İnsan oğlu bu dünyayaGələr ağlaya-ağlaya,Yaşayar Günəşə, AyaUmud bağlaya-bağlaya.

Açıb-solar güllər kimi,Nəğmələnər tellər kimi,Qayğıları sellər kimiAxar çağlaya-çağlaya.

Diləkləri, duyğularıSudan duru, Aydan arı,Fəsillər keçər, baharıSoraqlaya-soraqlaya.

Bilən yox biləcəyini,Gözləyər gələcəyini,Düşünər öləcəyiniKöküs dağlaya-dağlaya.

Bir gün solar ömür bağı,Saralar gülü, yarpağı,Torpağa dönər, torpağıQucaqlaya-qucaqlaya.

Sofiya, 1987

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar