Yazda, yayda ağ geyinən dağlara,Payız qəhr edəndə boran gülərmiş.El köçəndə solan bir çəmənzara,Yaylaq boş qalanda aran gülərmiş.

Xoryat sözü mərd ürəyin dağlayar,Təbib görsə, dərdə dərman bağlayar,Aşıq eldən ayrı düşsə, ağlayar,

Bayqular tapanda viran gülərmiş.

Göydəki laçınlar baş əyməz sara,Sınmasa qanadı, düşməsə dara,Zülmün kəməndində ağlayanlara,Zülmət qılıncını vuran gülərmiş.

Tərəqqi çarxında insan ucalar,Tənəzzül gərdişi ayağa salar,Yoxsul qatarından üzülər, qalar,Vara fəxr eyləyən hər an gülərmiş.

Hərə bir söz deyər bəxti yatana,Fələk qürbət elə daşın atana,Adamsız arada itib-batana,Kömək arxasında duran gülərmiş.

Miskinli Vəliyəm haqqına naçar,Biri bağlayanda, birisi açar,Birisi qovduqca, birisi qaçar,Qaçan ağladıqca, qovan gülərmiş.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət