“Koroğlu” operası

“Şahsənəm” operası meydana çıxdıqdan sonra Azərbaycan operasının inkişafında əmələ gələn dönümü bütün kompozitorlar qeyd etmiş və Azərbaycan milli operasının inkişafı üçün gələcəkdə də davam etdiriləcək bir yol kimi qəbul etmişdir. Qlierin təşəbbüsü həqiqi xalq nəğmələrini yüksək kompozitor texnikası ilə birləşdirməkdən ibarət olaraq, xeyli müvəffəqiyyətli olmuş və həvəsləndirici bir rol oynamışdır.Belə bir vəzifəni yerinə yetirmək üçün kompozitor ilk növbədə çox və inadla çalışmalıdır. Burada söz yalnız nəzəri hazırlıqda deyildir, xalq yaradıcılığını, musiqi folklorunu dərindən öyrənməkdə, musiqi dilini mənimsəməkdə, xalq ilə onun anladığı dildə danışmaq istedadını kompozitora verən sadəlik və aydınlığı dərk etməkdədir. Bu iki şərtdən məhrum olan kompozitor böyük dövrümüzə layiq və yüksək qiymətli əsər yaratmaqda da aciz qalacaqdır.

Üzeyir Hacıbəyov2 dəq
Üçüncü rəqib

İndiyə qədər iki böyük dövlətin əlində heysiyyət və mənfəət qazanılması üçün mənbəyi-rəqabət olan İran, indi dəxi üçüncü bir rəqibin təməh oxuna nişanə olacaqdır.Bu rəqib Avropa arasında “Sultan Həmid dostu və aləmi-islam hamisi” adilə, amma durbin və əql sahibi olan islam övladı nəzərində “Osmanlı evyıxanı” və “aləmi-islam düşməni” ismilə məşhur olan Almaniya, yaxud Germaniya dövlətidir.

Üzeyir Hacıbəyov3 dəq
Balaca felyeton

Beş manat əhvalatı*Bir gün oturub dəftərxanada yazırdım. Gördüm bir müsinn şəxs qapını açıb məni işarətlə çölə çağırdı. Mən haman saat çölə çıxıb – nə buyurursunuz? – sualı ilə müraciət elədim. Kişi gözlərinin yaşını abibaran kimi axıdıb mənə dedi:

Üzeyir Hacıbəyov4 dəq
Əhvalımızdan

Tərəqqi yolu ilə mədəniyyət sahibi olmuş məmləkətlərdə əhalinin həyat və məişəti dəfələrcədəkindən rahat və tərəqqiyə hal olunması aşikardır. Odur ki, o xoşbəxt yerlərin əhalisinin rəfah hal ilə yaşayıb da rahatca öz kəsbkarlarına məşğul olmaları bizim üçün həsəd ediləcək əhvallardandır.O yerlərdə hər bir kəs insanlığın və insan kimi ömür sürməyin yolunu bilib, bu nəhv ilə sərbəst və müstəqil yaşayırlar. Və belə rahat və azadə yaşamaq sayəsində günü-gündən bir şey ixtira edirlər ki, özlərinə və bütün insaniyyətə mənfəət yetirir.

Üzeyir Hacıbəyov4 dəq
Ordan-burdan 113

Qarabağ zəriflərindən birisi mənimlə söhbət edərkən həmişə belə deyərdi: hər kəs ki meydana çıxıb deyir ki, mən millətpərəstəm və döşünə döyür ki, milləti irəli aparıram, bil ki, bu sözü ya yalandan deyir, ya da ki doğrudan. Əgər bunun yalan və doğruluğunu bilmək istəsən, get lap əvvəl onun öz ev-eşiyinə bax. Əgər gördün ki, bunun öz ev-eşiyində bir səliqə, bir qayda, bir intizam var, onda bil ki, kişi doğrudan da milləti irəli apara bilər. Yox əgər gördün ki, bu heç öz evini dolandıra bilmir, onda ağzına vur, deyinən ki, qələt eləyirsən, səndən millət irəli aparan ola bilməz.Mənim ağlım kəsir ki, zərifin bu sözü bir yana baxsan haqdır.

Üzeyir Hacıbəyov4 dəq
Ordan-burdan 23

Bir qədər qəzetəçilik dərsiM ü ə l l i m – Qəzetəyə hər cür şey yazmaq olarmı?

Üzeyir Hacıbəyov5 dəq
Ordan-burdan 67

“Rus təəssübkeş firqələri” öz nəşriyyatları vasitəsilə Qafqazdan şikayət edərək deyirlər: Qafqaz quldurlar ocağı olubdur. Yol ilə ötüb keçmək olmaz, bunun da səbəbi odur ki, Qafqaz əhaliləri vəhşi olduqlarından ədalət və insaniyyətpərvərlik təriqi ilə icra olunan hökmləri anlamadılar. Və hökumətin şən və heysiyyəti onların nəzərində itdi. Buna görə hökumət şədid tədbirlər ittixaz edib, Qafqazı qazaqlarla doldurmalıdır.Afərin təəssübkeşlər! Yaxşı tanıyırsınız Qafqazı... Görünür ki, sizin, hər uçastoku müstəqil və müstəbid bir İran xanlığına döndərən pristavlardan, uryadniklərdən və ədalət və insaniyyətpərvərliyi bazar şirəxanalarında şərab küpünə qərq etmiş məhkəmə məmurlarından və quldur sədası gələndə qarnı ağrayıb, quldur quldurluğunu tamam edənədək postlarda üzü üstə yatıb qalan qazaqlardan xəbərdarlığınız yoxdur!..

Üzeyir Hacıbəyov2 dəq
Ordan-burdan 88

Dövlət dumasına dairBir neçə vaxt bundan irəli teleqraf xəbər gətirdi ki, Dövlət dumasının otağının polu (fərşi) özbaşına yanıbdır... Dünən yenə teleqraf xəbər verdi ki, indi də Dövlət dumasının səqfi uçub tökülübdür. Sabah da teleqram xəbər verəcəkdir ki, Dövlət dumasının bir divarı yıxılıbdır. Ondan sonra eşidərsən ki, Dövlət duması yerli-dibli uçubdur. Lap axırda da xəbər gəlir ki, Dövlət dumasını qovdular.

Üzeyir Hacıbəyov2 dəq
Birinci şadlıq

Divani-hərb (voenni-polevoy sud) qurtardı. Deməli, bir bu qədər zaman davam edən ədalətsiz mühakiməyə bu günlərdən belə xitam verildi. O məqsəd ki, divani-hərbin qoyulmasilə təqib edilirdi, əmələ gəlmədi. Haman məqsəd baş nazir Stolıpinin haman bu hərb xüsusunda dumada danışdığı sözlərə görə iğtişaşı qət edib, məmləkətdə sükunət bərpa etmək idi. Bu isə baş tutmadı. Divani-hərblər yüzlərcə qurbanlar apardı və dəryalarca qan tökdü, amma məmləkətin asayişinə zərrəcə nəf gətirə bilmədi.Əsasən divani-hərbi hökumət fəsx etmədi. Divani-hərb özü-özbaşına xitampəzir oldu, çünki bu məhkəmənin davamı aprelin 20-dək idi. Lakin bunu inkar etmək olmaz ki, burada dumanın bu barədə olan müzakirəsi dəxi əsərsiz qalmamışdır. Divani-hərbi saxlamaq hökumət üçün çətin bir iş deyildir. Fəqət görünür ki, hökumət özü dəxi Stolıpinin “müdafiə”sinə, filalına baxmayaraq, divani-hərbin davamını dəxi bundan sonra yersiz hesab etdi və bunun davamı üçün hələ bir tədbir görməyi lazım bilmədi. Gələcək hələ məlum deyildir, ancaq indi bütün Rusiyadan ötrü burası şayaniməsərrətdir ki, dəxi bundan sonra o sürətlə icra olunan divani-hərb mühakimələrində rəva görülən ədalətsizliklər bir müddət əhalini dilgir və mütənəfir etməyəcəkdir.

Üzeyir Hacıbəyov1 dəq
Ordan-burdan 107

Bir müsəlman ilə bir şvesarlının söhbəti(Keçən nömrənin axır-uxuru)*

Üzeyir Hacıbəyov1 dəq
Ordan-burdan 7

Hilal ilə Şiri-XurşidŞ i r i - X u r ş i d (Hilalə) – Bəs sən batmışdın, nə üçün birdən çıxdın?

Üzeyir Hacıbəyov1 dəq
Vəzirlər proqramı

Osmanlıdan gələn xəbərlər bir-birindən şayani məsərrətdir. İndiyə qədər bir xəbər gəlməmişdir ki, bizim nikbinanə hal və hissiyyatımızı xələldar və pərişan etsin. Lakin bainhəmə Osmanlıda olan həvadisat nə qədər şayani məsərrət olsa da, yenə də indiyə qədər qeyri-müəyyən bir halda olub, bizi qəti bir nəticəyə müntəzir qoymaqda idi. Dünənki teleqrafda oxuduğumuz vəzirlər proqramı isə, iştə bu nəticənin müqəddəməsi olub, Osmanlı dövlətinin qanuni əsaslı dövlətlər cərgəsinə girib də nə gunə süfət və simada olacağını bildirir.Vəzirlər proqramı, ümumi bir nəzərlə baxdıqda, hüsn təsir bəxş edəcək dərəcə gözəl tərtib olunmuşdur. Osmanlının yaralarını sağaldacaq daru və dərmanların haman hamısı burada peyda və təzkar olunmuşdur. Qərar və qəbul edilmiş bir qanuna məqayir olub da məmləkətə qanunsuzluq salan əmrlərin və düsturül-əməllərin hamısı məhv və ləğv ediləcəyini vəzirlər proqramı vəd edib də idareyi müstəbidəyə məxsus bürokratiyalıq havavü həvəsinə son qoyulacağını bildirir. Köhnə “qanun”ların həyat və məişətin şəraiti-hazirəsinə müvafiq olmadığı üçün məclisi-ümumi, yəni parlaman açılıncaya qədər dövlət üçün yeni qanunlar lüzumu aşkardır.

Üzeyir Hacıbəyov3 dəq
Ordan-burdan 22

Tazə xəbərEşitdiyimizə görə şəhər idarəsi belə qərar qoyubdur ki, daha indidən belə müəllimlərlə alış-veriş eləsin. Məsələn, elə müəllim var ki, iyirmi dərsi əlli manata deyir, elə müəllim də var ki, haman iyirmi dərsi 40 manata deyir. İş belə olan surətdə daha şəhər idarəsinə nə düşübdür ki, 40 manat yerinə 50 manat versin? 10 manat təfavüt eləyir, zarafat deyil! O ki qaldı dərs yaxşımı olacaq, pismi – onun şəhər idarəsinə dəxli yoxdur.

Üzeyir Hacıbəyov2 dəq
Ordan-burdan 25

Yarım günlük səyahətim və yaxud üsuli-cədidtəlimi nəyə deməzlər!

Üzeyir Hacıbəyov1 dəq
Ordan-burdan 37

Konkaya minib gəzənlərin hamısına məlumdur ki, konkanın içində yuxarı tərəfdə rusca belə bir xəbərdarlıq yazılıbdır: “Ostereqaytesğ karmannikov”, yəni cibgirlərdən özünüzü gözləyin!Konkalarda və sair yerlərdə yazılan belə xəbərdarlıqlar, hərçənd bir qədər Rusiya ölkəmiz üçün kəsri-şən olub, cibgirlər yığıncağı olduğunu bildirir, amma hər halda o cürə xəbərdarlıqlar, adamları ehtiyatla dolanmağa məcbur edib, cibinin sağ və səlim qalmasına səbəb olur.

Üzeyir Hacıbəyov2 dəq
Ordan-burdan 44

Dünən vədə verdik ki, məşhur xuliqanların adlarını yazaq; hərçənd bu xuliqanlar onsuz da camaata məlumdur, amma burada təkrar söyləsək mənfəətdən başqa heç bir ziyanı olmaz.Əvvəlinci, bu bir xuliqandır ki, bunun dili budur:

Üzeyir Hacıbəyov1 dəq
Vəkil seçkisi

Mühüm və məsuliyyətli işləri bir adama tapşırmaq və o qədər ağır vəzifəni bir adamın boynuna yükləmək zamanı keçdi. İndi bu zəmanədə o cürə böyük vəzifələr bir heyətin öhdəsinə həvalə olunur, o heyət öz əzalarını yığıb şura qurur və haman şurada mühüm iş müzakirə olunub, ifa və icrası üçün tədbirlər və yollar ittixaz olunur.Mədəniyyətli dövlətlərdə ən böyük və ali heyətlər – parlaman məclisidir. Parlamandan başqa, hər dövlətdə başqa xırda heyət və məclislər dəxi mövcuddur ki, hərəsinin müəyyən vəzifəsi vardır.

Üzeyir Hacıbəyov4 dəq
Ordan-burdan 49

Yazıq ermənilər!Genə yazıq ermənilər!

Üzeyir Hacıbəyov2 dəq
Mərəzlərimizdən biri

Dünyada ən alçaq sifətlərin birisi, zənnimcə, cürətsizlikdir. Bu sifət çox vaxt insanın bədbəxtliyinə belə, səbəb olur. Cürətsiz adamdan yaxşı iş baş verməz. Sairlərin müsibətinə dəxi bais olar. Cürətsiz yoldaşdan uzaq olmaq yaxşıdır. Cürətsiz adam heç bir təşəbbüsə müvəffəq olmaz. İşini xərab edər, heç bir səmərə görməyib, əldən buraxar. Halbuki hər bir işdə cürət lazımdır.Cürət insana qanad verər və müvəffəqiyyətini təmin etmiş kimi olar. Bu gün ticarət, sənət, elm kəsb etmək, fənn öyrənmək kimi böyük işlərə iqdam edən kəs cürətlik sifətinə haiz olmasa, layiqincə faydamənd olamaz. Cürətsiz həmişə cürətlinin ayaqaltısı olar. Bir ailə ərkanından tutmuş dövlətlərə kimi cürətli ilə cürətsizin arasında böyük bir fərq müşahidə olunur. Cürətli səadət və xoşbəxtlik sayəsində dolanarkən, cürətsiz məzəllət altında mütəzəyyiq fəna bir ovza ilə ömür keçirər. Cürətli oğul, yox mənziləsində olan ata evini abad edər, cürətsiz isə atasının abad evini xərabəzara döndərər.

Üzeyir Hacıbəyov3 dəq
Ordan-burdan 62

Cavad uyezdində pristav Şəfi bəy Fətəlibəyova açıq məktub*“Dusti-mehriban” cənab Şəfi bəy!

Üzeyir Hacıbəyov2 dəq
Ordan-burdan 66

Deyirlər ki, “Ərdəbil bir şəhərdir – hər kəs də öz vəkili”.Mən Ərdəbildə olmamışam və bunun da nə dərəcədə doğru olubolmadığını bilmirəm. Ancaq iqrar edirəm ki, bu söz doğru isə, Ərdəbil bəxtiyar şəhərlərin biridir. Doğrudan da elə olsun gərək. Bu gün sənin kefin çay içmək və qəlyan çəkmək istəyir, heç kəsin buna sözü olmaz. Bu gün sən gəzməyə çıxmısan – heç kəs deməz ki, nə gəzmək zamanıdır. Bu gün sən günortadan sonra yatmaq istəyirsən – heç kəs sənə bir söz deməz (İranda bundan artıq bir hərəkət yoxdur, zənn edirəm). Amma bizim Bakıda belə deyil. Hər bir işində, hər bir hərəkətində, hər bir durub-oturuşunda, hər bir addımında ehtiyatlı olmalısan və illa, cüzi bir o yan-bu yan görürsən ki, qiyamət qopdu. Nə üçün ayağuvi geri qoydun, nə üçün bu sözü dedin, nə üçün filan elədin və s.

Üzeyir Hacıbəyov2 dəq
Gələcəyi unutmayalım

Bu gün miləli-mütəməddinənin bu qədər əlləşib çalışmaları, hər bir işlərində göstərdikləri səy və təlaş, hamısı gələcəyə əhəmiyyət nəzəri ilə baxmaqlarından irəli gəlir. Gələcəklərini əhəmiyyətli və əziz tutan millətlər heç bir vaxt qeydsiz və qayğısız olmayıb, hər an və hər dəqiqə çalışırlar. Bunların hər bir firqə, sinif və silki özü üçün parlaq bir gələcək hazırlamaqdadır. Cahil və qafil millət isə ətalət və kəsalət ilə dolanıb gələcəyin qeydinə qalmır, gələcək fikrində olmur, özünə azuqə axtarmayıb, azuqəsiz qalan adam kimi, bu millət də axırda gələcəkdən məhrum olur, yəni yox olub gedir.Tarixin varaqlarını seyr edərsək, bir çox misallar taparıq ki, ən böyük, cəsim və qəviyyul-şikəmiyyə görünən, lakin istiqbalını heç bir halda nəzərə almayıb da qəflət ilə gün keçirən millətlər, ufacıq, az və zəif, fəqət huşiyar və gələcək fikrində olan bir millətin qabağında əriyib, müruri-zaman ilə məhv və nabud olubdur və yaxud öz istiqlalını bərqərar və payıdar saxlamağa qadir olan bir millət, ətalət və bətaləti ucundan sairələrin əlində münqəriz olub gedir.

Üzeyir Hacıbəyov3 dəq
Ordan-burdan 77

Belə rəvayət edirlər ki, Dövlət dumasının buraxılması müsəlman vəkillərinə çox artıq təsir edibdir. Belə ki, duma buraxılandan sonra, onlar bir yerə cəm olub bikef və bidamaq oturubmuşlar. Bir qədər sükutdan sonra bunların birisi başını qalxızıb sairələrinə deyibdir:– Allahın altında, adam gələcəyi bilə idi!

Üzeyir Hacıbəyov2 dəq
Ordan-burdan 80

– Salaməleyküm, yoldaş!– O... Əbdülkərim... Əleyküməssalam... Necə varsınız? Keyf, əhval!.. Uşaqlar və kənd əhli necədirlər?

Üzeyir Hacıbəyov3 dəq
Qaranlıqlaşır

Bəli, qaranlıqlaşır. Rusiyanın bu yaxın gələcəyi müşahidə ediləcək dərəcə qaranlıqlaşır və onunla belə həqiqi bir nuraniyyətə çıxmaq ümidi yavaş-yavaş azalır. Yağa möhtac olan çıraq, adi su ilə nurəfşan olmayan kimi, Rusiya məmləkəti dəxi bu ikinci duma vasitasilə nurihüzur və asayış kəsb edəməyir.Qabaqda böyük bir hərc-mərc zülməti pişəzvəqt hiss olunmaqdadır.

Üzeyir Hacıbəyov2 dəq
Köçürtmək məsələsi

“İrşad”ın 62-ci nömrəsində Əhməd bəy cənabları yer məsələsi haqqında yazmış olduğu məqaləsində, bunu yetirir ki, əgər kadet və sağ partiyaların yer haqqında olan məramnamələri dumada qəbul olunub ümumi dövlət qanunu halını kəsb etsə, ola bilər ki, hökumət bu qanundan istifadə edib, Qafqaz yerlilərinin ərazisinı rus mühacirlərinə versin; doğrudan da burası şayani-əndişə bir nöktədir və orası dəxi şayani-məsərrət bir haldır ki, müsəlman fraksiyası işin bu cəhətinə nəzər yetirib bunu kadetlərə ixtar edibdirlər və kadetlər məramnaməsinə görə yerin ümumi dövlətin olması əvəzində, əhalinin öz zəxirəsi olmaq qaydasını lüzumunca göstəribdirlər.Doğrudan da, içəri rusiyalıların hökumət binagüzarlığı ilə Qafqaza köçürülüb, əhalinin yerlərini əllərindən almaları o qədər böyük bir ədalətsizlikdir ki, buna diqqət yetirib fəsxinə çalışmamaq olmaz. Bu işdə, yəni rusları daxili Rusiyadan köçürüb Qafqazda sakin etdirməkdə hökumətin fikri bir o qədər kolonizasiya təşkili deyil, nə qədər ki Qafqazın yerli əhalilərini sıxmaq və bununla ya rusluğa və yaxud tərkivətən qəsdinə məcbur etməkdir. Tərəfi hökumətdən ittixaz olunmuş bu politika ibtidasından indiyə qədər yüz minlərcə Qafqaz yerlilərinin tələf olmasına və ya tərki-vətən edib dərbədər düşməsinə bais olubdur.

Üzeyir Hacıbəyov2 dəq
Ordan-burdan 100

Rus hökuməti əmr eləyib bərk-bərk tapşırıbdır ki, içəri Rusiyada sakin olan müsəlman molla və axundları yerlərində dinməz oturub heç bir partiya-martiyaya qoşulmasınlar. Bu cürə əmri rus hökuməti öz çinovniklərinə də veribdir, deməli rus hökumətinin nəzərində başı çalmalı bir molla ilə başında “şlafka”sı olan çinovnikin heç bir təfavütü olmadığına görə də rus hökumətinin borcudur ki, öz çinovniklərinə verdiyi ixtiyarlardan çinovnik hesab elədiyi mollaya da versin, amma di gəl işə bax ki, özgə cürədür də! Məsələn, bu gün içəri Rusiyadan birisi mənə kağız yazıb deyir ki:“...mollalarımızdan birini bazarda tutub dedim ki, bircə de görüm sən nəçisən? Dedi: “Əlhəmdülillah axundam!”. Dedim: “Xub, indi ki, sən axundsan – bəs hanı sənin vəzin? Bəs hanı sənin islama xidmətin? Bəs hanı sənin millətə ruhani köməyin? Bəs hanı sənin fəqir-füqərayə iyanətin? Bəs hanı sənin xalqa əsərin? Bəs hanı sənin ittihad və ittifaq barəsində odlu-odlu sözlərin? Bəs hanı sənin maarifə göstərdiyin yol? Bəs hanı sənin islam dilşikəstələrinə mənəvi təskinliyin? Bəs hanı sənin məsləkin? Bəs hanı sənin?..” Burada sözümü kəsib dedi: “Bir dur!”. Dedim: “Nədir?” Dedi: “Sözün doğrusu, mən axund deyiləm, çinovnikəm. Binəva, elə bildi ki, bu sözlərlə canını qurtardı”. Dedim: “Xub, indi ki, sən çinovniksən, bəs hanı sənin ixtiyaratın? Bəs hanı sənin haqqın? Bəs hanı sənin nişanın? Bəs hanı sənin çinin? Bəs hanı sənin xəzinə maaşın? Bəs hanı sənin pensiyan? Bəs hanı sənin imtiyazatın? Bəs niyə səni saldat aparırlar? Bəs hanı sənin...” Burada sözümü kəsib dedi: “Bir dur”. Dedim: “Nədir?” Çinovnik-axund istədi bir söz desin, amma sözün əvəzinə başladı udqunmağa; udqundu, udqundu, udqundu, udqundu axırı mən ötüb getdim. O, elə udquna-udquna qaldı”.

Üzeyir Hacıbəyov4 dəq
Dövlət Duması

Pasxa bayramları olduğu münasibətilə duma bu zaman tətil edib, üzvlərin bir çoxu öz evlərinə getmişlər. Bunların evə getməkdən məqsədləri bir qədər dinc almaq ilə bərabər, məbusları olduqları əhali ilə də bilavasitə görüşüb, danışmaq və onlara duma xüsusunda şayaniəhəmiyyət xəbərlər vermək idi. Lakin bunu qabaqca anlamış olan hökumət üzvləri camaat içinə arzu ilə buraxmır. Hər yerdə onların dalınca nəzarət təyin edib, gözlədirdi ki, üzvlər tərəfindən mitinqlər və ictimai yığıncaqlar qurulmasın və camaat dəxi bundan naşi, mütəhəyyic olmasın. Amma bainhəmə sol üzvlər camaatla bilavasitə görüşüb danışmağı özləri üçün mühüm bir vəzifə bildiklərindən, polis nəzarətinə etina etməyib, mitinqlər qurmuşdular. O səbəbə görə hökumət bu üzvlərin birisini tutub, həbs etmişdi və buraxmamışdı. Duma üzvlərinin belə bir təhqiri və amanda olmadıqları baxüsus sol firqə vəkillərə artıq sui-təsir edib, onlardan bayram əsnasında Peterburqda olanlar söz qoymuşdular ki, bu barədə dumaya ərizə verib, hökumətin bu emalına qarşı etiraz, protest izhar etsinlər. Gələcəkdə dumada bu məsələlər mütaliə olunacaqdır.May ayı daxil olar-olmaz, bayramlar qurtardı və duma üzvləri yavaş-yavaş yığılmağa başlayıb, yenə məclislər quruldu. Birinci məclisdə duma sədri tərəfindən əzalara elan olundu ki, duma ilə həmixtiyar olan Dövlət şurası duma tərəfindən bir çox müzakirələrdən sonra tərtib edilmiş iki qanun layihəsini qəbul edib, bu layihələr padşah həzrətləri tərəfindən təsdiq oludur. Layihələrin birisi əhali möhtaclarına kömək üçün altı milyon manat buraxmaq və digəri isə yeni saldatların miqdarı xüsusundadır ki, bu axırıncı layihənin müzakirəsi dumada örtülü qapı üzrə vaqe olub, müzakirə əsnası üzvlər arasında bir münaqişə dəxi əmələ gəlmişdi. Belə ki, bütün ifrat sollar, yəni ictimaiyyun firqələri yeni saldat miqdarına dair layihəni qəbul etmək istəməyib, onun rəddinə çalışırdılar. Sağ və baxüsus orta kadet firqəsi bu layihənin qəbuluna guşiş edirdi. Müsəlman fraksiyasının və Polşa “Kolo”sının gücü ilə kadetlər ifrat sollara qarşı əksəriyyət təşkil edib, layihəni yeritdilər və qürət nəticəsində duma haman məsələni qəbul etmiş oldu.

Üzeyir Hacıbəyov2 dəq
Ordan-burdan 117

Bizə dairMüsəlmanların mehmannəvaz adamları da çoxdur.

Üzeyir Hacıbəyov2 dəq
Ordan-burdan 120

Rusiyada hürriyyəti-mətbuat qatıq eyməsinin ağzı kimi getdikcə daralır.Qəzetə yazıçıları daha bilmirlər ki, nə yazsınlar, yəni nə tövr yazsınlar ki, nə qəzetələri bağlansın, nə iştiraf versinlər, nə də ki, gedib qazamatda yatsınlar.

Üzeyir Hacıbəyov1 dəq