Üzeyir Hacıbəyov
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
Vurulur meydanda sinci-dəf,Vurulur meydanda sinci-dəf,
“Koroğlu” operası“Şahsənəm” operası meydana çıxdıqdan sonra Azərbaycan operasının inkişafında əmələ gələn dönümü bütün kompozitorlar qeyd etmiş və Azərbaycan milli operasının inkişafı üçün gələcəkdə də davam etdiriləcək bir yol kimi qəbul etmişdir. Qlierin təşəbbüsü həqiqi xalq nəğmələrini yüksək kompozitor texnikası ilə birləşdirməkdən ibarət olaraq, xeyli müvəffəqiyyətli olmuş və həvəsləndirici bir rol oynamışdır.Belə bir vəzifəni yerinə yetirmək üçün kompozitor ilk növbədə çox və inadla çalışmalıdır. Burada söz yalnız nəzəri hazırlıqda deyildir, xalq yaradıcılığını, musiqi folklorunu dərindən öyrənməkdə, musiqi dilini mənimsəməkdə, xalq ilə onun anladığı dildə danışmaq istedadını kompozitora verən sadəlik və aydınlığı dərk etməkdədir. Bu iki şərtdən məhrum olan kompozitor böyük dövrümüzə layiq və yüksək qiymətli əsər yaratmaqda da aciz qalacaqdır.
Üçüncü rəqibİndiyə qədər iki böyük dövlətin əlində heysiyyət və mənfəət qazanılması üçün mənbəyi-rəqabət olan İran, indi dəxi üçüncü bir rəqibin təməh oxuna nişanə olacaqdır.Bu rəqib Avropa arasında “Sultan Həmid dostu və aləmi-islam hamisi” adilə, amma durbin və əql sahibi olan islam övladı nəzərində “Osmanlı evyıxanı” və “aləmi-islam düşməni” ismilə məşhur olan Almaniya, yaxud Germaniya dövlətidir.
Balaca felyetonBeş manat əhvalatı*Bir gün oturub dəftərxanada yazırdım. Gördüm bir müsinn şəxs qapını açıb məni işarətlə çölə çağırdı. Mən haman saat çölə çıxıb – nə buyurursunuz? – sualı ilə müraciət elədim. Kişi gözlərinin yaşını abibaran kimi axıdıb mənə dedi:
ƏhvalımızdanTərəqqi yolu ilə mədəniyyət sahibi olmuş məmləkətlərdə əhalinin həyat və məişəti dəfələrcədəkindən rahat və tərəqqiyə hal olunması aşikardır. Odur ki, o xoşbəxt yerlərin əhalisinin rəfah hal ilə yaşayıb da rahatca öz kəsbkarlarına məşğul olmaları bizim üçün həsəd ediləcək əhvallardandır.O yerlərdə hər bir kəs insanlığın və insan kimi ömür sürməyin yolunu bilib, bu nəhv ilə sərbəst və müstəqil yaşayırlar. Və belə rahat və azadə yaşamaq sayəsində günü-gündən bir şey ixtira edirlər ki, özlərinə və bütün insaniyyətə mənfəət yetirir.
Harun və LeylaBeş pərdəli opera*İştirak edirlər
Ay ötür, gün keçirDövlət duma yaxınlaşır. Camaat da hazırlaşır, hökumət də hazırlaşır. Hökumət hazırlaşır ki, görsün elə bir duma qayıra bilərmi ki, axırda camaatı öz zurnası ilə oynatsın.Camaat dəxi bu kələyi duyub əlləşir ki, görsün bir elə duma qura bilərmi ki, hökuməti zurnasına oynatsın…. Axırda kim çalıb, kim oynayacaq, onu allah bilir.
Ordan-burdan 23Bir qədər qəzetəçilik dərsiM ü ə l l i m – Qəzetəyə hər cür şey yazmaq olarmı?
Ordan-burdan 67“Rus təəssübkeş firqələri” öz nəşriyyatları vasitəsilə Qafqazdan şikayət edərək deyirlər: Qafqaz quldurlar ocağı olubdur. Yol ilə ötüb keçmək olmaz, bunun da səbəbi odur ki, Qafqaz əhaliləri vəhşi olduqlarından ədalət və insaniyyətpərvərlik təriqi ilə icra olunan hökmləri anlamadılar. Və hökumətin şən və heysiyyəti onların nəzərində itdi. Buna görə hökumət şədid tədbirlər ittixaz edib, Qafqazı qazaqlarla doldurmalıdır.Afərin təəssübkeşlər! Yaxşı tanıyırsınız Qafqazı... Görünür ki, sizin, hər uçastoku müstəqil və müstəbid bir İran xanlığına döndərən pristavlardan, uryadniklərdən və ədalət və insaniyyətpərvərliyi bazar şirəxanalarında şərab küpünə qərq etmiş məhkəmə məmurlarından və quldur sədası gələndə qarnı ağrayıb, quldur quldurluğunu tamam edənədək postlarda üzü üstə yatıb qalan qazaqlardan xəbərdarlığınız yoxdur!..
Ordan-burdan 113Qarabağ zəriflərindən birisi mənimlə söhbət edərkən həmişə belə deyərdi: hər kəs ki meydana çıxıb deyir ki, mən millətpərəstəm və döşünə döyür ki, milləti irəli aparıram, bil ki, bu sözü ya yalandan deyir, ya da ki doğrudan. Əgər bunun yalan və doğruluğunu bilmək istəsən, get lap əvvəl onun öz ev-eşiyinə bax. Əgər gördün ki, bunun öz ev-eşiyində bir səliqə, bir qayda, bir intizam var, onda bil ki, kişi doğrudan da milləti irəli apara bilər. Yox əgər gördün ki, bu heç öz evini dolandıra bilmir, onda ağzına vur, deyinən ki, qələt eləyirsən, səndən millət irəli aparan ola bilməz.Mənim ağlım kəsir ki, zərifin bu sözü bir yana baxsan haqdır.
Arşın mal alanƏfradi-əhli-məclisƏsgər* — dövlətli bir tacir oğlandır.
Pruşkeviç və Hacı XuduGünlərin bir günü Pruşkeviç ilə Hacı Xudu yatmışdılar. Pruşkeviç Peterburqda yatmışdı, Hacı Xudu da öz evində yatmışdı. Bunlar bir-birlərini yuxuda gördülər. Hacı Xudu ayıq olduğu zaman Pruşkeviç barəsində çox eşitmişdi ki, bu hərif müsəlmanların ziddinə gedəndir. Müsəlman xeyirxahı deyildir. Hətta bir jurnalda onun şəklini də Hacıya göstərmişdilər. Amma Hacı yuxusunda Pruşkeviçə baxıb gördü ki, hərif çox da çirkin deyildir. Gözündə çeşmək, əynində yaxşı libası, bir göyçək adamdır.Hacı Pruşkeviçə dedi:
Ordan-burdan 7Hilal ilə Şiri-XurşidŞ i r i - X u r ş i d (Hilalə) – Bəs sən batmışdın, nə üçün birdən çıxdın?
Ordan-burdan 22Tazə xəbərEşitdiyimizə görə şəhər idarəsi belə qərar qoyubdur ki, daha indidən belə müəllimlərlə alış-veriş eləsin. Məsələn, elə müəllim var ki, iyirmi dərsi əlli manata deyir, elə müəllim də var ki, haman iyirmi dərsi 40 manata deyir. İş belə olan surətdə daha şəhər idarəsinə nə düşübdür ki, 40 manat yerinə 50 manat versin? 10 manat təfavüt eləyir, zarafat deyil! O ki qaldı dərs yaxşımı olacaq, pismi – onun şəhər idarəsinə dəxli yoxdur.
Ordan-burdan 37Konkaya minib gəzənlərin hamısına məlumdur ki, konkanın içində yuxarı tərəfdə rusca belə bir xəbərdarlıq yazılıbdır: “Ostereqaytesğ karmannikov”, yəni cibgirlərdən özünüzü gözləyin!Konkalarda və sair yerlərdə yazılan belə xəbərdarlıqlar, hərçənd bir qədər Rusiya ölkəmiz üçün kəsri-şən olub, cibgirlər yığıncağı olduğunu bildirir, amma hər halda o cürə xəbərdarlıqlar, adamları ehtiyatla dolanmağa məcbur edib, cibinin sağ və səlim qalmasına səbəb olur.
Bəyani-məslək“İrşad” və “Tərəqqi” qəzetələrində mühərrirlik etdiyimiz zaman bir takım qəzetəçi sənətindən layiqincə müxbir olmayan şəxslər məqalələrinin məzkur qəzetələrdə çap olunmadığından naşı, bizə etiraz edib “hürriyyəti-kəlamə yol vermirsiniz” deyirdilər. Lakin bu şəxslər orasını unudurdular ki, hər bir qəzetənin müəyyən bir məsləki olmalıdır. Ona binaən həman qəzetədə yazılan hər bir məqalə də haman məsləkə müvafiq olub, onun, yəni o məsləkin qarelərə təlqini yolunda xidmət etməlidir.Əks surətdə, yəni qəzetənin müəyyən bir məsləki olmadığı halda, o qəzetəni oxuyanlar ondan az mənfəət görürlər.
Ordan-burdan 49Yazıq ermənilər!Genə yazıq ermənilər!
Kəndçilərimizə dairNeçə vaxtdır ki, Dövlət dumasında aqrarnıy vopros deyilən kəndçi və yer məsələsi müzakirə olunmaqdadır. Sair vəkillər, kənd əhlinin özündən seçilmiş vəkillər ilə bərabər, bu məsələ üstündə danışıb rus dəhat əhlinin ağır olan dirilik və məişətini yüngüllətmək üçün buna müvafiq qanunlar və qaydalar qoyulmasını tələb edirlər. Daha doğrusu rus dəhat əhlinin ikinci və həqiqi xilas və nəcatını hasil etmək istəyirlər. Rus dəhat əhlinin birinci “nəcatı” imperator Aleksandr saninin əsrində fevralın 19-da 1861-ci sənədə vaqe olmuşdu. Lakin bu nə “Nəcat” idi?! Hökumət kənd əhalisini zalım mülkədarların əlindən xilas edib öz istibdad cəngalına salmışdı və kəndçilərə zərərdən səva heç bir nəf gətirməmişdi. Böylə ki, əgər kəndçilər Sədinin sözlərini yad edib desə idilər:Ke əz çəngale-korgəm dər rebudi,
Ordan-burdan 77Belə rəvayət edirlər ki, Dövlət dumasının buraxılması müsəlman vəkillərinə çox artıq təsir edibdir. Belə ki, duma buraxılandan sonra, onlar bir yerə cəm olub bikef və bidamaq oturubmuşlar. Bir qədər sükutdan sonra bunların birisi başını qalxızıb sairələrinə deyibdir:– Allahın altında, adam gələcəyi bilə idi!
Ordan-burdan 88Dövlət dumasına dairBir neçə vaxt bundan irəli teleqraf xəbər gətirdi ki, Dövlət dumasının otağının polu (fərşi) özbaşına yanıbdır... Dünən yenə teleqraf xəbər verdi ki, indi də Dövlət dumasının səqfi uçub tökülübdür. Sabah da teleqram xəbər verəcəkdir ki, Dövlət dumasının bir divarı yıxılıbdır. Ondan sonra eşidərsən ki, Dövlət duması yerli-dibli uçubdur. Lap axırda da xəbər gəlir ki, Dövlət dumasını qovdular.
Dərin quyularRusiya məmləkəti müxtəlif millətlər tərəfindən iskan edilibdir və indiki Rusiya padşahlığını təşkil edən dəxi bu millətlərdir. Bunlardan ən böyük, əvvəl rus milləti olub, sonra müsəlman millətidir. Sair millətlər isə nüfuzca bu ikisindən azdır. Lakin bunlar bu azlıq ilə bərabər yenə də müsəlman və rus millətlərindən xoşbəxt ədd oluna bilərlər. Çünki bunların hər biri öz-özlüklərində ayrı-ayrı cəmiyyətlərdən ibarət olub, zahirdə müttəhid və müttəfiq göründükləri kimi, batində, yəni, öz üzvləri aralarında dəxi müttəfiq və müttəhiddirlər. Odur ki, hər bir tədafe və təərrüz məqamında ümumi, milli bir ittifaq təşkilinə məcburdurlar.Bunların bu zahiri və batini ittifaq və ittihadi-millilərinə səbəb odur ki, bu qədər zaman hökmfərma olan mütləqiyyət nə qədər səy və kuşişdə bulundusa, yenə də bu millətlərin hər birinin içində, yəni öz üzvləri arasında onları bir-birindən ayırmaq məqsədilə dərin-dərin quyular qazımaq üçün heç bir müsaid yer tapa bilmədi. O, yəni mütləqiyyət quyuları əvəzinə, yalnız əyri-müyrü və kala-koturluqlar törədə bildi. Amma yenə də bunların hamı millət mücahidlərinin birinci təşəbbüsati-həmiyyətməndanələri sayəsində bir tez zamanda təsviyə olunub və hamarlanıb yox oldu. Və bundan naşidir ki, bu millətlərin üzvləri bir-birinə əl uzadıb ümumi, milli bir ittifaq təşkil etmək üçün öz aralarında buna mane olacaq bir fəsl, bir məmaniət görməyirlər və bu səbəbə hər bir ümumi işlərdə bu millətlərin üzvləri müxtəlif əqidəli və müxtəlif nəzərli görünürlərsə də, yenə ittifaq və ittihadı əldən buraxa bilməyirlər və “biri hamısının və hamısı birinin ardınca” iş görürlər.
QaranlıqlaşırBəli, qaranlıqlaşır. Rusiyanın bu yaxın gələcəyi müşahidə ediləcək dərəcə qaranlıqlaşır və onunla belə həqiqi bir nuraniyyətə çıxmaq ümidi yavaş-yavaş azalır. Yağa möhtac olan çıraq, adi su ilə nurəfşan olmayan kimi, Rusiya məmləkəti dəxi bu ikinci duma vasitasilə nurihüzur və asayış kəsb edəməyir.Qabaqda böyük bir hərc-mərc zülməti pişəzvəqt hiss olunmaqdadır.
Köçürtmək məsələsi“İrşad”ın 62-ci nömrəsində Əhməd bəy cənabları yer məsələsi haqqında yazmış olduğu məqaləsində, bunu yetirir ki, əgər kadet və sağ partiyaların yer haqqında olan məramnamələri dumada qəbul olunub ümumi dövlət qanunu halını kəsb etsə, ola bilər ki, hökumət bu qanundan istifadə edib, Qafqaz yerlilərinin ərazisinı rus mühacirlərinə versin; doğrudan da burası şayani-əndişə bir nöktədir və orası dəxi şayani-məsərrət bir haldır ki, müsəlman fraksiyası işin bu cəhətinə nəzər yetirib bunu kadetlərə ixtar edibdirlər və kadetlər məramnaməsinə görə yerin ümumi dövlətin olması əvəzində, əhalinin öz zəxirəsi olmaq qaydasını lüzumunca göstəribdirlər.Doğrudan da, içəri rusiyalıların hökumət binagüzarlığı ilə Qafqaza köçürülüb, əhalinin yerlərini əllərindən almaları o qədər böyük bir ədalətsizlikdir ki, buna diqqət yetirib fəsxinə çalışmamaq olmaz. Bu işdə, yəni rusları daxili Rusiyadan köçürüb Qafqazda sakin etdirməkdə hökumətin fikri bir o qədər kolonizasiya təşkili deyil, nə qədər ki Qafqazın yerli əhalilərini sıxmaq və bununla ya rusluğa və yaxud tərkivətən qəsdinə məcbur etməkdir. Tərəfi hökumətdən ittixaz olunmuş bu politika ibtidasından indiyə qədər yüz minlərcə Qafqaz yerlilərinin tələf olmasına və ya tərki-vətən edib dərbədər düşməsinə bais olubdur.
Ordan-burdan 107Bir müsəlman ilə bir şvesarlının söhbəti(Keçən nömrənin axır-uxuru)*
İanə təqsimiDumanın Qafqazdan olan deputatlarının çalışması sayəsində Ümumqafqaz zərərdidələrinə xəzinə tərəfindən bir milyon 200 min manat pul buraxılmasını təmami-məmnuniyyətlə eşitdik və burasını da böyük bir şadlıq ilə bildik ki, bu pul xəzinədən borc tərzində verilməyib, Qafqaz zərərdidələrinə bilkülliyə bağışlanacaqdır.İmdi şayani-diqqət burasıdır ki, görək bu pulu Qafqaz ermənimüsəlman zərərdidələri arasında necə təqsim etmək lazım gəlir?
Rüstəm və Söhrab(Firdovsidən)*Dörd məclisli opera sayağında yazılmış bir dramdır*
TəhsilMən məktəbdə oxuyanda, bizim məktəbə təzə bir molla təyin eləmişdilər. Yəni bu molla “ekzamen” tutmuşdu və o “ekzamendə” heç bir kəs onunla bərabər ola bilməmişdi.Camaat belə deyirdi ki, dünyada heç bir elm yoxdur ki, bu axund onu bilməmiş olsun. Bu sözləri axund özü də təsdiq eləyib deyərdir ki:
Ordan-burdanŞah söz verdi ki, altı günlük sülh olsun. Amma yalançı çıxdı...Rus konsulu.
Ərəblinski teatr tariximizdə unudulmaz sənətkardırAzərbaycanda teatr sənətinin doğuluşunda görkəmli rol oynayan simalardan biri Hüseyn Ərəblinskidir. 1906-cı ildə Sarabski ilə bir yerdə Ərəblinski ilə ilk dəfə tanış olduğum günləri yaxşı xatırlayıram. Ərəblinski o zaman teatr tamaşaları göstərən bir qrup təşəbbüsçülər – həvəskarlar ilə bir yerdə oynayırdı. Ərəblinski hələ o vaxt həvəskarlar arasında özünün aktyorluq sənətinə bəslədiyi tükənməz arzusu, səmimiyyəti, coşqunluğu ilə başqalarından çox fərqlənir və yüksəkdə dururdu.O, məşğələlərdə də özünü səhnədə olduğu kimi hiss edirdi, rolunun xüsusiyyətlərini bütün incəliklərinə qədər yaşayırdı, tamaşaçının fikrini, duyğusunu məharətlə öz əlinə alırdı.
Tazə lüğətdənMəşrutə – (osmanlıca) şərt sözündən çıxıb. Yəni şərt qoysunlar ki, hər kəs xəzinədən nə oğurlayıbsa, dinməz-söyləməz gətirsin qoysun yerinə.Məşrutə – (iranca) şərit sözündən çıxır. Yəni adamları tutub bir-bir şəritdən assınlar.