Deyimmi?
Ürəyimdə gizli, pünhan sözüm var,Onu aşkar nazlı yara deyimmi?Bilirəm desəm də, sözüm tutulmaz,Üzü dönmüş beyilqara deyimmi?
Dolanım başına, dərdin mən alım,Yolunda qurbandı dövlətim, malım,Xəstəyəm, təbibsən bimürvət zalım,Həsrətəm qoynunda nara deyimmi?
Miskinli Vəliyəm eşqi həvəsdə,Fərhadam, Şirinsən şirin nar bəsdə,Məcnunam, Leylisən gəl bulaq üstə,Gətir bu dərdimə çara deyimmi?
Kitabxana.az · https://kitabxana.az/works/miskin-veli-deyimmi-2
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
Boyun sürahidir, bədənin büllur,Gərdənin çəkilmiş minadan, Pəri!
Gəlir keçərEy dil, həmişə gərdişi-dövran gəlir keçər,Hər gün cəfa və möhnəti-hicran gəlir keçər,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
Mürəbbə: Bu məkanda müşk ənbər yeri varBu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər