Üzeyir Hacıbəyov
- Eşq
- İlahi eşq
- Hicran
- Mey və meyxana
- Təbiət və bahar
- Fələk və tale
- Ölüm
- Hikmət və nəsihət
- Vətən
- Mədhiyyə
- Satira
- Mərsiyə
BİRİNCİ ŞƏKİLİsfahan şəhərində p a d ş a h ı n s a r a y ı n d a vaqe olur. Saray mümkün mərtəbədə şəşəəli döşənmişdir. P a d ş a h taxtda əyləşibdir, ə y a n l a r dəxi yanına düzülübdürlar, K ə r ə m dəxi padşahın hüzurunda ortada dayanıbdır.
Dördüncü pərdəBİRİNCİ ŞƏKİLH ə l ə b şəhərinin bazarında vaqe olur. Axşam çağıdır, sağ tərəfdə sair evlər var. Sol tərəfdə K e ş i ş və Ə s l i olan ikimərtəbə və balkonlu ev vardır. Ortada çeşmə qurulub, altı nəfər qız su doldurmaqla məşğuldurlar, evlərin içindən işıq gəlir. Qızlar su doldururlar və oxuyurlar.
Üçüncü pərdəVaqe olur bir m e ş ə d ə , sübh açılmağa yavuqdur; səhnədə əvvəl heç kəs yoxdur; ətrafda bir dağ görünür, musiqi bayatı-Şiraz başlayır; bir qədər sonra M ə c n u n dəli sifətində çıxır, başıaçıq, ayaqyalın və s.(oxuyur).
Muğamat və xalq mahnılarının ifası haqqındaYoldaşlar, mənim bu məruzəm bir qədər tənqidi ruhda olacaq. Bu gün cəbhə üçün, vətənimizi müdafiə üçün görülən işlərə tənqidi bir nəzərlə baxmaq lazımdır; bu bizim borcumuzdur. Bu gün hər işimiz vətənimizin müdafiəsi, cəbhəyə qüvvət vermək və düşməni məhv etmək niyyətindədir. Bəziləri elə güman edirlər ki, müharibə zamanı musiqi yersiz bir şeydir; deyirlər ki, müharibə vaxtı ancaq top, tüfəng səsi eşidilməlidir. Bu, tamamilə yanlış fikirdir. Keçmişlərdə də müharibə zamanı musiqi xalqa kömək edibdir. Özünüz bilirsiniz ki, nəfəsli orkestr qoşun üçün nə qədər lazım olan vasitədir. Musiqi çalınan zaman əsgərlər nə qədər həvəslə, nizam-intizama tabe olaraq irəliləyirlər. Hərgah Azərbaycan tarixini nəzərdən keçirsəniz görərsiniz ki, vaxtilə qara zurna müharibə musiqi alətlərindən biri olmuşdur.Musiqinin müharibə edən əsgərlərə olduqca böyük təsiri vardır. İstər onun iradəsini qaldırmaqda, istərsə ona ürək verməkdə musiqinin təsiri çoxdur. Odur ki, hazırda da bizim musiqimiz cəbhəyə və müharibədən qalib çıxmağa kömək etməlidir və edir.
Vəzifəyi-musiqiyyəmizə aid məsələlərAzərbaycanda vəzifəyi-musiqi icrasını boyunlarına almış olan adamlar və idarələr qarşısında bir neçə məsələlər vardır ki, onun həlli üçün ən müsaid bir zaman varsa, o da yaşadığımız bu zamandır.O müsaidət nədən ibarətdir?
İkinci pərdəƏmirin sarayıdır. Otaq ərəb əmirlərinə məxsus gözəl bir surətdə döşənib, bir tərəfdə dəxi Əmirin öz təxti vardır. Otaqda tək bir Leyla oturub, öz-özünə eşqdən danışır.*Leyla**