Şair olmaq
Şair olmaq gör nə haldır:Ruzim – fikirdir, xəyaldır,Dalğınlıqdır, düşüncədir...Şair olmaq istəyənimBildinmi halım necədir.
Bizim bu zəngin aləmdən,Bir kağızdan, bir qələmdən,Bir də mənə eldən gələnMüqəddəs sevincdən, qəmdənBaşqa bir şey götürmədim.Şahlar sarayına girdim,Dürr, cəvahirat gördüm,Bu sərvətlər arasındaSərvətimi itirmədim.
Qəlbi incəm, ruhu şənim,Heç çatarmı gücün səninBu “ruzi”ylə yaşayasan!Dünya zövqündən əl çəkibSən də mənə oxşayasan,Bir qələmlə, bir kağızlaBir də: şair ruhundakıEl eşqiylə yaşayasan?
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-sair-olmaq
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Bakı yerliçilik bilməyibHeç vaxt.
Əfsus ki, yarım gecə gəldi, gecə getdiƏfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
QarğışMəndən yüz döndərən zalım bivəfa,Səni görüm bir azara gələsən,
İran qızıQırlarda ney səsiylə başlayır axşam,Dalar maviliklərə saralan əngin.