İstəsəydim səni, səndən alardım,Gözəlləri öz taxtından salardım.Ürəyimi-ürəyinə calardımSən yanardın, mən baxardım tüstünə.

Ulduz olub öz zirvəmdən enərdim,Dövrəndəki “mələkləri” yönərdimAl laləyə, qərənfilə dönərdim,Səpilərdim yollarının üstünə...

İstəsəydim vüsalına yetərdim,Mən gül olub ürəyində bitərdim,Orda Bülbül feryadıyla ötərdim,Mən yanardım, sən baxardın tüstümə.

Ölsəm, bir gün gəl qəbrimin üstünə,Bircə dəstə bənövşə qoy, bəsimdir!Baş üstündə bir qaranquş ötəcək,O da sənə minnətdarlıq səsimdir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar