kəblə İsrafil arabaya, meyitə tərəf işarə etdi: "Bu kimin işidir?" Məhər pristavın nə dediyini başa düşmədi. Döyükdü. Bəndalınm öldürülməsini, bütün bu həngaməni bəy özü yaxşı bilirdi və öz əlilə olan iş idi. Kəblə israfil təkrar soruşdu və şəhadət barmağı ilə arabaya işarə elədi: "Bu kimin işidir, soruşuram? Nə fitnədir bu?!" Məhər bir də diqqət edəndən ölünün üstünə ot əvəzinə gül töküldüyünü, arabanın hər yanından gülab ətri qalxdığını hiss etdi, məəttəl qaldı.

– A bəy, xəbərim yoxdur.

– Necə?

Məhər ürəkdən and içdi:

– Adm həqqi, xəbərim yoxdur!

– Gecə donuz kimi bumunu yerə verib yatanda, əlbət ki, xəbərin olmaz!

– Bəy, getdiyin ağaya and olsun, gözümü qırpmışamsa!

– Kəs səsini, pəzəvəng oğlu pəzəvəng! Yox, Məsmənin oğluna göydən mələklər gül səpdi. Nə yaxşı ki, kəndçilər sənin özünü oğurlamayıblar! Yekə göydəsinə bir bax!

– Məndən sonra olub bəy! Vallah!

Pristav onun sol üzündən elə bərk şillə çəkdi ki, şartıltısım yeddi qonşu eşitdi.

Məhərin deməyə sözü qalmadı. Burnuna çomaq vurulan it kimi başını aşağı salıb geri çəkildi, görünməməyə çalışdı:

– Götürün, bu saat meyiti aparın, torpaqlayın!

– Baş üstə, bəy!

Məhər köməkçi çağırdı:

– Ə, qoşun arabanı, tez!

Heç bilinmədi ki, haradan iki öküz (biri boz, biri sarı) gətirdilər. Məhər özü də köməkləşib boyunduruğu düzəldir, samıları keçirirdi. Araba qoşulub hazırlandı, tərpənməli olanda bəyin əmri təzələndi:

– Əl saxla!

Kəblə İsrafil nəzakət gözləməyin camaat üçün təsirsiz olmayacağım bilirdi. Onu da bilirdi ki, Bəndalınm anası gecə səhərəcən oğluna keşik çəkmişdir, indi onsuz meyiti aparmaq olmaz.

– Məsmə arvad hardadı?

Namaz qılmağa getdiyini dedilər. Bu anda darvazada qara kəlağayılı, ağır yerişli, ucaboy bir arvad göründü. Məsmə kölgə kimi sakit, səssiz yaxınlaşanda Kəblə İsrafil istehzalı səslə dedi:

– A ğla, ağla, ay arvad! Sən oğul doğmamısan, ilan-əjdaha doğmusan, camaatı qırıb çatdı! Di get ağla!

Məsmə cavab vermədi. Ağır, təmkinli, səssiz yerişini, istiqamətini dəyişmədi. Elə bil o sözləri eşitmirdi, elə bil heç kəsi görmürdü. Oğlunun yanına yaxınlaşdı. Meyitin üstündən otları kənar elədi. Dəsmal çıxarıb Bəndalınm üz-gözünü sildi, bəzəkli, balaca saxsı gülabdanı qoltuğundan çıxarıb oğlunun üstünə gülab səpdi. Təzə bir kəlağayı açıb onun üstünə saldı. Bunu Məsmə üç il əvvəl, oğlunun biçindən gətirdiyi taxıl ilə Çərçi Ağa Rəhimdən almış, böyük arzu-kam ilə sandığa qalayıb oğlunun toyuna, "bircə gəlininə" saxlamışdı.

Belə ağır bir mərasimdə, belə ağır fəlakət müqabilində ananın dözümünə çoxları təəccüb edirdi. Sanki qadın meyit qarşısına, həm də igid oğlunun parçalanmış cəsədi qarşısına yox, adi bir əmanəti arabadan götürməyə gələn kimi, soyuq və səssiz gəlmişdi. Ancaq heç deyən yox idi ki, fəryad və fəlakətlər zahirdə, aşkarda yox, ananın dərdlər çəkmiş yaralı, nisgilli qəlbində idi. O, təlatümləri isə hər kəs duya bilməz. Ana bir tərəfdən matəmdə, o biri tərəfdən düşmən qarşısında mənəvi döyüşdə idi. O, bilirdi ki, bütün mahal Bəndalıdan danışır və danışacaq! Belə bir oğul anasına pristavlar, yasovullar qabağında baş açıb saç yolmaq əskiklik gətirər! "Dərdi dərdə qatmazlar", "dost var, düşmən var!"

Oğlunun üzündən-gözündən öpüb kənara çəkildi. Heykəl kimi dayanıb mənalı-mənalı xeyli baxdı. Təkrar oğlunun üzündən-gözündən öpdü, üçüncü dəfə də vida mərasimini icra edəndən sonra astaca dönüb Kəblə İsrafilə dedi:

– Ay bəy, ay İsrafil bəy! Mən səni igid adam eşitmişdim. Düşmənimsən, amma igid danışırdılar səni!

Məsmənin səsi sakit, riqqətli, lakin qəti və kəsərli idi. Pristavlıqda olanların hamısı yaxın gəlib qulaq asdı.

– İgid danışırdılar, sən demə, hədər, boş söz imiş. O söz igidə yaraşmaz ki, sən deyirsən! Mənim aslan kimi oğlum ölüb, aslan kimi də vuruşub ölüb.

Məsmə səsini ucaltdı, əlini havada silah kimi oynatdı.

– Yox, mən ağlamayacağam, mənim igid balam qanını alıbdır. Mə nim balam təkbaşına Nikolay padşahının, sizin kimi tüfəng-qatarlı qoşunu ilə üz-üzə durub öldürüb-ölüb, atışıb ölüb! Belə igidə də ağlayarlarmı?

Mən igid anasıyam. Namərd sizlərsiniz ki, qara günümdə mənə sərzəniş eləyirsiniz! Çünki mənim oğlumun şəhərdə, kənddə tayları var. Onlar da mənim oğlumdur. Mən onları intiqama çağıracağam. Dərdimi intiqam odunda əridib kənd cavanlarına süd kimi içirəcəyəm! Mənim oğlumun nahaq qanma gərək bir sən yox, sənin o Fitilbörkdəki şaşqalı ttilək-tülkülərin cavab versin! Mənim sizin kimi nə divanım, nə top-topxanam, nə sudum-qazamatım var. Amma!..

Qadın bu sözü bərk dedi və xeyli sükut edib ətrafa baxdı. Deyəsən, kimi isə axtarırdı, ya unutduğu sözü xatırlamaq istəyirdi:

– Amma mənim də göydə Allahım, yerdə əliqabarlı camaatım var. O camaatı deyirəm ki, bund ilində səsi-sədası yeddi padşahın taxtını laxlatmışdı. İndi sən güclüsən, əlində də ixtiyarat var. Nə bilirsən, elə! Heç eybi yoxdur! Heç eybi yoxdur! Tüfəng qatarını bərk bağla, balası ölmüş anaya rişxənd elə! Sənin də igidliyin budur! Heç eybi yoxdur!

Məsmə təkrar əyilib oğlunun üzündən öpdü. İki əli ilə dizlərinə elə çırpdı ki, şappıltısı bir ağaclıqda eşidildi. Dinməz-söyləməz dizüstə çöküb oğlunun boynunu qucaqladı. Sanki qadın indi, ancaq indi fəlakətini dərk etmişdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Turşuqeyrət

Başqa idarə işlərinin redaksiya işlərindən fərqi çoxdur, hətta ziddiyyəti də var. Başqa idarələrə camaat özü gəlir. Amma redaksiya işçiləri inşaat m eydançalarına, zavodlara, kolxoz tarlalarına, məktəblərə gedir, harada yazıya gələn əhvalat, öyrənməli mətləb var, oradan redaksiyaların diqqəti əskik olmur. Başqa idarələrdə işin ən ağır vaxtı səhərdir. Amma redaksiyada səhər bir iş olmur. Çapa layiq yazılar oxunur, gözdən keçirilir. Axşama doğru isə qəzet çapa gedir, təşviş başlanır. Bütün diqqətlər toplanır. Sabah oxucuya verilməli olan hər səhifə, sütun, cümlə, söz təzədən oxunur, yoxlanır, imzalanır.Redaksiyada səhər-səhər arxayınlıq olur. Şikayətçi az gəlir.

19645 dəq
İmzasız hekayə

Keçiyevi redaksiya qapılarında tez-tez görmək olurdu. Məlum idi ki, onun yazmaq, çap etdirmək təmənnası var. Bir-iki dəfə yazısını təqdim eləmişdi, ancaq cavab çıxmamışdı. Öyrəndi ki, Yazıçılar İttifaqı mətbuatda görünmək üçün ən yaxın və asan bir yoldur. Orada xüsusi şöbələr, adamlar var, yazanlara məsləhət verir, kömək və hörmət edirlər.Keçiyev buraya da neçə ay ayaq döydü, amma bir şey çap etdirə bilmədi. Dramanı çətin, tənqidi xatalı, şairləri çox görüb nəsrə keçdi. İlk hekayəsini gəlib-gedənə oxudu. Eşidənlər yorulsa da, o, yorulmadı. Günlərin birində yenə adəti üzrə səhər çayını içəndən sonra özünü Yazıçılar İttifaqına, konsultantın otağına saldı. Bu gün orada adam çox, söhbət şirin idi. Aqil adlı bir toxucu gəncin istehsalat mövzusunda hekayəsi oxunurdu. Əsər qurtarandan sonra yerbəyerdən təriflədilər, çapa layiq gördülər. Seksiya rəhbəri zəng edib soruşanda həvəskarlar yeni hekayənin məziyyətlərindən danışdılar. Seksiya rəhbəri telefonda Aqili təbrik elədi, hekayəni bu nömrədə çap etmək üçün tezliklə redaksiyaya təqdim etməyi tapşırdı.

19645 dəq
Mən deyən

Adamın imkanı olaydı, adını özü qoyaydı, dəftərə, pasporta da özü salaydı. Yoxsa mənim kimi?Rəhmətlik atam mənə ötəri bir ad qoyub! Əmirqulu. Başı ağa, ayağı nökər! İkimərtəbə, özü də başı bir cür, ayağı ayrı cür. Hərə bir ucundan yapışıb çəkir. Axırda Qulu sözü olmasaydı, hansı köpəkoğlu məni o cür çağıra bilərdi? Dünənin uşağı məni Qulu çağırır.

19647 dəq
Mən necə həkimlik öyrəndim

Qəzetçilər demişkən, bunu həyat özü mənə öyrətdi. Başağrısı olsa da, əhvalatı başdan danışım.Mənim Tağı deyilən bir yaxşı qonşum var, sizdən uzaq olmasın, aramız lap yaxındır. Bu da qohumluq, dostluq mənasında yox, tarixi yaxınlıqdır.

19647 dəq

Başqa şairlərin şeirləri