Dövlət Dumasının qurulması

Millətimizin bir çox hissəsindən ötrü Dövlət dumasının əhəmiyyəti, yəni vacib və lazım olduğu bir o qədər aydın olmadığını və seçki işinin, yəni Dövlət dumasına üzv seçmək əmrinin, hələ Qafqazda qurtarmadığını nəzərə alıb haman dumanın nə dərəcədə əhəmiyyətli olduğunu bir neçə sözlə bəyan etməyi lazım bildik.Bu duma söhbətindən qabaq Rusiya padşahlığında, belə bir böyük məmləkətdə məmləkətin varlığına və padşahın davamına səbəb olan millətin və camaatın mürəffəül-hal dolanmağına elə bir etina olmayıb millətdən tələb edilirdi ki, hökumət tərəfindən qərar edilmiş qanuna (zakon) lazımdır dürüst əməl edilsin. Daha bunu nəzərə almayırdılar ki, görək bu qanunlar millətdən ötrü nəflidir və ya zərərdir. Söz yoxdur ki, hərgah bu qanunlar millətdən ötrü nəfli olsa idi millət mürəffəülhal dolanardı və heç bir kimsə durub hökumətdən şikayət etməz idi. Lakin bu bir-iki ilin ərzində vaqe olan iğtişaş, bir o qədər tökülən qanlar, tələf olan canlar bildirdi ki, millət indiyədək pis dolanırmış və indi də yenə elə pis dolanmağa daha millətin tab və tavanası yoxdur, ona görə millət şikayət edir və öz şikayətini də bu iğtişaşilə hökumətə elan edir. Bəs nə üçün millət şikayətini dili ilə hökumətə demirdi və yaxud, yazıb bildirməyirdi və bunu qoyub iğtişaş salırdı?

Üzeyir Hacıbəyov27 dəq
Azərbaycan musiqi həyatına bir nəzər

Azərbaycan türkləri musiqini çox sevir və olduqca ona həvəc edirlər. Musiqi əməlinin şəriət tərəfindən günah hesab edilməsi bu həvəsi heç də söndürə bilmədisə də, fəqət musiqinin tərəqqi etməsinə qarşı böyük məmaniət təşkil etdi, o səbəbdəndir ki, Şərq musiqisi və o cümlədən Azərbaycan türklərinin musiqisi qədim zamandan ta indilərə kimi heç bir tərəqqi və inkişaf üzü görməyib, hənuz ata-babadan qalma bir halda davam etməkdə olduğu kimi, sazlarımız, yəni musiqi alətimiz dəxi bu gün ən ibtidai və naqis bir haldadır.İslam aləminin mədəniyyət dövrü zamanındakı filosof və böyük alimləri musiqinin əvvəla, elmi əsaslara məbni mədəni bir sənət olduğunu və saniyən insanın əhval-ruhiyyəsində müxtəlif təsirlər buraxan və hətta bəzi əsəbi mərəzlərə qarşı əlac yerində qollanıla bilən ciddi bir fənn olduğunu gözəlcəsinə dərk edib, musiqi elmi üstündə bir xeylicə çalışmışlardı; bunların çalışmaları nəticəsindədir ki, bu gün Şərq musiqisi bugünkü Avropa musiqisindən əsrlərcə geridə qalmış olsa da, öz vaxtında müəyyən bir tərəqqi və mədəniyyət dərəcəsinə yetişmiş olduğunu bu gün elə mövcud olan müxtəlif təsirli muğam və dəsgahları ilə aşkar surətdə göstərməkdədir.

Üzeyir Hacıbəyov17 dəq
Yenə üsuli-təbii haqqında bir neçə söz

Keçənlərdə mənim məktəblərimizdə rus dili təlimi haqqında yazmış olduğum məqaləyə cavab və yaxud bir haşiyə olaraq möhtərəm müəllim Rəşid bəy Əfəndizadə cənabları tərəfindən yazılmış bir məqalə gördüm. Rəşid bəy əfəndi məqaləsini “Mübadiləyi-əfkardan bariqəyi-həqiqət törəyir” sözlərilə başlayıb, əvvəlcə bir balaca müqəddimə yazırlar və o müqəddimədə əzcümlə belə deyirlər: “Mətləbimiz o məqalənin (yəni mən yazdığımın) ziddinə çıxmaq əsla deyildir”, yəni Rəşid bəy əfəndi oxucuları xəbərdar edir ki, onun məqsədi mənim ilə mübahisə və mücadiləyə qalxmaq deyildir. Ehtimal bu səbəbdəndir ki, Rəşid bəy əfəndi məşhur təbir olan “Müsadiməyi əfkardan” da hətta “müsadimə” sözünü bu yolda çox şiddətli bir təbir bilib, onun əvəzinə “mübadilə” yazıbdırlar və hərçənd “mübadilədən” “bariqə” törəmədiyini və “bariqə”nin ancaq “müsadimədən” törədiyini nəzərə alıbdırlarsa da, amma yenə də məni incitməmək üçün məntiqi qurbanedəcək dərəcədə fədakarlıqla bulunubdurlar. Mən də Rəşid bəy əfəndinin bu fədakarlığına qarşı təşəkkürlər edirəm. Ancaq burasını dəxi əlavə edirəm ki, böylə bir əhəmiyyətli məsələdə Rəşid bəy əfəndi həqiqəti mənə qandırmaq üçün başımı yarsa da incimərəm.Burada mən dəxi bir müqəddimə söyləyəcəyəm. 1-2 gün bundan əvvəl müəllim rəfiqlərimdən birisi yanıma gəlib mənə dedi:

Üzeyir Hacıbəyov26 dəq
Qarabağın keçmiş günlərindən

Günorta azanından iki saat keçmişdi ki, Azad bəy Məşədi Fərrux ilə qumar oynadığı otaqdan durub öz “hərifini” yola salıb, keçdi arvadı Gülnisə xanım olan otağa. Gülnisə xanım ərinin pəjmürdə sifətini görüb, kəmali-hüzn və kədərlə soruşdu:– Uduzdunmu?

Üzeyir Hacıbəyov20 dəq