Səhifə 2 / 2 · 50%

Qayınana mırıldanırdı:

– Kütdür, toxumaq, yamamaq, yoğurub-yapmaq bilmir. Oğlumun ayağına durmur. Saqqız kimi yapışıb qalmışdır. Oğlum da yazıq oldu! Bir aləmcə xərc tökdük...

Yasəmən evlərindən və yoldaşlarından xəbər aldıqca daha da təsirlənirdi. Dünən qonşunun qızı Səliməni məktəbə gedərkən görmüş, yenə də bulud kimi dolmuşdu.

Pərzad arvad isə qızını unutmamış; o, bu dəfə qızını görməyə təkcə gəlir. Yasəmənə təsəlli verir:

– Qızım, fikir eləmə, arıqlamısan, görürəm. Səni başqa bir oğlana verəcəyəm. Heç fikir çəkmə! Maral kimi bir oğlan tapmışam, işin yoxdur... Ağzı nədir, qoymaram sənə korluq verə...

Pərzad özünü aldanmış saydığı kimi, Məhərrəm də özünə məğmun kimi baxırdı.

Pərzada nə çatmırdı?

Yasəməni Məhərrəmə verirkən, min manat başlıq almış, yarım girvənkə qızıl da qızın kəbininə saldırmışdı. O, bu fikirdə idi ki, Məhərrəm pullu və gəlirli adamdır. Onların nəsli arvada yaxşı baxan olubdur. Bu hal Pərzad üçün ən lazımlı moment idi. Lakin bu gözlənilən kimi çıxmadı.

Məhərrəm qız cəhətdən məğmun deyildi. Ancaq Yasəmənin ürəyini ələ gətirə bilmirdi. Tədbir qalmadı ki, ona etməsin. Mümkün olmur. Qızın üzü gülmürdü.

Məhərrəm buna dözə bilməzdi. Çox sıxılırdı. Yasəmən onun evindən əl götürmək, yorucu əzabdan qurtarmaq istəyirdi, mehr vermək də Məhərrəm üçün imkansızdı. Buna görə Yasəməni getdikcə çox incidirdi ki, özü çıxıb getsin. Qayınanası isə bu kələkləri beşikdən öyrənmişdi. Onun ömrü qız alveri ilə keçmişdi. Onu aldada bilməzdilər. Məhərrəm Yasəməni qovub kəbini rədd edə bilərdi. Çünki zaqsm bundan xəbəri yox idi. Ancaq bu, Məhərrəmə ağır gəlirdi, arvad boşadı, kəbini dandı. "Dost var, düşmən var. Adama nə deyərlər? Yaxşı olmaz... Qoy özü rədd olsun",- deyirdi.

Hər iki tərəf gözləyir, lakin heç biri güzəştə getmirdi.

Bayram axşamı Məhərrəmin evində dava qızışdı. Onun anası balalı pişik kimi hamını cırmaqlayırdı. Pərzadın üstünü almışdı:

– Apar matahını evində saxla. İndi ki, bizim çörəyimizə naşükürlük edir.

– Mən qızımı vərəmləməyə verməmişəm. Yüz yerdən istədilər, onu başımda saxladım. Düz-əməlli saxlamırsınızsa... bu nədir, qız mum kimi əriyir.

Bu çəkişmədən aydın bir nəticə çıxmadı.

Hər iki tərəf ürəyini boşaltdı. Yasəmən isə nə üçün bu davaların mövzusu olduğuna darılırdı. O, yenə də Məhərrəmin evində qalırdı, heç kəs onu dindirmirdi, o böyük bir cinayətkar kimi görünürdü.

Yasəmən bu məhbəsdən qurtarmalı idi, lakin ona kim kömək edəcək, anasımı, ərimi?

Bunlar Yasəmənin bir-birinə düşmən iki cəlladı idilər. Bunlardan uzaqlaşmayınca Yasəmən dincəlməyəcəkdi.


Hamı yatmışdı. Yalnız çayın bu tayında uzanan pəncərələr, qızaran gözləri ilə üfüqlərə və açıq səmaya baxır. O evlərdə oynayan uşaqlar görünürdü. Sabah onlar bayram edəcək, geyinəcək, görüşəcəkdi. Arxa tərəfdə yeni tikilmiş elektrostansiyanm qəlbi döyünərək, səslənir. Mahud fabrikası yeraltı qazlar kimi guruldayır... Bu təntənə nə üçün dilə gəlmir, nə üçün məsum bir ürəyin ağrılarını hiss etmir, yaralarını bağlamırdı?

Vaxtilə qaranlıqdan qorxan Yasəmən indi karvan başçısı kimi fabrikaya doğru iri addımlarla yürüyürdü. Qurtuluş onda idi.

Müseyib Yasəməni zavkomun yanına gətirdi.

– Bir sən deyilsən, bacı, Azərbaycan qızları indi ayılırlar. İnqilab gözlərdə asılan qara pərdələri yırtmışdır. Azadlıq ruhu qəlblərdə coşur. Hər gün fabrikamıza dəstə-dəstə qadınlar gəlirlər.

Zavkom mehriban və arxayın ifadə ilə əlavə etdi:

– Heç fikir çəkməyin! Sizi əyirici şöbəsinə qoyarıq, bir az təcrübələnərsiniz, ev cəhətdən hələlik Məryəmovamn yanında olun, biz sizi nəzərdə tutarıq.

Bu, Yasəmənin həyatında ilk və böyük bir dəyişiklik idi. O, ömründə heç istehsalat görməmişdi. Maşınları, sexləri, dəzgahları, gülərüzlü işçilərin qəhrəmanlıqlarını öz gözü ilə görə bildi. Bu qaynayan və coşqun həyat Yasəməni qucağına aldı. Çox çəkmədi, komsomol sıralarına keçdi- Pərzaddan gələn sifariş və dəvətlərə qarşı deyirdi: "Mənim anam fabrikadır. Başqasını tanımıram!"

Pərzad arvad, elədiyindən peşman olmaya bilməzdi. O, həm Əlidən oldu, həm də Vəlidən: kəbindən bir kor quruş gəlmədi. Bir şey tələb etməyə də ümidi qalmadı. O biri tərəfdən isə təkrar satılası Yasəmən evdən çıxmışdı. Onun üçün Yasəmən yox kimi idi. İndi ümidi yalnız balaca qızı - Sitarəyə gəlirdi. Sitarənin 13 yaşı yenicə tamam olurdu. Buna baxmayaraq, gənclik və gözəllik cizgiləri özünü göstərməkdə idi.

Elçilər axıb gəlirdi. Onu kimə və nə cür vermək lazımdır? Qoy məktəbdən-zaddan qol-qanadını yığışdırsın. Pərzad isə bu işdə daha da ehtiyatlı tərpənmək ehtiyacı duyurdu:

– Zamana xarabdır. Qızın saqqızını oğurlayarlar. Nə demək olar? Yasəmənin bacısı deyilmi?!

Cümə günü çadrasına bürünərək, Möhsüm axundun evinə getdi. Sitarənin baxtını məşvərət elətdirmək istəyirdi, ürəyində tutmuşdu ki, Sitarəyə ən yaxşı adam dərzi Cahangirdir. "Özünün abrı, nəsli, daha nə istəyirsən? Tək oğlandır! Bir yığın güzəranı var. Qoy Yasəmənin gözü çıxsın. Qoy o, anasını fabrikalara satsın." Bütün bu təsəvvürlərin sözdən işə keçirilməsi üçün ciddi hərəkət və iş lazım idi. Bu böyük plandır. Məşvərət ilə başlamalı idi. Buna görə də Pərzad Möhsüm axundun başını ağrıdaraq, kitaba baxdırır, Allahın əmrini eşitmək istəyirdi.

Pərzadın gətirdiyi bir səbət üzüm axundu yarımçıq təmin etdi. Təvazö yolu ilə saqqalını qaşıyaraq deyirdi: "Nə zəhmət çəkirdin?! Nəyə lazımdır?! Nahaq gətirmisən!" Pərzad bu sözlərdən anladı ki, axund narazı qalmışdır, əlini qoltuğuna saldı, qırışmış bir beşlik çıxarıb, səbətin başına qoydu. Axund özünü görməzliyə vurub kitaba yönəldi. O, Xorasandan gətirdiyi qara təsbehini cütlədi və izah etdi:

– Mətləbinə çatacaqsan. Qabağında böyük bir dəniz görünür. Dənizdən sənin payın nicat gəmisidir. Sən bu gəmidə işıqlığa çıxacaqsan, gəmiçi sənin yaxının olacaq, əliaçıq və səxavətli adamdır. Onun qundağı sənin beşiyində görünür.

"Aydındır! Məşvərət qızıl kimi düz, savab kimi xoş gəlir. Dəniz yeni qaydaya qoşulan pozuq qızlardır. Gəmi toydur, gəmiçi Cahangirdir, qundağı mənim qucağımdadır. Yəni mənim oğlum olacaq."

– Allah qədəmini mübarək eləsin, imanın kamil olsun, axund, - deyə Pərzad çox şad qayıtdı.

Tezliklə işə başlamalı, Cahangirin elçilərini çağırmalı idi. O, köhnə bacılığı Həliməyə öyrətdi ki, Cahangiri dingildətsin. Həlimə boyun qaçırmadı, Cahangirə adam saldı, elçilər gəldi, ticarət başlandı.


Yaz idi. Müəllim uşaqları çölə aparmışdı. Məktəblilər bitkilərin, çiçəklərin adını müəllimdən soruşurdular. Çılpaq qayalara dırmanaraq, mədən daşı toplayırdılar. Qız, oğlan lalə kimi uzaqlardan seçilir, onlar çiçəklə daha çox maraqlanır, buket bağlayırlar. Sitarə kök bir dəstə hazırlamışdı. Xeyransanın dili dinc durmadı:

– Ağız, - dedi, - nişanlına, Cahangirəmi hazırlayırsan?

Bu söz Sitarəyə güllə kimi dəydi: pul kimi qızardı. Uşaqlardan biri Xeyransanı danladı:

– Nə işin var? Öz sözünü danış!

Doğrudur, Sitarə Cahangir barədə xalasından eşitmişdi, hamısına ağır cavab vermişdi. Lakin belə yerdə, uşaqlar arasında ilk dəfə eşidirdi. "Bu nə deməkdir, sabah bu söz yayılanda mən nə edəcəyəm? Müəllimlər eşitsə, nə deyər? O hara, mən hara? Hansı uğursuz bu söhbəti salmış?.."

Sitarə evə qayıdanda bərk tutulmuşdu, himə bənd idi, ya ağlayacaq, ya da top kimi partlayacaqdı.

Pərzad onun fikirlərini dağıtmaq üçün bir az oxşadı, başına dolandı, sonra yemək verdi.

– Qızım - dedi, - sabah dərsə getmə, evimizə adam gələcək, yaxşım ı?!

Sitarənin o saat ürəyinə damdı.

– Nə qonaq? Mən qonaq-zad bilmirəm! Dərsimdən qala bilmərəm! Pərzad özünü topladı, ciddiləşdi və rəsmiləşdi:

– Kəs!.. Sən də ölmüş bacından öyrənirsən söz qaytarmağı? Sənə nə deyirlər, qulaq as, qataram bir-birinə məktəbi də, dərsi də! Buna bax! Sitarə cavab vermədi. Bir tikə çörəyini yeyib, yoluna düzəldi.

Səhər Sitarəni dərsə buraxmadılar. Günorta oldu. Pərzad plov qazanını ocaqdan düşürdü. Üç qadın gəldi. Biri qoca idi, o birisinin uşağı vardı, üçüncüsü lap təzə gəlin idi. Lakin bunların heç biri Sitarəyə tanış geyildi. Onlar çox rəsmiyyət və ehtiram ilə içəri girdi, qarğa kimi evin ortasına qonub oturdular. Qocası Sitarəyə çox diqqətlə baxdıqdan sonra əhvalını sordu, dərhal yeni mövzu açdı:

– Dünən Cahangir də dükandan yorğun gəlmişdi. Bacısı ölsün, inciyir.

Sitarə duydu, məsələ aydın idi. Kitablarını götürərək, evdən çıxdı.

Qonaqların başı söhbətdən ayıldı. Aralığa süfrə gəldi, onlar Sitarənin də birlikdə nahara oturmasını tələb edirdilər. Pərzad bayıra çıxdı, qızı tapa bilmədi. Məktəbə getdiyini bildi. "Ayıbdır" - deyə qonaqlara bildirmədi - "utanır" - dedi.

Sitarə qaranlıq qovuşanda qayıtdı. Pərzad ağzını açmamış o başladı:

– Ana, məni saxlaya bilmirsənsə, izin ver, gedim, mənim yaşamağımı istəyirsənsə, satma! Mən ərə getməyəcəyəm! Oxumaq istəyirəm!

Pərzada elə gəldi ki, kimsə qızın qılığına girib, başdan çıxarıb, yoxsa belə şey olmaz. "O, mənim südümü əmibsə, sözümdən çıxmayacaqdır. Yox, zatında şübhə varsa... nə bilim?" Arvadı fikir götürmüşdü. Od tutub yanırdı, pıçıldayaraq danışdığı arvadlar, qonşular hamısı deyirdi:

– Ehtiyatlı ol, qız əldən çıxar!

Ayrı cür ola bilməzdi. Sitarəyə nişan gəlmişdi. O, məktəbə getməməli idi. Evdə bəslənməli idi. Bunu yerinə yetirmək, qızın qarşısını almaq lazımdır. Pərzad tək qalmamaq üçün Cahangiri köməyə çağırdı. Axşam yeməyinə bir az qalmış Cahangir sakitcə evə təpildi. Sitarənin bədəni titrədi, gözü qızardı. Qaymanası Cahangirə yer göstərdi. Sitarə isə ilan vurmuş kimi, həyətə çıxdı. Pərzad da onun dalınca çıxdı. Lakin o, gözdən itmiş, bir quş kimi uçub qeyb olmuşdu. Pərzadın manevrası pozuldu. Cahangir də uduzmuş qumarbazlar kimi, ətəklərini silkərək, ac ehtirasını götürüb evdən çıxdı. Pərzad o gecəni yatmadı, bacısıgilə, qaynıgilə, müəllimlərin evinə getdi, Sitarə tapılmadı.

Sitarə isə texnikuma qəbul olunmuş, pansionda yaşayırdı. Yasəmən onunla birləşmiş, onun hər bir işinə köməklik edirdi. Yəqin ki, Pərzad cinayətkarlığım anladıqdan sonra orada, o kimsəsiz damda qalmayacaqdı. Həyat ona indi çox acı, sıxıntılı görünürdü. O, Yasəmənə çox sifarişlər göndərdi. Sitarəni məktəbin küncünə çağıraraq, çox söhbətlər etdi. Onlar indi heç Pərzadın qızına oxşamırdılar. Onlar yeni yetişən xoşbəxt nəslin içində böyüyürdü. Onlann əsl anası bu yeni cəmiyyətdi.

– Qızım, mən sizə analıq yox, cəlladlıq etdim. Məni bağışlayın.

Pərzadın bu halı, bu etirafı Yasəməni yumşaltmaya bilməzdi. Onun çirkin əməllərinin təqsiri bağışlanmazdı. Lakin qarşısındakı anadır. Bu çirkinliklərin kökü, səbəbi yalnız o deyildi. Köhnə cəmiyyətdi. Analar övladlarının bədbəxtliyini görmürdü. Tamah, pul, mövhumat, köhnə adətlər onların gözünü örtürdü.

Yasəmən anasını pasyolkaya gətirdi. Sitarəni çağırtdırdı. Üçüncü axşam işçi klubuna kinoya getdilər. Yasəmən bu kinodakı əhvalatı anasına izah etdikcə, heyran-heyran baxırdı.

– Bax, ana, o qadın Kösəri (qızını) zorla ərə vermək istəyir, qızı görürsən, qoymurlar... Odur küpəgirən qarı...

Pərzad kinoda bir özbək qadınını yox, uzun paltar geymiş özünü görürdü. Hamı ona gülür, hamıya o iyrənc və kirli görünür. O, qızlarına elədiyi çirkinliklərin cinayətdən də ağır olduğunu anlayırdı. Göz yaşlarını silə-silə deyirdi:

– Məni öldürün, mən naxələf oldum!

Sitarə onun ağarmaqda olan saçlarını tumarlayaraq, başını qaldırır.

– Yox, ana, biz unutmuşuq, sən bizim sevimli anamızsan. Biz səni daha artıq sevirik.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ölümdən betər

Yırtılmış meşokdan taxılmı tökülür, qar üstündə ip sürünür, ya fırfıra səsidirmi?Xışıltını yaxşı seçə bilmədim. Dayanıb dinlədim, deyəsən, heç bir şey yoxdur. Sanki, bayaqdan bəri məni məşğul edən səs, quru bir vahimə imiş.

19426 dəq
Axşam səfəri

IÜç yoldaş idik, düşmən arxasına kəşfiyyata getmişdik. Hava çox bürkü, göy tutqun idi. Ağaclar altında özümüzü otlar, yarpaqlarla örtərək, ehtiyatla yeriyir, düşmən qüvvələri haqqında bir şey bilmək istəyirdik. Qaranlıqda xeyli getdik. Deyəsən, yol kənarı idi. Motor səsi eşitdik. Ardınca təkər səsləndi, təkər dayandı, yenə motor səsləndi. Sonra sanki, külək dağıdan və ancaq qırıq-qırıq eşidilən danışıq səsi... yenə motor, yenə təkər səsləri, yenə danışıq...

194312 dəq
Xəbər ətərsiz

Yarım saatdan artıq idi ki, Səkinə hərbi komissarın qapısında növbə gözləyirdi. Darıxır, tələsir, intizar çəkirdi. Ancaq qapı açılanda, üzlü adamlar növbəsiz irəli yeriyəndə Səkinə daha da geri çəkilir, sanki komissarın gözünə görünməməyə çalışırdı. Ehtimal ki, gözləyənlər hamısı güzəştə gedib, onu qabağa salsaydılar, Səkinə yenə içəri getməzdi. Çünki komissara deyəcəklərini hələ də ölçüb-biçməmiş, hələ də şikayətinə müəyyən ifadə verməmişdi. Şikayətçilərdə belə ehtiyat, çox vaxt sözün azlığından, yaxud mətləbin yüngüllüyündən olur. Səkinənin isə deməyə bir kitab sözü var idi. Ancaq haradan başlamağı, harada dayanmağı aydın etməmişdi. Düşünür, düşündükcə düşünürdü. Ona elə gəlirdi ki, sevgilisinin - 8 aydan bəri ayrıldığı, üç aydan bəri kağız almadığı Fətullanın taleyi, qucağında mışıl-mışıl yatan, dünyanın əzab və iztirablarından xəbərsiz olan körpəsinin taleyi, yenicə birləşib qurduqları, məhəbbətlə qızdırdıqları, səadətlə işıq verdikləri, ümidlə parlatdıqları ailənin, cavan xanimanın taleyi bu gündən, komissarın bu cavabından asılıdır.Birdən qapı taybatay açıldı. Sanki adamları qucaqlamaq üçün qollarını yana açmış komissar çıxdı, əllərini qapıya çataqlayıb, şikayətçiləri süzdü. Duruşundan aydın idi ki, komissar yorulmuşdur, ancaq şikayətçilərin hamısını qəbul etməmiş getmək istəmir. Onun gözü uşaqlı qadına, kənarda dayanan Səkinəyə düşən kimi çağırdı:

194310 dəq
Muştuluq

Bir ay olar ki, Əşrəf burada, şəhərdən bir az kənarda düşərgədədir. Birinci dəfədir ki, anası ona icazə verib, yola salmışdır. Birinci dəfədir ki, Əşrəf öz evlərində yatmır.Bura "El bağı" deyilən gözəl bir yerdir. Ağaclar baş-başa verib, hər tərəfə ətir səpilib, arxlarda sular pıçıldaşır, ağaclarda quşlar səslənir. Günəş - göylər sultanı güclü günəş sanki, aşağı enib, lap yaxına gəlmişdir. Uşaqlar çox vaxt qolsuz bir köynəklə yaşıl ot üstündə ayaqyalın gəzirlər.

19434 dəq

Başqa şairlərin şeirləri