Səhifə 4 / 4 · 75%

– Nə qayırırsan, yoldaş döyüşçü, bu, yaxşı işdirmi?

İlyas yenə ətrafına baxınıb, yeriməkdə davam etdi.

– Siz kimi axtarırsınız?

Şəfqət bacısı İlyası dayandırıb ayağını göstərdi. İlyas qanlı çəkməsinə baxdı, ayağını tərpədəndə çəkməsinin içinə dolan qanı hiss edib dayandı.

İlyasın yaralan sarınıb qurtarmamış, düşmən silahları təkrar guruldamağa başladı. Sanki düşmən bütün var-yoxunu müharibə meydanına tökmüşdü. Yaralı qəhrəmanı məhv etmək üçün topçular, pulemyotçular ancaq bir nöqtəyə atəş yağdırırdılar. Barmağına güllə dəyəndə İlyasın əsəbləri sim kimi səsləndi. Şəfqət bacıları qəhrəmanı cəld meydandan çıxarıb hərbi xəstəxanaya gətirdilər. Orada İlyasın yaralarını sarıdılar. Onu Leninqrada göndərdilər.

İlyas bu şəhəri görməyi çox arzulardı. O, Lenin şəhərinin tarixi mübarizə ənənələrini illər uzunu məktəblərdə oxumuşdu. Ancaq qəza elə gətirdi ki, İlyas bu gözəl şəhərə yaralı bir xəstə kimi daxil oldu. Ancaq xəstəlik hər şeyi söndürsə də, məhəbbəti, insan qəlbində alovlanan arzuları söndürə bilmir. İlyas "təcili yardım" maşınında axşam, hava qaranlıqlaşanda şəhərə gəldi. O, feldşerin, şəfqət bacılarının təkidinə qulaq asmadan hər dəqiqə maşının pəncərəsindən boylanır, küçələrin ətrafında boy atan uca, əzəmətli binalara baxır, burada böyük Leninin əks-inqilabçıları məğlub etdiyi tarixi günləri xəyalına gətirirdi. Nədənsə bu 176 günlər də o zamana bənzəyir. Düzdür, indi sentyabr ayıdır. Ancaq

Oktyabr günlərinin ruhu sezilir. O zaman dahi Leninin və Stalinin döyüşüb yaratdığı yeni dünya, indi də eyni qəhrəmanlıqla müdafiə olunur.

Yaralar qəhrəmana heç bir şey edə bilmədi. Ən gözəl həkim olan gənclik onun yaralarını da, yorğunluğunu da bir şəfa təri ilə qurtardı. Cəbhədən, qızğın vuruşmalardan, isti və bürkülü yay günlərindən, rütubətli, gərgin səngər şəraitindən sonra xəstəxananın sakit, dinc həyatı, təcrübəli həkimlər, doğma bacılardan da artıq mehriban olan şəfqət bacıları, yanaşı yatan qardaşlar, silahdaşlar, kitab mütaliələri, müsahibələr, əsəb rahatlığı üçün günaşırı vannalar, eyvanda başmaq seyri... Zahirən adama elə gəlir ki, hansı bir xainin əli iləsə aləmə vurulan yanğın sönmüş, yer altlarına qoyulan dinamitlər açılıb dağılmış, gurultu, partlayış bitib qurtarmış, aləm dinclik sükutuna dalmışdı. Bizim döyüşçülər adlarına layiq adamlardır. Onlar həmişə cəbhəni, vuruşma meydanını düşünürlər. Onlar görürlər ki, yanğın sönməmişdir. Hitlerçilərin bütün dünyada alışdırdığı müharibə yanğını günü-gündən yayılır, şiddətlənir. Bizim döyüşçülər mübarizə və qələbə hissi ilə yaşayırlar. Yaralı olsalar da, ruhən cəbhədədirlər. Müalicə günləri bir il keçir. Hər gün həkimin ətəyindən tutub soruşurlar: "Doktor, haçan buraxılıram?", "Doktor, mən hissəmə qayıtmalıyam, başağrısı üçün ləngiyə bilmərəm".

Bir ay müalicədən, sağalıb dincələndən sonra İlyası komandanlığın ixtiyarına göndərdilər. İlyas Leninqrad xəstəxanasından çıxanda, həkimlərdən, dostlarından, şəfqət bacılarından ayrılanda onlara təşəkkür etdi: "Sağlıq olsun, - dedi, - biz azərbaycanlıyıq, xəcalətli qalmarıq. Hörmətinizin əvəzini çıxaram. Sağlıq olsun."

Batalyon komissarı onu mətbuatdan tanıyırdı:

– İlyas, - dedi, - gəl səni flota göndərək. Piyada olmaq bəsindir. Bir az da hərb gəmilərimizdə vuruş! Orada snayperlərə ehtiyac vardır.

– Hara göndərirsiniz, canla-başla xidmətə hazıram!

İlyas əvvəl şimalda, Baltik flotunda qalacağını güman etmişdi. Komandanlıq isə onun səhhətinə, təbiətinə müvafiq bir xidmət yeri seçmişdi: onu öz vətənində, hərbi qulluqda çalışmağa göndərməyi qət etmişdi. Maşına oturanda İlyasın ürəyi elə bir fərəh, elə bir iftixar hissi ilə döyünürdü ki, onu təsvir etmək çətindir. İki il əvvəl evdən ayrılıb davaya gedən, vətən və xalq yolunda qəhrəmanlıq göstərib yüksək mükafat alan bir qəhrəmanın ailəsinə dönməsi mənzərəsi özü-özlüyündə bir poeziyadır. İlyas bir kəndli balası, seçilməz, sıravi bir əsgər kimi getmişdi. İndi isə İlyas böyük sovet vətəninin adlı-sanlı qəhrəmanı kimi qayıdırdı. İlyas Azərbaycan balasıdır. Onun hər işində və əzmində dərin bir səmimiyyət və sədaqət hakimdir. Əsgərliyə getdiyi günlərin səmimiyyəti ilə də bu saat hər bir dostuna, müəllim yoldaşına, şagirdinə rast gəlmək, ürəyindəki sevinc ilə onları qarşılamaq istəyirdi.

Sevgilisinin gəlməsi xəbərini Ballı klubda eşitdi və dərhal qalxıb yollara yüyürdü. O, maşından çıxanlar arasında bir matros gördü. "İlyasın yoldaşlarından olacaq", - deyə zənn etdi. Nəzəri maşında, İlyasın çıxmalı olduğu qapıda ikən, həmin matrosun ona tərəf irəlilədiyini gördü.

Bu ki İlyasdır! Budur! Nə böyümüş, nə qızarmış, nə tanınmaz olmuşdur!

Vətəninə gəlişi İlyasın vətəndaşlarına bir bayram oldu. Uşaqdan böyüyə, kəndli, qulluqçu, müəllim, tələbə - hamı dəstə-dəstə onun görüşünə gəlir, hamı onu təbrik edir, hamı onun döyüş şücaəti ilə maraqlanırdı.

İlyas həmkəndlilərinin xahişinə əməl edərək, Ağdaş rayon zəhmətkeşlərinin yığıncağında müfəssəl, maraqlı bir söhbət elədi.

Söhbətin sonunda bu sözləri dedi:

– Unutmayaq ki, Vətən müharibəsinin cəbhə xətti hər bir vətəndaşın öz postundan, öz iş yerindən keçir. Bu tarixi günlərdə kolxozçunun tarlada fədakarlığı, traktorda, xırmanda, bağbanlıqda gördüyü müstəsna iş özü bir qəhrəmanlıqdır.

Ağdaşda İsmayılovçular zvenoları yarandı. Qəhrəmanın adı yüzlərlə gənci ilhamlandırdı. Bakı komsomolçuları və maarifçiləri İlyası neft şəhərinə qonaq çağırdılar.

İlyas onlar üçün bir də ona görə əziz idi ki, o, həmişə, hər yerdə müəllimlik adını, bu adın şərəfini uca tutmuş, onun təmizliyini, saflığını, müqəddəsliyini saxlamışdır, həmişə, hər yerdə özünü vətənə qurban verməyə hazır olmuşdur, həmişə, hər yerdə təhlükəyə cəsarətlə baxmış, ölümə həyat ilə qələbə çalmış, düşmən üstünə qəzəb ildırımları yağdırmışdır...

İlyas indi dincəlir, yaxın gələcəkdə yenə də cəbhədə sərrast atəşinə davam edəcəkdir. İlyas da, onun vətəndaşları, onun dostları və silah yoldaşları da əmindirlər ki, torpağımıza soxulmuş hər bir faşist sovet snayperinin atəşilə məhv ediləcəkdir.

Faşizm kabusunun uçulub-dağıldığı günlərdə salamabadlılar, ağdaşlılar, bakılılar, leninqradlılar, moskvalılar, kiyevlilər, odessalılar - böyük sovet xalqı öz qəhrəmanları ilə birlikdə son qələbə bayramını keçirəcəklər. Bütün dünya sovet adamlarının qalibiyyətinə, şənliyinə heyran qalacaqdır!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Şəxsi məsələ

Böyük insana, insanpərvərə – Stalin*1

194030 dəq
Mərifət dərsi

Qayıdanda iki gün Tbilisidə qaldı, o gözəl, səfalı şəhəri yaxşıca gəzdi.Botanika bağından qayıdanda körpüdə dayanıb Kürə baxırdı. Yaz idi. İlkindi günəşinin altında sular tunc rəngi çalırdı. Bu böyük, sakit, lal axar çaya baxdıqca İlyasın gözü axırdı. Xəyalı qırlanqıç kimi Kür üstündə qanad salıb süzürdü. Azad və məğrur Qafqazın uca dağlarını, yalçın, qartallı və müdhiş qayalıqlarını, geniş və ceyranlı düzlərini, güllü-bülbüllü bağlarını, məhsullu tarlalarını, şənlikli yollarını, təzə kəndlərini, böyük şəhərlərini, yollarını, körpülərini seyr edirdi.

194013 dəq
Tamaşa

1Hətəm dayı astanada dayanıb aşağılara, küləşli taxıl yerlərinə, sürülmüş zəmilərə, yeni salınmış üzüm bağlarına, dərələri örtən ağaclıqlara, böyrünü yerə verib payız günəşində isinən təpələrə, təpələr arasında iplik kimi dolaşıq düşən cığırlara baxırdı. Rəngli üfüq bir cild xətti kimi əlvan yeri, aydın göyü birləşdirir, ayırırdı. Doğrudan da böyük bir kitab açılmışdı.

194014 dəq
İlhamın anası

1Bu gün Səltənət uşağını konsultasiyaya aparmışdı. Həkim məsləhətini dinləmişdi, süd, qatıq alıb qayıdırdı. Köhnə məktəb yoldaşlarından birisinə - Ceyrana rast gəldi. Ceyran tərtəmiz geyinib-kecinmişdi, bəzənib-düzənmişdi. Bir oğlanın qoltuğuna yaşlanıb gedirdi. Səltənəti görəndə istehza ilə güldü:

19406 dəq

Başqa şairlərin şeirləri