Məzmun
  1. 1
  2. 2
  3. 3
  4. 4

Səhifə 3 / 3 · 67%

Hacı əsasını əlinə alıb paltosunu geyindi.

– Buyur, Mirzə, gedək, sizdəki qələmdana mən baxım!

Hacı Mirzənin qələmdanına baxdı, baxdı. Bu fikrə gəldi ki:

– Heç bir təəccüblü şey yoxdur. Füzuli kimi böyük şairin bir yox, beş qələmdanı ola bilər və yəqin ki, var imiş də! İndi, ay Mirzə, görürəm, səndə bu qələmdana nə həvəs var, nə hörmət, gəl bunu mənə sat! Mirzə dedi:

– Onun maliyyatı nədir ki, mən pul ilə satım. İndi ki, meyliniz var, götürün aparın, verdim sizə!

– Allah razı olsun!

Hacı bu qələmdanı da götürüb cibinə qoydu. Müşkül bir məsələni düşünürmüş kimi, bir müddət gözünü bir nöqtədən ayırmadı. Nəhavət, sözə başladı:

– Mirzə, – dedi, – sözün açığı belədir ki, mən bu qələmdanı axtarırdım, yaxşı oldu ki, sən verdin! Bu gördüyün qələmdanların uzun tarixçəsi var. İndi tədqiqatçılar tamam bixəbərdirlər. Bu qələmdanları zəmanənin hökmdarı Füzuliyə hədiyyə vermək üçün xüsusi sifariş ilə hazırlatmışlar.

29o Mirzə istehzasını gizlədərək soruşdu:

– Bir şairə neçə qələmdan lazım olur bəyəm, Hacı?

– Düz buyurursan, bu sual mənim də qarşımda durmuşdu. Həftolər, aylar ilə bu məsələ məni məşğul etmişdir. Axırda təsadüfən əlimə keçən bir bəyaz bu sirri açmağa mənə kömək etdi. Zəmanənin hökmdarı, aşkar desək, Ayas paşa Füzulinin xatirini o qədər istəyirdi ki, gəl gör! Odur ki, sadəcə bir qələmdan alıb bağışlamağı rəva görməmiş, bütün Bağdad ustalarına elan verib müsabiqə elan etmişdir: "Kim böyük şairə layiq qələmdan gətirsə, içi dolusu qızıl aparacaq!" Bunu eşidən xarratlar tamam işlərini bir kənara qoyub qələmdan hazırlamağa başlamışdılar... Bəli, Mirzə, bu qələmdanların ikisini, hətta on ikisini də görsən, təəccüb eləmə. Bunların hamısı Füzulinin adına hazırlanmış hədiyyələrdir.

Mirzə:

– Hacı, Allah bu sevdada sənə xeyir versin, – deyib, ayağa qalxdı. Hacı istər-istəməz əl verib xudahafizləşməyə məcbur oldu.

4

Hacı, "Ayas paşanın böyük şairə hədiyyələri" deyə yazdığı məqalə qoltuğunda qəzet-jurnal idarələrinin qapısını döydü. Heç yerdə etina etmədilər. "Heç eybi yoxdur, – dedi, – sizə yuxarıdan tapşıranda əl-ayağa düşərsiniz, özünüz yalvararsınız."

Tez oturub Füzuli yubileyinin məsul işçilərinə bir məktub yazdı. Məqalələrinə muzey müdirinin etinasızlığından, böyük şairin mirasına layiqi hörmət olunmadığından bacardıqca yazdı.

Hacı şikayətinin cavabına müntəzir idi ki, qəzetdə elan gördü. Bu gecə mədəniyyət sarayında şairin yubileyi keçirilir. Şairin həyat və yaradıcılığını göstərən sərgi açılmışdır. Hacı qələmdanı qoltuq cibinə qoyub dayanmadan özünü mədəniyyət sarayına saldı. Sərgini ötəri nəzərdən keçirib sərgi rəhbərinin yanına gəldi:

– Yəqin ki, Füzulinin qələmdanı haqqında mətbuatda çıxan məqalələr nəzərinizə dəyib?

– Dəyib!

– Yaxşı, bəs qələmdan bu sərgidə də olmayıb, harada olacaq? Belə bir təntənəli mərasimdə xalq gərək öz şairinin əziz yadigarı olan bu nadir qələmdana baxsın, ya baxmasın? Xüsusilə nəzərə alanda ki...

Hacı danışa-danışa qələmdanı qoltuğundan çıxarıb nümayiş etdirmək, onun "im zasını" camaata göstərib diqqət cəlb etmək istəyirdi ki, Səfər Hacının qolundan tutdu:

– Əmi, – dedi, – o qələmdandan yenə var ha! Bizim qohumlarda çox qalıb, lazım olsa, gəl apar!

Hacı başını qaldırıb qələmdan sahibini, onu macəraya salan cavan oğlanı görəndə rəngi dəyişdi, qələmdanı qoltuğuna qoyub tələsdi:

– Deyəsən, məni çağıran var, bir dayanın görüm!

Hacı pilləkənlərdən elə sürətlə düşdü ki, heç uşaqlığında elə cəldlik etməmişdi.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Şərbət

Ostapenkonu mən yaylaqdan tanıyırdım. Yay istirahətimi mən orada, Sovet Ukraynasının səfalı bir kəndində, səliqəli Ostapenko kişinin balaca, yaraşıqlı evində keçirirdim. Bu ucaboy, topsaqqal kişinin zəhmətə olan eşqi məni çox maraqlandırırdı. Ostapenkonun arvadı beş il əvvəl vəfat etmişdi. 21 yaşlı qızı şəhərdə tibb institutunda oxuyurdu. 14 yaşlı oğlu isə kənd məktəbində oxuyur, həm də atasına kömək edirdi. Özü onlara həm atalıq, həm də analıq edirdi. Təsərrüfat işindən sonra da evdə oturmaz, rahatlıq bilməzdi. Gah onu rayon kitab mağazasında dərs kitabları seçən, gah tibb institutu qabağında dayanıb qızının dərsdən çıxmasını gözləyən, gah əlində uşaq ayaqqabısı pinəçi yanına gedən, gah da qapı ağzında, ayaq üstə oğlunu dayandırıb, düyməsini tikən görmək olardı.Lakin evdar və təsərrüfatçı Ostapenkonun əsl peşəsi məni daha çox maraqlandırırdı. O, mahir bir arıçı idi. Yamaca tərəf uzanan böyük, ağaclı, güllü həyətində həmişə azı 10-12 arı pətəyi olurdu. Kişi vaxtının çoxunu bunlara, bu təmiz və faydalı heyvanlara sərf edirdi, evə qonaq gəldimi, Ostapenko əlində bıçaq və boşqab pətəklərin dal tərəfinə keçir, beçə balı gətirirdi. Ostapenko arını saxlamağı, bəsləməyi, bəhrə götürməyi bildiyi kimi, balın və mumun mənfəətini də bilirdi.

19415 dəq
Ananın yarışı

Səhər yenicə açılır. Göz işlədikcə görünən buruqlarla örtülü sahil görünür. Get-gedə buruqlar böyüyür, yaxınlaşır. Kaçalkaların səsi eşidilir. 80 nömrəli buruq həm ucalığı, həm də avadanlığı ilə başqa buruqlardan seçilir. Buruğun yağlayıcısı Mehrab Kamalov quyu başında çarxları yağlamaqla məşğuldur. Taxta budkanın kiçik və açıq qapısından onun enli kürəyi görünür. Kənardan yeyin gələn 45 yaşlı bir qadın - Tutu, mədən yolunun yoxuşunu tövşüyə-tövşüyə çıxır, Mehrabın yanına çatan kimi, əlini can köynəyinin qoltuğuna salır, bir kağız çıxarır:– Bala, səni çağırırlar!

19427 dəq
Havalı adam

Əkbər kişi kəhriz başında oturub sərinləyirdi. Havva xala su doldurmağa gələndə kişi əhvalpürsanlıq elədi:– Ay Havva, Fərmandan bir xəbər varmı, nə yazır?

194212 dəq
Mərcan nənə

Mərcan nənə oğlu, gəlini və üç yaşlı nəvəsi ilə bu şəhərə yaylağa, dincəlməyə gəlmişdi. Yerlərini əməlli-başlı rahatlamamış dava düşdü. Oğlu orduya getdi, ailəsinə "hələlik heç yerə tərpənməməyi" məsləhət gördü.Davanın ilk günlərində Mərcan nənə çox təşvişdə idi. Sonralar camaatın, xüsusilə qonum-qonşunun möhkəmliyini görüb bir az toxtadı. O da gəlini kimi qəzetləri izləməyə, cəbhə xəbərləri ilə yaşamağa başladı. Günün birində ev sahibi, uca və cantaraq qadın Mariya pilləkən ayağında gəlinə nə isə çox sözlər dedi. Mərcan nənə rusca bilməsə də söhbətin ciddi olduğunu kənardan hiss edirdi. Gəlin evə dönən kimi xəbər aldı:

19425 dəq

Başqa şairlərin şeirləri