Ustad müğənni
Belə dilləndirmə yanıq segahı,Vallah tutar səni könlümün ahı!Köçüb ürəyimin sultanı-şahı!Xalı-xal üstünə belə vurma, gəl!
Şuri dilləndirdin, ürək ət deyil,Dərdlini ağlatmaq, bu adət deyil,Yıxılmış sarayı sən uçurma, gəl!
Nə həzin oxudun yanıq muğamı,Əritmə o odda əriyən şamı.Sənin qüdrətinə bəllidir hamı,Qırılmış şüşəni bir də qırma, gəl!
Həsrətli səsiyəm yanıq bir neyin,İndi, hansı simə toxunma, deyim?Qəlbimi, sevdası bu yerin, göyünNecə incəlibdir, bunu sorma, gəl!
Sən mənim xalqımın Əbulfətisən,Onun şirin sözü, xoş ülfətisən,Laylası, nəğməsi, şeriyyətisən,Bizi xəyallarda sən, uçurma, gəl!
Şam kimi əriyib ömrümün çoxu,Örtsə gözlərimi əbədi yuxu,Sən, mənim üstümdə bir muğam oxuTəmənnam budur ki,Onda durma, gəl!1973Səməd Vurğun günlərində
Kitabxana.az · https://kitabxana.az/works/mirvarid-dilbazi-ustad-mugenni
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Gənə bilmirəm bu nə güftardırNə rəsm ü nə ayin kirdardır
Mürəbbə: Huş ilə sevdiyim, dinlə zarımıHuş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
EllərəMüshəf açdım, əlif gəldi falımız,Dal oldu gedəlim bizim ellərə,
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,