Türkiyədə doğulandayım oğlu Orxan Karana

Getdin Yapon ellərinəAzərbaycana gəlmədin!Dözdük həsrət illərinə,Azərbaycana gəlmədin!

Vədə verdin şirin dilnən,Dedin: – Darıxmayın, gəlləm!Biz gözlədik səni elnənAzərbaycana gəlmədin!

Çoxlarımız “gedər” oldu,Çox arzular hədər oldu,Qismətim də kədər oldu,Azərbaycana gəlmədin!

Aman ayrılıq əlindən,Yaman ayrılıq əlindən,Gül dərdin yadlar elindən,Bu gülüstana gəlmədin!

Hanı bizim ər dayımız?Hanı məhəbbət payımız?Orxan! Azaldı sayımız...Azərbaycana gəlmədin!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hicran