Səndən xəbər alım, ey badi-səba,Dilimin diləyi neçün gəlmədi.Sarmaşa boynuma, deyəm, mərhəba,Sərimin çələngi neçün gəlmədi?

Neçə vaxt görmədim dost məhəbbəti,Versələr, almaram onsuz cənnəti.Behişt hurisidir yer səltənətiO ərşin mələyi neçün gəlmədi.

Adını demirəm, İsmi Pünhandı,Ləblərinin suyu dərdə dərmandı,Bu Cümə müntəzir xeyli zamandı,Könül əyləncəyi neçün gəlmədi?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri