Yarpaqları düşən söyüd
Yaman düşüb, nə düşünürYarpaqları düşən söyüd!?Bir ürək kimi üşünürBudaqları şişən söyüd.
Son kan bahar gələndən bəri,Açılmaz könül dəftəri,Bir sümük olub, bir dəriYapışıqlı, qəşəng söyüd.
İçindəki duyğularıSudan duru, aydan arı,Unudub gümüş sularıSularla öpüşən söyüd.
Bağrının başında yara,Qəlbini çəkirlər dara,Uğrayıb bir intizara,Nə qəmlidir o şən söyüd.
Quşlar uçub gəlməz oldu,Ovqatını bilməz oldu,Dinməz oldu, gəlməz olduSoyuqdan büzüşən söyüd.
İstanbul, 1984
Kitabxana.az · https://kitabxana.az/works/refiq-zeka-xendan-yarpaqlari-dusen-soyud
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Fəsli-tabistanda bağü bostandaNovrəstə cavanım, gülüm, ay Şəkər!
Bir gün dönərik Adəmə...Alçaqlara yüksək dedik, axmaqlığımızdan,Yüksəkləri yıxdıq yerə, qorxaqlığımızdan.
MürəbbəQanamıq məni, doğrusın deyim,Məni yüz min dərdə salan yar budur
EylərsənDil mənə verübsən, könül ağyarəBilmənəm ki sən nə xəyal eylərsən