Qar çiçəyi qarı deşdi,Yadıma kəndimiz düşdü:Bizim səfalı kəndimiz,Bahar havalı kəndimiz.

Fikrim uçdu Avey dağa,Ordan bənövşə yığmağa...Əlimdə şehli dəstələrEndim “Damcılı” bulağa.Ayrılmışdım gör nə vaxtdanMən bu eldən, bu torpaqdanAnam su içən bulaqdan.

Dayandım orda bir qədər,Acı, şirin xatirələrHər yandan qılınc çəkdilər,Qanımı, qansız tökdülər...

Durub burdan yavaş-yavaşVəlixana qalxdım birbaş.İlk qədəm basdığım yerlər,Anamın ilk laylasınaİlk qulaq asdığım yerlərMəni məndən elə aldı,Təzə fikirlərə saldı.

Baxdım-baxdım... burdan bizəHəsrəti qalan dağlara,Sinəmdə qövr etdi yara...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri